Axtarış
The search found 105849 results in 0.038 seconds.
Search results
Rusiyanın 5 ən varlı adamı bir gündə 4,2 milyard ABŞ dolları itirdi - YENƏ KORONAVİRUS
Rusiyanın 5 ən varlı insanının sərvəti bir gün ərzində koronavirus səbəbi ilə 4,2 milyard ABŞ dolları azalıb.
“Forbes Real Time”ın reytinqində belə deyilir.
Mütəxəssislərin qiymətləndirməsinə əsasən, Rusiyanın ən varlı iş adamları siyahısında birinci olan “NorNikel” şirkətinin sahibi Vladimir Potaninin sərvəti bir gündə təxminən 900 milyon ABŞ dolları azalaraq 25,7 milyard dollara düşüb.
“LİKoil”un həmtəsisçisi Vahid Ələkbərov 900 milyon ABŞ dollarından çox vəsait itirib və hazırda onun sərvəti 23,2 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.
Muxalifet4 - 29-02-2020
Ərdoğan İdlibdə Əsədin öldürülən tərəfdarlarının SAYINI AÇIQLADI - "Vəziyyətin bu nöqtəyə çatmasını istəməzdik, ancaq..."
Türkiyə Bəşər Əsəd tərəfdarlarına öz qətiyyətini nümayiş etdirəcək.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Muxalifet4 - 29-02-2020
Ruhani Ərdoğandan sonra Putinə zəng etdi - YENİLƏNİB
İran Prezidenti Həsən Ruhani ilə Rusiya Prezidenti Vladimir Putin arasında da telefon danışığı olub.
Virtualaz.org bildirir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
Məlumata görə, İranın istəyi ilə baş tutan telefon danışığında tərəflər Suriya ilə əlaqədar Astana sazişinə tamamilə əməl edilməsinin lazım olduğunu bildiriblər.
Rəsmi məlumatda vurğulanır ki, Suriyadakı vəziyyətə İdlibin deeskalasiyası zonasında artan gərginlik kontekstində baxılır.Muxalifet4 - 29-02-2020
“Bu ilin sonunda Azərbaycanda referendum keçirilə bilər” - NATİQ CƏFƏRLİ PA RƏSMİSİ İLƏ GÖRÜŞ HAQDA
Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri İlqar Məmmədov ayrı-ayrılıqda Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüblər.
Bundan başqa Müsavat Partiyasının başqanı Arif Hacılı da Ə.Vəliyev tərəfindən Prezident Administrasiyasına dəvət alıb.
Bu cür dialoqların aparılması ölkənin siyasi vəziyyətinə nə kimi təsir göstərəcək?
Muxalifet4 - 29-02-2020
Koronavirus bu yolla da yayıla bilər... - ÇİNLİ ALİMLƏRDƏN DƏHŞƏTLİ AÇIQLAMA
Çinli mütəxəssislər COVID-19 yeni tip koronavirusa yoluxan xəstənin göz yaşında və konyunktival ifrazatında koronavirus aşkarlandığını açıqlayıb.
Muxalifet4 - 1-03-2020
Türkiyə ABŞ-dan "Patriot" istədi - RUSİYA İLƏ MÜNASİBƏTLƏR SOYUYUR...
Türkiyə ABŞ-dan "Patriot" uzun mənzilli zenit-raket kompleksi istəyib.
Muxalifet4 - 1-03-2020
Koronovirusa yoluxmanın yüngül forması öz-özünə keçib gedir - ALİMLƏRDƏN AÇIQLAMA
Hazırda bəşəriyyət üçün naməlum olan COVID19 virusu planet boyunca tüğyan edərək, adamları vahiməyə salır. Lakin hökumət rəsmiləri və tibb ekspertlərinin xəbərdarlıqlarında ümid işartısı da var: Bu virus ölümcül olsa da, ona yoluxmuş əksəriyyətdə yalnız yumşaq simptomlar müşahidə olunur və bu şəxslər xəstəlikdən tam sağalırlar.
Muxalifet4 - 1-03-2020
TRAMP 18 İLLİK MÜHARİBƏYƏ SON QOYDU - ABŞ-la “Taliban” tarixi sülh sazişi imzaladı / VİDEO
Qətərin paytaxtı Dohada ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadla “Taliban” hərəkatının lider müavini Qəni Baradar 18 illik müharibəyə son qoyaraq barışıq sazişi imzalayıb.
“TASS” xəbər verir ki, sazişə görə ABŞ 135 gün ərzində Əfqanıstandakı əsgərlərinin sayını 13 mindən 8 min 600 nəfərə endirəcək. “Taliban”ın sazişə əməl edəcəyi təqdirdə isə 14 ay müddətində NATO və ABŞ əsgərləri ölkədən tamamilə çıxacaq.
Muxalifet4 - 1-03-2020
"Zülmə qarşı verdiyimiz haqq mücadiləsi sonuna qədər davam edəcək” - ƏRDOĞAN
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa birlik-bərbərlik çağırışı edib.
Türkiyə prezidenti rəsmi twitter hesabında belə bir açıqlama yayıb.
Açıqlamada bildirilir: “Türkiyə bu günü və gələcəyi baxımından tarixi və həyati mübarizədədir. Nəticələri ən azı 100 il öncəki qədər böyük olacaq bir mübarizədən ölkəmizin və xalqımızın mənafeyini qoruyaraq zəfərlə çıxmaq üçün gecə-gündüz fəaliyyətimiz davam edir.
Muxalifet4 - 1-03-2020
Qarabağ əlilinin reabilitasiya vasitəsi, pensiyası, əmlakı məhkəmə qərarı olmadan MƏNİMSƏNİLİB
Ümumi məhkəmə 3 ildir, inzibati məhkəmə 1 ildir Ali Məhkəmənin ləğv etdiyi işə baxmır
Muxalifet4 - 1-03-2020
Roma Papası dörd gündür üzə çıxmır, koronavirus şübhəsi var - VATİKAN MÜƏMMALI ŞƏKİLDƏ SUSUR...
Roma Papası Fransisk artıq dördüncü gündür ki, bütün görüşlərini və qəbullarını təxirə salır.
Koronavirusun ən çox yayıldığı ölkə olan İtaliyada katoliklərin liderinin “özünü pis hiss edərək” bütün proqramını təxirə salması onun həmin virusa yoluxa biləcəyinə dair narahatlıqları artırıb. Belə ki, bir neçə gün əvvəl Papa kütləvi ayin zamanı dindarlarla görüşüb, onların əlini sıxıb, yanaqlarından öpüb. Bu zaman toplaşanların arasında maskalı adamların olduğu gözə dəyib.
Muxalifet4 - 1-03-2020
RUSLAR ŞOK GÖRÜNTÜLƏR YAYDI - Türkiyə ordusu bombalayır, Əsədin əsgərləri qaçırlar
“Türkiyə ordusunun Suriyadakı əməliyyatları müharibənin gedişatını dəyişdi”.
Muxalifet.az xəbər verir ki, Suriyada Rusiya ordusunu müşayiət edən hərbi jurnalist açıqlamalarında belə qeyd edib. Türkiyə ordusunun hədəfə aldığı məntəqələrdə müşahidələr aparan jurnalist bildirib ki, pilotsuz aparatlar hücum etdiyi əraziləri yerlə bir edib:
Muxalifet4 - 1-03-2020
RUSİYA-TÜRKİYƏ QARŞIDURMASI CƏNUBİ QAFQAZA NƏ VƏD EDİR? – Moskva regiondakı münaqişələri yenidən alovlandıra bilər
Suriyada Türkiyə-Rusiya qarşıdurmasının davam edəcəyi gözlənilir. Başqa alternativ hələ ki, görünmür. Ərdoğan və Putin görüş üçün vədələşsələr də, geri çəkilmək, uzlaşmaq üçün hər hansı bəyanat səsləndirməyiblər.
Muxalifet4 - 1-03-2020
Xameneinin nəvəsində də koronavirus aşkarlandı
İranın dini lideri Ayətullah Əli Xameneinin nəvəsində koronavirus aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.
İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur yeni tip virus səbəbilə 43 nəfərin həyatını itirdiyini, ötən gündən bu yana 205 nəfərdə yoluxmanın qeydə alındığını bildirib:
"Koronavirus əsasən Tehran, Qum, Mazandaran, Gülüstan və Gilan əyalətlərində yayılıb. Xəstəxanalara yatırılanların 10-15%-də testlər müsbət nəticə verib. 123 nəfər isə evə buraxılıb".
Muxalifet4 - 1-03-2020
RUS JURNALİSTİN İDLİBDƏN HƏYƏCANLI REPORTAJI - "Türklər hərəkət edən hər şeyi vurur" / VİDEO
Suriyanın İdlib bölgəsindəki Rusiya hərbi qüvvələrinin tərkibində olan rus jurnalist Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarının nə qədər təsirli olduğunu bildirib.
Rusiyalı jurnalistin açıqlamaları Türkiyənin PUA-larla davam etdirdiyi əməliyyatların miqyasını göstərib.
İdlib səmasında Türkiyənin PUA-larının göründüyü andan etibarən müharibənin gedişatının fərqli məcraya yönəldiyini qeyd edən jurnalist "Bu PUA-ların bu qədər istifadə edildiyini nəzərə alsaq, Türkiyənin pula heyfinin gəlmədiyi anlaşılır" deyib.Muxalifet4 - 1-03-2020
Məzahir Pənahov jurnalistləri girov saxlayaraq videoları sildirib – SENSASİON İDDİA
Blogger, 31 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizəd olmuş Mehman Hüseynov MSK-nın son iclası ilə bağlı sensasion iddia səsləndirib.
"Yeni Sabah" xəbər verir ki, o MSK sədri Məzahir Pənahovun tapşırığı ilə iclasda iştirak edən jurnalistlərin uzun müddət qurumun binasında girov saxlanıldığını bildirib.
Səbəb isə M. Hüseynovun iclasda etdiyi çıxışın həmin jurnalistlər tərəfindən videosunun çəkilməsi olub:
Muxalifet4 - 1-03-2020
Türkiyəni onminlərlə suriyalı tərk edib - AVROPAYA AXIN DAVAM EDİR
Ədirnə yolu ilə ölkədən gedən miqrantların sayı 76 min 358 nəfərə çatdı.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu tvitter hesabında məlumat verib.
Nazir bildirib ki, başda suriyalılar olmaqla miqrantlar Yunanıstan və Bolqarıstana üz tutur.
Qeyd edək ki, Türkiyə İdlibdə 34 şəhid verdikdən sonra Avropaya getmək istəyən qaçqınlara mane olmayacağını bəyan etdi. Bu addım Avropa İttifaqı və BMT-də səs-küyə səbəb oldu. Təşkilatlar həm Türkiyəyə, həm də digər ölkələrə qaçqın köçünü dayandırmaq üçün hərəkətə keçmə çağırışı etdi./Publika.az
Muxalifet4 - 1-03-2020
Bakıda məşhur otelin müştəriləri koronavirusa görə xəstəxanaya yerləşdirildi
Bakıda koronavirus şübhəsi ilə hotel müştəriləri xəstəxanaya yerləşdirilib.
Muxalifet.az “Report”a istinadla xəbər verir ki, Nəsimi rayonunda yerləşən "Holiday İnn Baku" hotelində müştəri olan İran İslam Respublikasının 5 vətəndaşı həkim nəzarətinə götürülüb.
TƏBİB-dən bildirilib ki, onlar 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində müşahidə altındadırlar.
Muxalifet4 - 1-03-2020
"Aksiyada döyüldüyü iddia edilən qadının xəsarət görüntüləri makyajdır..." - DİN-dən AÇIQLAMA
Daxili İşlər Nazirliyi aksiya zamanı qadının xəsarət alması iddiasına münasibət bildirib.
DİN-dən verilən açıqlamada iddialar təkzib olunub.
Bildirilib ki, son günlər sosial şəbəkələrdəki bəzi səhifələrdə fevralın 28-də Daxili İşlər Nazirliyinin (DİN) inzibati binası önündə bir qrup qadının aksiya keçirməyə cəhd göstərmələri zamanı onlardan birinin guya polis əməkdaşı tərəfindən üz nahiyəsinə xəsarət yetirilməsi barədə məlumatlar yayılır.
Muxalifet4 - 1-03-2020
"BİZ YENİDƏN AYAQDAYIQ" - Co Bayden qələbə qazandı...
ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden (Joe Biden) ABŞ-da bu il keçiriləcək prezident seçkilərinə Demokrat partiyasından namizədliklərini irəli sürmək istəyən iddiaçıların Cənubi Karolina ştatında keçirilən yarışında ilk ciddi qələbəsini qazanıb.
Joe Biden rəqiblərini böyük səs fərqiylə qabaqlayıb.
İlkin nəticələrə əsasən, Joe Biden 48,4% səs toplayaraq 19,9% səs toplamış əsas rəqibi Bernie Sanders-i böyük üstünlüklə geridə qoyub.Muxalifet4 - 1-03-2020