"Aksiya iştirakçılarının əxlaqsız davranışı lənətlənməyə layiqdir" - ELDAR SABİROĞLU

Baxış sayı:
2133

"Aksiyada tərbiyəsiz plakatları görərkən və ya qadına yaraşmayan söyüşləri eşidərkən çox məyus oldum".
 
Demokrat.az xəbər verir ki, bu sözləri sabiq YAP-çı deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu bildirib. E.Sabiroğlu dünən Bakıda qanunsuz aksiya keçirən bir qrup qadının hərəkətlərini "əxlaqsız davranış" adlandırıb:
"Qadına əl qaldıran hər kəsi qınayıram. 8 martda feminist hərəkatı adı altında Bakı küçələrində etiraz nümayişinə çıxan qadınların əleyhinə  hər hansı irad və tənqidi fikrim yoxdur. Lakin aksiyada  tərbiyəsiz plakatları  görərkən və ya qadına yaraşmayan söyüşləri eşidərkən çox məyus oldum. Bunun məsuliyyəti birbaşa tədbiri keçirən təşkilatçıların üzərindədir.Özünü son dərəcə biabırçı, ədəbsiz və tərbiyəsiz şəklə salan, müqəddəs  qadın adına ləkə gətirən bir qrup aksiya iştirakçısının əxlaqsız davranışı yalnız lənətlənməyə layiqdir".