Axtarış
The search found 105849 results in 0.108 seconds.
Search results
Koronavirusun ilkin əlaməti qızdırma deyil - VİDEO
Çin koronavirusunun erkən əlaməti heç də qızdırma deyil.
Virusun mərkəzi olan Uhan şəhər xəstəxanasının həkimləri daxil olan xəstələrin anamnezini araşdıraraq, koronavirusun ilk və diqqətə alınmayan əlamətlərinin tamam başqa olduğunu müəyyən ediblər.
Medicina.az sizə koronavirusun ilkin əlamətləri haqqında videomaterialı təqdim edir
Muxalifet4 - 29-02-2020
“SƏBRLİ TƏCAVÜZKAR”IN KÖPƏK DİŞLƏRİ... - “Rusiya inama layiq deyil”
Suriyanın İdlib əyalətində Rusiya hərbçilərinin Türkiyə əsgərlərini havadan və qurudan atəşə tutması səbəbilə, azı 33 türk əsgərinin həlak olması, xeylisinin də yaralanması bir daha göstərdi ki, Rusiyadan heç kimə dost olmayıb, olmayacaq da. Bu sıradan Türkiyə prezidenti Ərdoğan da istisna olmadı - axı, əksər analitiklər Ərdoğanı Putinin dostu kimi xarakterizə edirdlər…
Yaxın keçmişdə bu istiqamətdə bir sıra siyasi xadimlər Rusiyanın «nankorluğu», «etibarsızlığı», riyakarlığı, təcavüzkarlığı… barədə çeşidli «proqnoz»lar verib, «aforizmlər» səsləndiriblər.
Muxalifet4 - 29-02-2020
Koronaviruslu şəxs səhvən xəstəxanadan buraxıldı - VİDEO
Gürcüstanda koronaviruslu iranlı səhvən xəstəxanadan buraxılıb.
Bu barədə rusiyalı aparıcı Olqa Skabeyeva öz “Telegram” kanalında video yayımlayıb.
Belə ki, Gürcüstanda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən İran vətəndaşına karantindən buraxıldığı deyilib.
O, xəstəxananın qarşısında jurnalistlərə və fotoqraflara Gürcüstan hökumətinə və xəstəxana heyətinə təşəkkür ünvanladığı məktubunu oxuyub. Bu zaman tibb işçiləri onun qollarından tutaraq, yenidən xəstəxanaya qaytarıblar.
Məlum olub ki, xəstəxanada onun nəticələri səhv salınıb.Muxalifet4 - 29-02-2020
Azərbaycan belə talanır: İstanbulda biznesmen, Bakıda yolçəkən - İLGİNC FAKTLAR
Azərbaycan Avtomobil Yolları Dövlət Aagentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədovun Türkiyədə bir neçə kommersiya şirkəti var. Onun bu vəzifədəykən bizneslə məşğul olması "Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna ziddir.
O, İstanbuldakı dəyəri 1 400 000 lirə olan villasının eyvanından Formula 1 yarışlarının keçirildiyi şüşətək hamar trekdə şütüyən avtomobilləri asanlıqla izləyə bilər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İH sədri burada 300 kvadrat metrlik üçmərtəbəli (zirzəmisi və yeraltı avtoqarajı ilə birlikdə) villaya sahibdir.
Muxalifet4 - 29-02-2020
“Veysəloğlu” şirkətinin gizli anbarı aşkar olundu - Şirkət ərzaq deposunu hansı məqsədlə gizli saxlayırmış?
Təxminən bir ay əvvəl Sabunçuda İqtisadiyyat Nazirliyi tərəfindən “Veysəloğlu” şirkətinin gizli ərzaq deposu aşkarlanıb.
Bu barədə Hurriyyet.org-a daxil olan məlumatda deyilir.
Bildirilir ki, həmin depoda gizli şəkildə bəzi ərzaq məhsulları istehsal olunurmuş və şirkət həmin malalrın özünə məxsus marketlərdə qeydiyyatsız satışını təşkil edirmiş. Bununla həm vergidən yayınır, həm də əlavə qazanc əldə edirmiş.
Muxalifet4 - 29-02-2020
İlqar Məmmədov Prezident Administrasiyasına dəvət olundu - SİYASİ MÜZAKİRƏLƏR...
Prezident Administrasiyasında REAL Partiyasının sədri İlqar Məmmədovla görüş keçirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə İlqar Məmmədov özü bildirib.
Muxalifet4 - 29-02-2020
“Rejimin və rus vəhşiliyinin qarşısını almaq üçün Ankaranın tam yanındayıq!” - AMERİKADAN TÜRKİYƏYƏ DƏSTƏK
"Türkiyə ilə ünsiyyət halındayıq, ona necə dəstək verəcəyimizə dair seçənəklərimizi götür-qoy edirik".
Ovqat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeonun bu gün yaydığı bəyanatında belə deyilir.
Pompoe “alçaq və utanmaz” olaraq qiymətləndirdiyi bu hücumda ABŞ-ın Türkiyənin yanında olduğunu vurğulayaraq əlavə edib: "Həyatını itirən Türk əsgərləri üçün Türkiyə dövlətinə başsağlığı göndəririk. ABŞ bu hücumu mümkün olan ən şiddətli şəkildə qınayır."
Muxalifet4 - 29-02-2020
Sabiq deputat Ali Məhkəməyə kassasiya şikayəti verdi
Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və digərləri barələrində olan hökmdən kassasiya şikayəti verib.
Şikayət Ali Məhkəmədə hakim İlqar Qılıcovun icraatına verilib. İşə yaxın günlərdə məhkəmə baxışına təyin ediləcək.
Muxalifet4 - 29-02-2020
"Fövəlnazir"in xanım şəriki ölkədən qaçdı - KƏMALƏDDİN HEYDƏROVUN BİZNESİNİN BİR HİSSƏSİ ONUN ADINADIR... / Təfərrüat
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun nüfuz və təsir dairəsi sürətlə daralır. Bunu son aylarda baş verən bir-birindən ilginc hadisələr də təsdiqləyir.
Muxalifet4 - 29-02-2020
Türkiyə Rusiyanın 20 döyüşçüsünü belə məhv etdi / ANBAAN VİDEO
İdlibdə Curin hərbi bazasında “Wagner” və “Pələng” (Kaplan) xüsusi təyinatlı qüvvələrinin 20-dək canlı qüvvəsi, hərbi texnikası, silah-sursatı məhv edilib.
Muxalifet4 - 29-02-2020
FƏTULLAH GÜLƏNİN MASONLARLA ŞOK BAĞLANTISI - Türkiyəni uzun illər necə idarə ediblər...
Türkiyənin “Yeni Şafak” adlı internet portalında araşdırmaçı Kemal Özerin “Türkiyəni masonlar idarə elədi” adlı yazısı dərc olunub. Yazını diqqətinizə çatdırırıq:
Prezidentlər, parlament sədrləri, nazirlər, məmurlar və akademiklərdən çox sayda yüksək vəzifə sahibləri masonların təşkilatına cəlb edilib.
Doqquz baş nazirdən və bir neçə xarici işlər nazirindən başqa hamısı mason idi.
Muxalifet4 - 29-02-2020
Arif Hacılı PA-nın şöbə müdiri ilə görüşə dəvət alıb - "Qəbul etdim"
"Mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam. Görüş təklifini qəbul etdim".
"Report"un xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.
"Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan daha düzgün olduğunu bildirdim", - A.Hacılı əlavə edib.
Muxalifet4 - 29-02-2020
Bakıda “Məsti Xumar”ı oynayan müəllimə DANIŞDI: "Yorğunluğumu, stresimi çıxarmaq üçün..." / VİDEO
Bakıda məktəbdə “Məsti Xumar” mahnısını oynayan müəllim yayılan görüntüsündən danışıb.
İbtidai sinif müəlliməsi olan Gülsüm Biləndərli Unikal.org-a sözügedən görüntünün ona aid olduğunu bildirib:
“Sözügedən görüntüyə aydınlıq gətirmək istəyirəm.Bu video görüntü qış tətilində hesabat hazırladığım zaman çəkilib.
Bayıldan Qaradağa hər gün məktəbə dərs deməyə gedirəm. Həmin gün səhər saat 08:00-dən saat 15:30-a qədər davamlı statistik məlumatlar hazırlayırdım.
Muxalifet4 - 29-02-2020
HƏBS EDİLƏN İCRA BAŞÇISI İLƏ BAĞLI YENİ FAKTLAR - Hind və Qarabağ atları da saxlayıb...
Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları tərəfindən rüşvət faktı ilə həbs edilən Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev haqda yeni məlumatlar əldə etmişik.
Məlumata görə, İ.Vəliyev hind və Qarabağ atları da saxlayırmış. Bildirilir ki, İ.Vəliyev hind atları, o cümlədən xüsusi olaraq 4 cins Qarabağ atını Neftçalaya gətirdibmiş.
İddialara görə, sabiq başçı at həvəskarı olub və cins heyvanlar gətirdib. Onları bir xanım bəsləyirmiş. Lakin Neftçalanın keçmiş şefinin tutulmasından sonra həm hind, həm Qarabağ atlaı başqasına verilib ki, saxlanılsın.
Muxalifet4 - 29-02-2020
Azərbaycanda koronavirusa qarşı necə mübarizə aparılır? – CƏLİLABADDAN VİDEO-REPORTAJ
Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabad Mərkəzi Xəstəxasında saxlanılan İranda təhsil alan tələbələr etiraz aksiyası keçirmişdilər.
Ovqat.com-un məlumatına görə, onlar saxlanma şəraitinin yaxşılaşdırılmasını və ya evə buraxılmalarını tələb edirdilər.
Etirazlarının heç bir nəticə vermədiyini görən tələbələr günün sonunda aclıq aksiyası keçirməyi qərarlaşdırmışlar.
Muxalifet4 - 29-02-2020
Gürcüstanda koronavirusa üçüncü yoluxma halı təsdiqləndi
Gürcüstanda koronavirusa üçüncü yoluxma halı aşkar olunub.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
O qeyd edib ki, virus İrandan qayıdan Gürcüstan vətəndaşında təsdiq olunub.
Muxalifet4 - 29-02-2020
Qonşu ölkədə məktəblərdə vaxtından əvvəl tətil elan olundu
Gürcüstanda koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məktəblərdə yaz tətilinin başlanma vaxtı dəyişdirilib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət qurumları arası Koordinasiya şurası qərar qəbul edib.
Qərara əsasən, tətil martın 9-u əvəzinə martın 2-dən etibarən başlayacaq və ayın 16-dək davam edəcək.
Şuranın digər qərarı ilə ictimai nəqliyat və uşaq bağçalarında dezinfeksiya tədbirləri gücləndiriləcək.
Muxalifet4 - 29-02-2020
Azərbaycanda koronavirusa yoluxanların sayı 3 oldu - RƏSMİ
Nazirlər Kabineti yanında operativ qərargah koronavirus şübhəsi ilə karantində olan şəxslər barədə növbəti dəfə məlumat yayıb.
Operativ qərargahdan bildirilib ki, İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib.
Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.
Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.
Muxalifet4 - 29-02-2020
Azərbaycan İranla sərhədi BAĞLADI - Bu tarixədək...
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.
Muxalifet4 - 29-02-2020
"TÜRKİYƏNİ DAYANDIRIN" - Böyük itkilər verən Əsəd dünyaya yalvardı
İdlibdə türk əsgərlərinin şəhid edilməsindən sonra Türkiyə Əsəd rejiminə ağır zərbələr endirməyə davam edir.
İndiyə qədər Əsəd rejiminin 2 mindən çox əsgəri və 300-dən çox texnikası məhv edilib.
Türkiyə ordusunun qisas əməliyyatından qorxuya düşən Əsəd Avropa ölkələrindən kömək istəyib.
Suriyanın BMT-dəki daimi təmsilçisi Bəşər Cəfəri Avropa ölkələrinin Türkiyəni dayandırmasının vacib olduğunu bildirib.
Muxalifet4 - 29-02-2020