FƏTULLAH GÜLƏNİN MASONLARLA ŞOK BAĞLANTISI - Türkiyəni uzun illər necə idarə ediblər...

Baxış sayı:
3550

Türkiyənin “Yeni Şafak” adlı internet portalında araşdırmaçı Kemal Özerin “Türkiyəni masonlar idarə elədi” adlı yazısı dərc olunub. Yazını diqqətinizə çatdırırıq:

Prezidentlər, parlament sədrləri, nazirlər, məmurlar və akademiklərdən çox sayda yüksək vəzifə sahibləri masonların təşkilatına cəlb edilib.

Doqquz baş nazirdən və bir neçə xarici işlər nazirindən başqa hamısı mason idi.

Üç-dörd nəfəri istisna olmaqla, Türkiyənin prezidentlərindən hamısı mason olub. Parlament sədrlərindən baş nazirlərə, nazirlərdən millət vəkillərinə, məmurlardan tutmuş akademiklərə qədər yüksək məqamlarda işləyən bir çox vəzifə sahibi Türkiyənin ən qaranlıq icmasına mənsub olub.

Vəzifədəkilər masonlar olduğu üçün şübhəsiz ki, təyinatlar və irəliləmələr onlar tərəfindən idarə olunurdu. Məsələn, Ecevit ingilis lojasına mənsub olan bir mason idi. Baş nazirlərdən doqquz nəfəri istisna olmaqla, hamısı mason olub. Mustafa Kamalın ətrafı, yəni kabinet üzvlərindən yavərinə, həkimlərdən xidmətçilərinə qədər hamısı masonlar olublar.

Bülent Ecevit

Kənan Evren mason olub, qladionun Türkiyə masası X-in şefi mason general Turqut Sunalpa  Milliyyətçi Demokrat Partiyasını qurdurub. Həmçinin, yaxın dövrün siyasətçilərindən olan Dəmirəl mason idi, kabinetinin böyük qismini masonlardan seçib. Ecevit mason idi, o da həmişə masonlara üstünlük verib. Bu adların hamısı mason olmaqla yanaşı, mason qardaşları Güləni də himayə edərək qarşısını açdılar. CIA və MOSSAD ilə birlikdə bəsləyib, bütün müsəlmanların başına bəla etdilər.

Menderes hesabat tələb edir

Medeni Berk

Baş nazir olarkən kəşfiyyat və təhlükəsizlik təşkilatlarına masonlarla bağlı hesabat hazırlanması göstərişi verən və Türkiyədəki mason hökmranlığına çox yaxşı bələd olan mərhum baş nazir Adnan Menderes 1959-cu ildə rəhmətlik Nəcib Fazil Qısakürək ilə görüşü zamanı deyib: “Məndən yuxarıda Cəlal Bayar (prezident), məndən aşağıda Medeni Berk (baş nazirin müavini) var. Bunların ikisi də 33-cü dərəcəli masondur. Mən iki dəyirman daşı arasında sıxılan buğda dənəsi kimiyəm!” Bir baş nazirin bu qaranlıq icmanın qarşısındakı çarəsizliyi əslində həqiqi bir Türkiyə fotosudur.

“Milli iradə hər şey demək deyil”

Demokratiya heç bir zaman veclərinə olmayıb. Demokratiya onlar üçün məqsədlərini həyata keçirmək alətlərindən biri olub. Milli ünsürlərin enerjilərini kreslo uğrunda mübarizələrdə tükəndirib, iqtidar kreslolarında həmişə özləri oturdular.

Özləri oturmasalar da, oturtduqlarının rəhbər olmasına izin vermədilər. Bu vəziyyətlə bağlı olaraq Milli Təhlükəsizlik xidmətinin hesabatında deyilirdi: “1950-1960-cı illər arasında DP səs çoxluğu ilə iqtidara gəlincə, milli iradəni təmsil elədiklərini və onun təmsilçisi olduğunu, hər şeyi edə biləcəkləri düşüncəsindədirlər”. Bu hesabatı gördükdə ötən illərdə “dağdakı çobanla mənim səsim eyni ola bilməz” deyən Aysun Kayacının haradan bəsləndiyi aşağıdakı cümlələrlə gözlər önündə canlanır: “Millət mücərrəd bir varlıq və mənəvi institutdur. Onun iradəsini hər an yanlış yönləndirmək mümkündür. Milli iradə mənasız bir ifadədir, sosial reallıqla əlaqəsi yoxdur. Millətin iradəsi, xalqın iradəsi ola bilərmi? Şəxsi iradələrin cəmlənməsi kollektiv iradə ola bilməz. Səs verməyən, səsvermə haqqı olmayan kütlə vardır. Bir cahil ilə təhsilli adamın iradəsi eynidirmi?”

“Əsas milli iradə hərbi qüvvədir”

“Milli hədəflərin ələ keçirilməsində yeganə müəyyənləşdirici olan qüvvə hərbi qüvvədir”.

Xalqın seçimlərinin mühüm olmadığını bildirən, İnönü ardıcılı olan kəşfiyyat təşkilatı: “Bu günün şərtlərində əsas milli iradə hərbi qüvvədir” deyir və əlavə edir: “Hər zaman “xalqın iradəsi doğrudur” demək yanlışın ən böyüyüdür. Seçkinin nəticəsi nə milli, nə də ümumi iradədir, seçkilərdə səs vermiş insanların seçimidir. Suverenlik anlayışı üzərində qurulmuş nəzəriyyə olduğu üçün düzgün seçimi əks etdirməyə bilər. Bugünkü zamanda əsas milli iradə hərbi qüvvədir. Milli hədəflərin ələ keçirilməsində yeganə müəyyənləşdirici olan qüvvə hərbi qüvvədir”. Bununla da onlar istəmədikləri şəxslərin iqtidara gəlməsinin qarşısındakı çevrilişçi qüvvə olaraq durduqlarını etiraf edirdilər.”Respublikanın təməl prinsiplərini qoruyub müdafiə eləmək” cümləsinin ardına sığınan bu qaranlıq mərkəzlər hər zaman millətlə savaşıb və savaşmaqdan vaz keçmir.

İnqilab adı altında xalqın gələcəyini oğurladılar

Nassi Universitetinin bülletenində yazılmışdı: “Masonlar tərəfindən tənzimlənməmiş heç bir siyasi və mədəni qanun yoxdur”. Masonların başqa bir mətbu orqanı olan “Akasya”nın 1908-ci il tarixli 62-ci sayında: “Yəhudisiz heç bir mason lojası yoxdur. Yəhudi sinaqoqlarında heç bir məzhəb mövcud deyil, orada masonlarda olduğu kimi yalnız simvollar vardır. Buna görə də, İsrail məbədi bizim müttəfiqimizdir” cümlələrini yazaraq, böyük etiraflar eləmişdi. Masonların öz nəşri olan “Farmasonluq tarixi” adlı köhnə əsərlərində də deyilirdi: “Azad masonlar yəhudilərin dünya hakimiyyəti planını əsas tutaraq çalışırlar”. Bununla da, müsəlman millətin mədəniyyət və dəyərlərini “inqilab” adı altında tar-mar elədilər. Keçmiş ilə əlaqəni bıçaq kimi kəsərək, gələcəyini oğurlamağa çalışdılar.

Bütün iplər ordunun əlində olmalıdır

Bir şəxsi bütləşdirib despotizmlərinə örtük etdilər. Millətin əsgərinin, islamın Mehmedinin  silahının lüləsini millətə tuşlayaraq çevrilişdən-çevrilişə tələsdilər. Bu işin icraçıları isə hazırladıqları hesabatlarında “Qanunları, konstitusiyaları, dövlətin bütün imkanlarını qorumaq və onlara nəzarət eləmək gücü ordunun əlində olmalıdır. Əsas milli iradə bu təməldə olmalı, hakimiyyəti cahil, dar düşüncəli, doqmatik, şəri hökmlərlə idarə eləməyə çalışan ləkəli iqtidarlar, ərəb heyranı məxluqlar, ancaq ordunun respublikanın əsaslarını qorumaq və mühafizə eləməsi şərti ilə iradəni tamamlamış olurlar. Ordu ən böyük iradədir” yazaraq müsəlman millətə ərəb heyranı məxluqlar deyə həqarət ediblər. Bunu yazan əlbəttə müsəlman ola bilməzdi, olsa-olsa, dinsiz bir qaranlıq lojanın üzvü ola bilərdi.

Məşhur mason siyasətçilər

İtaliyalı mason Lemmi belə deyir: “Hökuməti təşkil edən şəxsiyyətlər ya mason qardaşlardan olacaq, ya da bu vəzifədən məhrum qalacaqlar”. Yazıda adı çəkilənlərdən başqa, ən məşhur masonlar bunlardır: Bülent Ecevit, İsmet İnönü, Kasım Gülek, Şükrü Kaya, Celal Bayar, Cevdet Sunay, Cemal Gürsel, Abbas Çetin, Kamuran İnan, Emre Gönensay, İhsan Sabri Çağlayangil, Turhan Feyzioğlu, İsmail Cem, Ferit Melen, Şükrü Sina Gürel, Fahrettin Kerim Gökay, Necmi Öktem, Muhsin Ete, F. Cemal Erkin, Adnan Adıvar, Salim Serper, Mümtaz Turhan, Samet Ağaoğlu, Nihat Reşat Belger, Vural Arkan, Tevfik Rüştü Aras...

Məşhur masonların bəziləri

FETÖ-də mason Güləndən sonra ən səlahiyyətli şəxslərdən olan Abdullah Aymaz da mason idi. Aymaz, 1991-ci ildə rəhbərlikdə olan 14 masondan biridir.

***

Abdullah Aymaz, Sedat Simavi, Mehmet Ali Birand, Ahmet Emin Yalman, Güneri Civaoğlu, Nadir Nadi, Aydın Doğan, Dinç Bilgin, Alaaddin Yavaşça, Vehbi Koç, Rahmi Koç, Sakıp Sabancı, Faruk Loğoğlu, İbrahim Canan, Cemil İpekçi, Yakup Kadri Karaosmanoğlu, Faruk Nafiz Çamlıbel, Ömer Rıza Doğrul, Hasan Ali Yücel, Ziya Gökalp, Namık Kemal, Falih Rıfkı Atay...

Abdullah Aymaz

Masonlar haralardadırlar?

Bəzi çevrələr masonların gücünün şişirdildiyi, keçmiş əhəmiyyətlərini itirdiklərini söyləyirlər. Bəziləri isə masonların şəffaflıqlarından dəm vururlar. Əslində isə nə şəffaflaşma var, nə keçmiş əhəmiyyətlərini, nə də qüvvələrini itirməyiblər. Üstəlik, zamanın qılafına bürünərək iqtidara yaxınlaşmağa davam edirlər. Mason olduğu bilinən məmurlar, akademiklər, siyasətçilər və hətta hərbçilərin mühüm hissəsi hələ də tutduqları mövqeləri möhkəmləndirməklə məşğuldurlar. Bəzi nazirlər masonlarla əməkdaşlığa davam edirlər. Maliyyə dünyası hələ əllərindədir. Tibb, əkinçilik və hüquqdakı hökmranlıqları tam gücü ilə davam edir. Daxil olduqları bəzi təkkələrdən çıxmayıblar. Mövlana həzrətlərinin ardında gizlənməyə davam edirlər. Anıtqəbirə çıxıb meydan oxuyurlar. Məclisdədirlər, qəzet guşələrindədirlər, iş dünyasındadırlar, idman klublarını idarə edirlər. Hamısından mühümü də cibimizdədirlər, bank hesablarımızdadırlar, şəhərimizdədirlər, qanunlarımızdadırlar, beynimizə hökm eləmək üçün daha çox çalışırlar.

Hurriyyet.org