Bakıda mühafizəçiyə 3 bıçaq vuruldu - DAVA

Baxış sayı:
4113

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Albalılıq yaşayış massivində mühafizəçi işləyən 1980-ci il təvəllüdlü Qayıbov Pənah Şükür oğlu tanımadığı şəxslərlə mübahisə edib.

Nəticədə o, bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarəti alıb.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.