Azərbaycanın nümayəndə heyəti İranda səfərdədir

Baxış sayı:
5440

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin birgə işçi qrupunun Tehran şəhərində ikinci iclası keçirilib.
Bu barədə yeniavaz.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  
Azərbaycan Respublikası Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iranlı həmkarları ilə hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.
Görüşün sonunda birgə işçi qrupun iclasının yekun protokolu imzalanıb.