Axtarış

The search found 105849 results in 0.053 seconds.

Search results

  1. Qar uçqunu altında qalan qadınlar belə qurtarıldı - VİDEO

    İsveçrədə qar uçqunu altında qalan iki qadın xizəkçinin köməyinə snoubordçular gəlib.

    “ABC News” xəbər verir ki, qadınlardan birinin xilasedilmə anı snoubordçunun kaskasındakı kameraya düşüb.

    Hadisə İsveçrənin cənub-qərbindəki Vale kantonunun Verbye kəndində baş verib.

    Qadınlar bölgəyə çağrılan helikopter vasitəsilə xəstəxanaya yerləşdiriliblər. 

    Muxalifet4 - 19-02-2020

  2. Aydın Mirzəzadənin "lider" namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ

    Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 47 saylı Mingəçevir Seçki Dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb.

    Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, bu dairə üzrə qeydə alınmış bir qrup namizədin şikayətləri haqqında MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib.

    O qeyd edib ki, namizədlər müraciət edərək 14 seçki məntəqəsində pozuntuların olduğunu iddia ediblər.

    Muxalifet4 - 19-02-2020

  3. Namizədlər MSK-nın önündə “Yallı” oynadılar / VİDEO

    9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində iştirak etmiş bəzi namizədlər Mərkəzi Seçki Komissiyasının qarşısında seçkilərin nəticələrinə etiraz edirlər.
    “Meydan TV” xəbər verir ki, etiraz edənlər MSK-nın önündə “Yallı” rəqsi də oynayıblar.
    Xatırladaq ki, Fevralın 16-da MSK qarşısında keçirilən razılaşdırılmamış aksiyanın qarşısını almaq üçün oraya gətirilmiş polislərin görüntülərini montaj edən qrafik-dizayner Rəsul Həsən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılımışdı.
    Sözügedən görüntüləri təqdim edirik:

    Muxalifet4 - 19-02-2020

  4. SUMQAYITDA DƏHŞƏTLİ İNTİHAR OLAYI - Sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələdi

    Sumqayıtda sevgilisi ilə mübahisə edən balıqçı özünü güllələyib.
    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan kişi Rusiyada yaşayan sevgilisi ilə telefonda mübahisə edib. Sevdiyi xanımdan rədd cavabı alan kişi silahla özünü ağzından güllələyib. Nəticədə o aldığı xəsarətdən ölüb. Onun meyiti müayinə olunamaq üçün ekspertizaya təhvil verilib. 
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 19-02-2020

  5. "QARABAĞDA MÜHARİBƏ EHTİMALI BÖYÜKDÜR VƏ..." - Estoniya xarici kəşfiyyatından şok hesabat

    Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya arasında münasibətlər “təmkinlidir”, amma Kreml 2018-ci il inqilabından sonra Ermənistandakı daxili siyasi situasiya ilə barışmalı olub.

    Bu barədə Estoniyanın xarici kəşfiyyat Xidmətinin hesabatında deyilir. “Beynəlxalq təhlükəsizlik və Estoniya” adlı hesabatdan erməni KİV-ləri sitat gətirir.

    Muxalifet4 - 19-02-2020

  6. Ombudsman Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanova baş çəkdi

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirilib.

    Muxalifet4 - 19-02-2020

  7. Засилье криминальной психологии – причина смертей в армянской армии

    Накануне премьер-министр Армении Никол Пашинян провел закрытое совещание по вопросу массовой гибели солдат в армянской армии. По его окончании Пашинян на своей странице в Facebook написал, что были  приняты ряд важных, в том числе и кадровых решений.  

    19 февраля Пашинян передал президенту страны свои предложения об увольнения из армии начальников двух управлений Минобороны -  начальника военной полиции  Артура Багдасаряна и начальника управления по работе с личным составом Алика Алексаняна. 

    Muxalifet4 - 19-02-2020

  8. Fransa polisi keçmiş rektor Elşad Abdullayevin işini araşdırır - FOTOFAKT

    Fransada siyasi mühacir statusu almış Bakı Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində Fransa Milli Polisinin Baş Müfəttişliyi (l’inspection générale de la policenationale (IGPN)) tərəfindən təhqiqat başlayıb. S-2020/469 nömrəli iş KİV-də onun qanunsuz fəaliyyəti haqqında dərc edilmiş materiallardan sonra açılıb. Bu barədə xəbəri Fransadan siyasi mühacir Ramin Nağıyev verib. (“Turan”)

    Muxalifet4 - 20-02-2020

  9. Qorbaçovun tarixi müraciəti ortaya çıxdı - "Qarabağ, Azərbaycanındır!" / VİDEO

    SSRİ vaxtında ən çox izlənən məşhur “Vremya" xəbərlər proqramının 1991-ci ilə aid bir buraxılışı üzə çıxıb.

    Muxalifet.az yeniavaz.com verir ki, 1991-ci il 14 mart tarixinə aid proqram SSRİ lideri Mixail Qorbaçovun Dağlıq Qarabağda yaşayan Azərbaycan xalqına müraciəti ilə başlayır.

    Müraciətdə bildirilir:

    Muxalifet4 - 20-02-2020

  10. ERMƏNİLƏRLƏ AZƏRBAYCANLILAR ARASINDA KÜTLƏVİ DAVA - 20 nəfər soydaşlarımıza hücum etdi və...

    Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava düşüb. 

    Bu barədə APA-nın Moskva müxbirinə paytaxtın Qərb inzibati dairəsi üzrə Oçakova-Matveyevskaya rayonunun Azərbaycanlı Milli Mədəni Muxtariyyətinin sədri Əli Kazımov məlumat verib.

    Onun sözlərinə görə, 20 nəfərə yaxın erməni Moskvanın Matveyevskaya küçəsində üç azərbaycanlı və bir çeçenin üzərinə hücum çəkib. Hadisə yerinə polislər gəlib. 

    Muxalifet4 - 20-02-2020

  11. Bakıda mühafizəçiyə 3 bıçaq vuruldu - DAVA

    Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

    Albalılıq yaşayış massivində mühafizəçi işləyən 1980-ci il təvəllüdlü Qayıbov Pənah Şükür oğlu tanımadığı şəxslərlə mübahisə edib.

    Nəticədə o, bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarəti alıb.

    Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 20-02-2020

  12. Virusdan qorunmaq üçün ölkədəki BÜTÜN PULLAR YUYULACAQ - "Ən yeni pulun üzərində də 2400-ə yaxın bakteriya var"

    Yeni ildən etibarən bütün dünyanı narahat edən virus infeksiyaları xəstəliklərinin yayılmasında, əldən-ələ dolaşan nəğd pulun da təsiri var. Buna görə də pulların təmizlənməsi prosesi gündəmdədir.

    Muxalifet.az medicina.az-a istinadən bildirir ki, Oksford Universiteti elm adamları tərəfindən Avropanın 15 ölkəsi üçün həyata keçirdikləri araşdırmada pulların üzərindəki bakteriayaların miqdarı ortaya çıxarılıb.

    Muxalifet4 - 20-02-2020

  13. Bu ölkədə hərbi hissəyə hücum edildi - Yüksək rütbəli zabitlər güllələndi

    Somalinin paytaxtı Moqadişo yaxınlığında Əş-Şəbab terrorçularının hərbi hissəyə təşkil etdiyi irimiqyaslı hücum zamanı həlak olan hərbçilərin sayı 20-ni ötüb.

    Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, onların arasında yüksək rütbəli zabitlər də var. Aralarında hərbi hissənin komandanı da olmaqla onlarla hərbçi yaralanıb. Bildirilir ki, terrorçular hərbi hissəni ələ keçirsələr də, bölgəyə əlavə qüvvələr cəlb edildikdən sonra hərbi hissə yenidən ordunun nəzarətinə keçib.

    Muxalifet4 - 20-02-2020

  14. Bu gün ATƏT-in sessiyasında Azərbaycandakı vəziyyət müzakirə olunacaq - PARLAMENT SEÇKİLƏRİ, SİYASİ MƏHBUS MƏSƏLƏSİ VƏ...

    Fevralın 20-də Vyanada ATƏT Parlament Assambleyasının sessiyası çərçivəsində "Jurnalistlərin həbsi və siyasi məhbuslar fonunda Azərbaycanda parlament seçkiləri" mövzusunda paralel müzakirələr keçiriləcək.

    Tədbirin təşkilatçısı Azərbaycanın Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutudur (RATİ).

    RATİ-nin məlumatında deyilir ki, seçkilər siyasi azadlıqların pozulması və ölkədə 100-dən çox siyasi məhbusun olması fonunda keçirilib.

    Muxalifet4 - 20-02-2020

  15. "MƏSULİYYƏTİ ANKARA YOX, MOSKVA İLƏ DƏMƏŞQ DAŞIYIRLAR" - ABŞ Türkiyənin Suriyadakı hərəkətlərini dəstəklədi

    Vaşinqton Suriyanın şimal-qərbində vəziyyətin gərginləşməsində yenidən Moskva ilə Dəməşqi günahlandırıb və Ankaranın hərəkətlərini dəstəklədiyini bildirib.
     

    "RİA Novosti"-nin məlumatına görə, bunu BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın bu qurumdakl daimi nümayəndəsi Kelli Kraft bəyan edib.
     

    Muxalifet4 - 20-02-2020

  16. Cəbhə bölgəsində itkin düşən əsgərimizin meyiti neytral zonadan çıxarıldı - MƏSƏLƏNİ HƏRBİ PROKURORLUQ ARAŞDIRIR...

    Azərbaycan ordusunun Qazax rayonunda dislokasiya olunmuş “N” saylı hərbi hissəsinin əsgəri, bu ilin yanvarında Ermənistanla sərhəddə, Tovuz istiqamətində itkin düşmüş Abbasov Akif Elşən oğlunun meyiti neytral zonada aşkar edilib və evakuasiya olunub.

    Belə ki, əsgərin meyitinin qalıqları bir neçə gün əvvəl Azərbaycan və Ermənistan qoşunlarının mövqeləri arasında, neytral zonda tapılıb. Ötən gün Beynəlxalq Qırmızı Xaçın və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə əsgərin meyitinin qalıqları neytral zonadan evakuasiya edilib.

    Muxalifet4 - 20-02-2020

  17. "30 min manat pul təklif etdiyimi iddia edən insan varsa..." - SABİR RÜSTƏMXANLI

    “Mən seçkidən qalib, çıxmışam, niyə istefa verməliyəm ki? Bəzi rəqiblər söyüşlər, təhqir səsləndirdilər. Bizim tərəfdən bu cür hallara yol verilməyib. Tapşırmışam ki, mənə seçkidə rəqib olan Kamran Əsədovla bağlı kimsə bir söz yazmasın”.
     

    Muxalifet.az bildirir ki, bu sözləri 61 saylı Neftçala seçki dairəsindən deputatlığa lider namizəd Sabir Rüstəmxanlı “Azadlıq radiosu”na müsahibəsində deyib.

    Muxalifet4 - 20-02-2020

  18. 80 yaşlı Ziyad Səmədzadəni belə deputat etmək istəyirlər – ŞOK GÖRÜNTÜLƏR

    Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində daha çox saxtakarlıq faktlarının qeydə alındığı seçki dairələrindən biri də 23 saylı Nəsimi-Səbail seçki dairəsidir.

    Yenisabah.az xatırladır ki, bu seçki dairəsində əsas rəqabət deputat Ziyad Səmədzadə ilə "CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə arasında gedirdi.

    Muxalifet4 - 20-02-2020

  19. Fərman Ceyranlının adı keçən cinayət üzrə daha bir məhkəmə başladı

    Bakı Apelyasiya Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun barəsində olan hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başlayıb.
     
    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
     
    Məhkəmə baxışı martın 4-ə təyin edilib.
     

    Muxalifet4 - 20-02-2020

  20. BU İL AZƏRBAYCANDA ÜDM 13000 DOLLAR OLACAQDI, AMMA... - Azərbaycanın “inkişaf konsepsiyası” fiaskoya uğradı

    Ölkə başçısı 29 dekabr 2012-ci il tarixdə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında fərman imzalayıb. Həmin fərmanda deyilir ki, sözügedən konsepsiya ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdiriləcək.

    Muxalifet4 - 20-02-2020

Pages