Trump: ABŞ-la Kanada vacib olmayan səyahətlər üçün sərhədi bağlayır

Baxış sayı:
3403

Prezident Donald Tramp çərşənbə günü iki ölkənin koronavirus pandemiyasının yayılmasının qarşısını almağa çalışdığını, buna görə də ABŞ-la Kanada arasındakl sərhədi əsassız səyahətlər üçün müvəqqəti bağlamaq barədə razılığa gəldiyini deyib.
Hər iki ölkə virusun yayılmasının qarşısını almağa çalışır və eyni zamanda həyat əhəmiyyətli iqtisadi əlaqələrini saxlayır. Kanada ixracatının 75 faizini ABŞ-a edir.
Muxalifet.az bildirir ki, bu qərarı Twitter səhifəsində açıqlayan Tramp bunun ölkələr arasındakı ticarət axınına təsir etməyəcəyini bildirib.
"Qarşılıqlı razılıqla Kanada ilə şimal sərhədimizi əsassız səyahətlər üçün müvəqqəti bağlayacağıq", Tramp Twitter səhifəsində yazıb.
Belə görünür bu qadağa yük maşını sürücüləri və ilin yarısını ABŞ-da yaşayan, sonra Kanadaya qayıdan səyahətçilərə aid olmayacaq. Sərhədin tamamilə bağlanması hər iki ölkənin iqtisadiyyatı inteqrasiya olunduğu üçün həm ABŞ-a, həm də Kanadaya ciddi iqtisadi zərər vurə bilər. Kanadaya ərzağın çox hissəsi ya ABŞ-ın özündən gəlir və ya onun vasitəsilə ixrac edilir, ölkə neftinin ixracının 98% isə ABŞ-a Kanadadan gedir.
Amerika ixracatının isə təxminən 18 faizi Kanadaya gedir.
Kanadanın baş naziri Castin Trudo bazar ertəsi Kanada vətəndaşı olmayan, Amerika vətəndaşı olan və ya daimi yaşayış icazəsi olmayan hər bir kəs üçün ölkə sərhədlərini bağlayacağını və hətta ölkəyə daxil olanların 14 gün özlərini təcrid etməli olacaqlarını deyib.
Trudo ABŞ-da yoluxma hallarının sürətlə artmasına baxmayaraq, amerikalılar üçün sərhədin açıq olmasını iki ölkənin iqtisadiyyatı arasında inteqrasiyası səviyyəsi ilə bağlı olduğunu deyib.
Muxalifet.az