"Rusiya ordusu onlarla türk hərbçini öldürdü..." - AMERİKADAN AÇIQLAMA

Baxış sayı:
3424

“Rusiya ordusu Suriyada onlarla türkiyəli hərbçini öldürdü”.

Türkiyənin NTV televiziyasının Vaşinqtona ezam olunmuş nümayəndəsinin sözlərinə görə, ABŞ-ın Dövlət katibi Mayk Pompeo belə açıqlama verib. Diplomatın sözlərinə görə, Suriyadakı vəziyyət Türkiyəyə ciddi təsir göstərir. “Buna görə də ABŞ Türkiyəyə əlavə hərbi yardımlar etməyi düşünür” - deyə Pompeo bildirib.

Qeyd edək ki, Suriya ordusunun İdlibə son hücumu nəticəsində 34 türkiyəli hərbçi həlak olub. Hərbi toqquşmalardan sonra Ankara və Moskvanın vasitəçiliyi ilə İdlibdə atəşkəs elan olunub./Publika.az