Rusiyada 3 nəfərdə koronavirus aşkarlanıb

Baxış sayı:
5568

Rusiyanın istehlakçı hüquqlarının müdafiəsi və insanın rifahına nəzarət üzrə Federal Xidmətin (Rospotrebnadzor) rəhbəri Anna Popova fevralın 26-da Diamond Princess kruiz gəmisindən Kazana təxliyə olunan üç rusiyalıda koronavirus olduğunu təsdiqlədiyib.

“Bir deyil, bir neçə virusoloji üsulla 3 nəfərdə yoluxma halı təsdiqlənib. Bu gün bu insanlar nəzarət altındadır" - deyə, Popova çərşənbə günü Moskvada keçirdiyi brifinqdə bildirib.

Ümumilikdə 8 rusiyalı kruiz gəmisindən təxliyə edilmişdi, onlar iki həftəlik Kazandakı ixtisaslaşdırılmış xəstəxanada karantinə alınıb.

Rusiya Baş nazirinin müavini Tatyana Qolikova çərşənbə günü Rusiyanın koronavirus səbəbiylə fevralın 28-də həm tranzit, həm də müntəzəm olaraq İran vətəndaşlarına viza verilməsini dayandırdığını açıqlayıb. Lakin iranlılara verilən biznes və humanitar vizalar üçün hələ ki, məhdudiyyətlər tətbiq edilməyib.

Qolikova həmçinin, koronavirus səbəbiylə rəsmilərin rusiyalıların həm turist qrupları, həm də fərdi olaraq İtaliyaya səfər etməmələrini tövsiyə” etdiyini bildirib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti sözügedən ölkədəki koronavirusla bağlı “vəziyyəti yaxından izləyir”, lakin indiyə qədər məhdudiyyətlər qoymayıb. Eyni zamanda, onun sözlərinə görə, hökumət koronavirus karantinini pozmağa görə "artan məsuliyyəti müzakirə edir".

Bundan başqa, martda koronavirus səbəbiylə Rusiya ilə Cənubi Koreya arasında hava yollarının istifadəsi məhdudlaşacaq.

“Martın 1-dən etibarən Aeroflot və Avroradan başqa Cənubi Koreyaya bütün uçuşlar dayandırılır. Bu barədə Qolikova açıklama verib.

"Avrora çarter reysi ilə bütün vətəndaşlarımızın çıxarılması üçün xüsusi rejimdə işləyəcək. Aeroflot isə Cənubi Koreyadan Moskvaya gələnlər Şeremetyevonun F terminalından keçəcək” - deyə, Qolikova qeyd edib.