İranın 100 şəhərinə koronavirus yayıldı

Baxış sayı:
2421

Koronavirus İranın 100 şəhərinə yayılıb.
Bunu İranın Koronavirusla Mübarizə Komitəsinin üzvü Həmid Suri İRNA-ya bildirib. O bildirib ki, virusun yayılmadığı şəhərlərin giriş-çıxışına nəzarət tətbiq edilməlidir.
Qeyd edək ki, İranda 7 mart tarixinədək 5823 nəfər koronavirusa yoluxub. Onlardan 1669-u sağalıb, 145-i isə ölüb.
Xatırladaq ki, İranda mindən çox şəhər var./Qafqazinfo.az