“Rejimin və rus vəhşiliyinin qarşısını almaq üçün Ankaranın tam yanındayıq!” - AMERİKADAN TÜRKİYƏYƏ DƏSTƏK

Baxış sayı:
2880

"Türkiyə ilə ünsiyyət halındayıq, ona necə dəstək verəcəyimizə dair seçənəklərimizi götür-qoy edirik".

Ovqat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeonun bu gün yaydığı bəyanatında belə deyilir.

Pompoe “alçaq və utanmaz” olaraq qiymətləndirdiyi bu hücumda ABŞ-ın Türkiyənin yanında olduğunu vurğulayaraq əlavə edib: "Həyatını itirən Türk əsgərləri üçün Türkiyə dövlətinə başsağlığı göndəririk. ABŞ bu hücumu mümkün olan ən şiddətli şəkildə qınayır."

Bəyanatda Əsəd rejimi, Rusiya İran və Hizbullahdan hücumlara son vermələri tələb olunur:

"Əsəd rejimi, Rusiya, İran rejimi və Hizbullahın bu hücumları Suriyanın şimalında atəşkəsin qarşısını alır. Hücumlar bitməlidir, sivillərə humanitar yardım təmin edilməlidir və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında siyasi həll planı hazırlanmalıdır".

“Rejimin və rus vəhşiliyinin” qarşısını almaq, İdlibdəki insani ağrıları yüngülləşdirmək  üçün ABŞ-ın Türkiyə ilə bir yerdə olacağını ifadə edən Pompeo Ankaraya dəstək vermək üçün müxtəlif variantları gözdən keçirdiklərini bildirib.

Pompeo həmçinin rəsmi Dəməşqə xəbərdarlıq edib ki, o əgər BMT TŞ-ın qətnamələrinin tələblərini tam yerinə yetirməsə, ABŞ Suriyanın beynəlxalq birliyə inteqrasiyasının qarşısını almaq üçün əlindən gələni əsirgəməyəcək.

***

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi Kelli Kraft da Rusiyanı Suriyada hava əməliyyatları keçirən hərbi təyyarələrini dəhral aşağı endirməsini tələb edib.

Xanım diplomat bu bəyanatını Böyük Britaniyanın çağırışıyla toplanan BMT TŞ-nın iclasında səsləndirib.

Diplomat deyib: “Biz Rusiya Federasiyasını döyüş təyyarələrini dərhal aşağı endirməyə, bütün Suriya qoşunlarını və onların rus müttəfiqlərini 2018-ci ildə razılaşdırılmış atəşkəs xəttnə geri çəkilməyə çağırırıq”.