Axtarış

The search found 105849 results in 0.058 seconds.

Search results

  1. Gülər Əhmədovanın oğlunun silahla görüntüsü yayıldı - FOTO

    Xəbər verdiyimiz kimi, sabiq deputat Gülər Əhmədovanın oğlu 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov Bakının Nəsimi rayonu ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz “Glock-19” markalı tapança gəzdirdiyinə görə həbs edilib.

    Muxalifet4 - 20-02-2020

  2. "AAAF Park"dan mənzil alanlar 6-cı dəfədir aldadılır... - NARAZI SAKİNLƏR ÖLKƏ RƏHBƏRLİYİNƏ ŞİKAYƏT ETDİ / Sənədlər

    Xırdalanda yaşayan bir qrup sakin AAAF Park rəhbərliyindən şikayətçidir.

    2015-ci ildə AAAF Park yaşayış kompleksindəki 28-ci küçədən mənzil aldıqlarını və indiyə qədər təhvili gözlədiklərini bildirən sakinlər bu il təhvilin 6-cı dəfə təxirə salındığını deyirlər.

    Sakinlər məsələ ilə bağlı bildiriblər ki, onlar bu səbəblə AAAF Park rəhbərliyindən kütləvi şəkildə dövlət qürumlarına şikayət etməyə başlayıblar.

    Muxalifet4 - 20-02-2020

  3. Sumqayıtda özünü güllələyən kişinin məktubu tapıldı - FOTO

    Fevralın 19-da Sumqayıtda H.Z.Tağıyev qəsəbəsində baş verən intiharın təfərrüatı məlum olub. Belə ki, Vitali Qreçkin intihar etməzdən əvvəl ölümqabağı məktub yazıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Muxalifet4 - 20-02-2020

  4. MSK nəticəsi ləğv edilən dairələrlə bağlı görəcəyi tədbirləri açıqladı

    Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin nəticəsi ləğv edilən dairələr və pozuntulara yol verən məntəqələrlə bağlı hansı tədbirlər görəcəyini açıqlayıb.

    Muxalifet.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib ki, MSK-nın seçki qanunvericiliyini pozan subyektlər haqqında qərar vermək hüququ var:

    Muxalifet4 - 20-02-2020

  5. AZƏRBAYCANDA DAHA BİR İCRA BAŞÇISI HƏBS OLUNDU - DTX əməliyyat keçirdi

    Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala icra hakimiyyətinin binasına daxil olub.
     
    Unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Neftçalanın icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən həbs edilib.
     
    **
    DTX icra hakimiyyətində əməliyyat keçirdi

    Muxalifet4 - 20-02-2020

  6. Sabiq nazirin yaxın qohumu HƏBS OLUNDU - Fazil Məmmədovun özünə də təhlükə var...

    Keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın çevrəsinə daxil olan daha bir şəxs “neytrallaşdırılıb”.

    Muxalifet.az  yenicag.az-a istinadən xəbər verir ki, sabiq Vergilər naziri Fazil Məmmədovun bacısının Vüsal adlı kürəkəni “AtaBank” işi”nə görə həbs edilib.

    Ümumiyyətlə, bir müddət əvvəl başlayan və şərti olaraq, “AtaBank” işi” adlandırılan təhqiqatın gedişində üzə çıxan detalların Fazil Məmmədova ciddi başağrısı yaradacağı bildirilirdi.

    Muxalifet4 - 20-02-2020

  7. Almaniyada ATIŞMA! - Həlak olanlar arasında türklər də var

    Almaniyada baş vermiş atışmada həlak olmuş 11 nəfərin arasında 5 nəfər türkün olduğu bildirilir.

    Almaniyanın Hanau şəhərində dünən axşam yerli vaxtla saat 22.00-da naməlum şəxslər Heymarkt və Kurt Şumaxer küçələrində yerləşən iki kafedə, ardından şəhərin meydanlarından birində atəş açıblar.

    Ağır yaralılardan biri sonradan xəstəxanada dünyasını dəyişib.

    Yerli mətbuatın yazdığına görə, silahlı hücumda azı iki nəfər iştirak edib. Hücum edənlərin birinin öldüyü bildirilir./Hurriyyet.org

    Muxalifet4 - 20-02-2020

  8. DTX Neftçala İcra Hakimiyyətindəki əməliyyatla bağlı MƏLUMAT YAYDI

    Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

    Muxalifet.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün yaydığı məlumatda bildirilir.

    Muxalifet4 - 20-02-2020

  9. Saxlanılan icra başçısı seçkilərə müdaxilə edib? - RƏSMİ

    Neftçalanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan icra başçısı İsmayıl Vəliyev parlament seçkiləri zamanı seçkilərə müdaxilə etməyib.

    Muxalifet.az xəbər verir ki, bu barədə oxu.az-a 61 saylı Neftçala Dairə Seçki Komissiyasının sədri Şaiq Məmmədov bildirib.

    Onun sözlərinə görə, icra başçısının seçkilərə müdaxiləsi barədə xəbərlər həqiqətləri əks etdirmir.

    Muxalifet4 - 20-02-2020

  10. “YAP-ın “google” tanımayan namizədinə 1672 əlavə səs yazıblar” - NATİQ CƏFƏRLİ

    “9 Fevral gecəsi dava-dalaşla 23 məntəqənin protokolunu ala bildik”
     
    “Namizəd olduğum 12 saylı dairədə 37 məntəqə var idi, onlardan 4-ü qapalı (ordu, məhbus) məntəqələr idi, YAP-ın namizədinə ən çox, hətta vəhşicəsinə “səs” ordan yazıblar. 9 Fevral gecəsi dava-dalaşla 23 məntəqənin protokolunu ala bildik, qalanlarını vermədilər, bəzi məntəqələrdən müşahidəçilərimizi çıxartdılar”.

    Muxalifet4 - 20-02-2020

  11. Bu gün tutulan icra başçısının "rəhbərlik etdiyi əməliyyatlar" - İDDİALAR

    Yerli medianın yazdığına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala İcra hakimiyyətinin binasına daxil olub.

    Bildirilir ki, Neftçalanın icra başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub.

    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, İsmayıl Vəliyevin adı bundan əvvəl xeyli qalmaqalda hallanıb.

    Yerli mətbuatda İsmayıl Vəliyevin qanun pozuntularına yol verməsi ilə bağlı bir çox iddialar yer alıb.

    Muxalifet4 - 20-02-2020

  12. FTX əməliyyat keçirdi - Anar Məmmədov HƏBS EDİLDİ

    FTX əməkdaşları Stavropol bölgəsində suriyalı silahlılara qoşulmaq üçün adam toplayan şəxsi həbs edib.

    Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

    Bildirilir ki, həmin şəxsin Azərbaycan vətəndaşı Anar Məmmədovun olduğu müəyyən edilib. O, Rusiya vətəndaşları ilə sosial şəbəkələrdə yazışaraq, onları Suriyadakı qanunsuz silahlı dəstələrə qoşulmağa cəlb edib.

    "Məmmədov Rusiya Federasiyasının ərazisində qalmaq üçün Gürcüstan vətəndaşının saxta pasportundan istifadə edib", - mənbə bildirib.

    Muxalifet4 - 20-02-2020

  13. Həbs olunan icra başçısı "fövqəlnazir"in kadrıdır - OĞLU DA BU NAZİRLİKDƏ İŞLƏYİR / FOTOLAR

    Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi Neftçala icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin oğlu FHN-də çalışır.

    Muxalifet.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Məhərrəm İsmayıl oğlu Vəliyev FHN-nin  Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin yüksəkvəzifəli əməkdaşıdır.

    Muxalifet4 - 20-02-2020

  14. Neftçalanın icra başçısını bitirən ŞOK GÖRÜNTÜLƏR / Video

    Xəbər verdiyimiz   kimi  Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

    Muxalifet.az xəbər verir ki, rayon sakinləri icra başçısı İsmayıl Vəliyevin fəaliyyətindən bir neçə dəfə şikayət ediblər.

    Muxalifet4 - 20-02-2020

  15. Sabiq naziri döyən keçmiş kürəkəni həbs olundu - RƏSMİ AÇIQLAMA

    Sabiq Müdafiə naziri Rəhim Qazıyevi döyən keçmiş kürəkəni tutulub.

    Muxalifet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib.

    Onun sözlərinə görə, ötən gün Yasamal rayonu ərazisində Rəhim Qazıyev keçmiş kürəkəni Əzizov Ramil Rafiq oğlu tərəfindən döyülüb. Hadisə yerinə dərhal polis əməkdaşları gedib və Ramil Əzizov saxlanılıb.

    Muxalifet4 - 20-02-2020

  16. İsrail Şərqi Aralıqda Türkiyə ilə MÜHARİBƏYƏ HAZIRLAŞIR

    İsrail Türkiyənin S-400 havadan müdafiə sisteminə qarşı indidən tədbir görür.
    Muxalifet.az 
    bu barədə "Euronews"a istinadla bildirir.

    Muxalifet3 - 20-02-2020

  17. “MSK-nın müddəti keçmiş şikayətə baxmaq hüququ yoxdur” - Məzahir Pənahov

    “MSK-nın zamanla uyğunlaşmayan, müddəti keçmiş şikayətə baxmaq hüququ yoxdur”.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

    MSK sədri bildirib ki, qarşı tərəf buna görə məhkəməyə müraciət edə bilər: “Bizim xoş niyyətimiz qanunu pozmağımıza səbəb ola bilməz”.

    Muxalifet4 - 20-02-2020

  18. Azərbaycanda direktor və müavini rüşvət alarkən HƏBS OLUNDULAR

    Azərbaycanda kollec rəhbərliyi tutulub.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərov və onun müavini İlqar Dursunov iş otaqlarında rüşvət alarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 20-02-2020

  19. AZƏRBAYCANA GƏTİRİLƏN ERMƏNİSTAN MƏHSULLARI MƏHV EDİLDİ - Kitablar, suvenirlər, içkilər, siqaretlər... / Fotolar

    Fevralın 20-də Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

    Muxalifet4 - 20-02-2020

  20. Sərdar Cəlaloğlu Əli İnsanovla görüşdü – DETALLAR AÇIQLANMIR / Yenilənib

    “Görüşdə başqa partiyalardan heç kim olmayıb”

    Bu gün saat 17 radələrində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu yeni təsis olunan Haqq və Ədalət Partiyasının sədri, keçmiş səhiyyə naziri Əli İnsanovla görüşüb. 

    Hurriyyet.org xəbər verir ki, bu barədə ADP sədrinin müavini Taliyət Əliyev bildirib.

    Muxalifet4 - 20-02-2020

Pages