Axtarış

The search found 105849 results in 0.033 seconds.

Search results

  1. MSK 29 saylı Seçki Dairəsi üzrə müraciətləri DSK-ya göndərib - YENİLƏNİB

    Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Səbail seçki dairəsi ilə bağlı şikayətlərə baxılıb.
    “Report” xəbər verir ki, sonda həmin şikayətlərin müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.
     
    ***
    Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

    Muxalifet4 - 18-02-2020

  2. MSK-nın qarşısında növbəti ETİRAZ AKSİYASI - Namizədlər ədalətli araşdırma tələb edirlər / VİDEO

    34 saylı Xətai ikinci, 10 saylı Binəqədi üçüncü və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədlər MSK-nın inzibati binasının qarşısında etiraz edirlər.

    Muxalifet.az “Meydan TV”-yə istinadla xəbər verir ki, namizədlər, onların MSK-ya təqdim etdikləri şikayətlərə baxılmadığını və heç bir tədbirin görülmədiyini iddia edirlər.
     

    Muxalifet4 - 18-02-2020

  3. "FÖVQƏLNAZİR"İN ŞİRKƏTİNİN BANK HESABINA HƏBS QOYULUB - Külli miqdarda borcu varmış...

    “Gilan Holdinq”ə daxil olan şirkətlərdən biri “Gilan Orchards” Məhmud Məsuliyyətli Cəmiyyətinin borca görə bank hesabına həbs qoyulubmuş.

    Muxalifet.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, “MET-AK” MMC Bakı Kommersiya Məhkəməsinə müraciət “Gilan Orchards”ın ona 131 511 manat borcu olduğunu bildirib və həmin məbləğin şirkətdən tutularaq onlara ödənilməsini xahiş edib. Məhkəmənin qərarı ilə 2019-cu il sentyabrın 17-də “Gilan Orchards”ın “AFB Bank”dakı hesabına həbs qoyulub.

    Muxalifet4 - 18-02-2020

  4. Azərbaycan əsgəri qarlı dağlarda döyüş təlimi keçir / FOTO, VİDEO

    “Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

    Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələrinin cəlb edildiyi təlim şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının və həyatda qalma vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyır.

    Muxalifet4 - 18-02-2020

  5. Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki - TƏQVİM

    Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki, eləcə də Dövlət İmtahan Mərkəzinin həyata keçirəcəyi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və s. tədbirlərin tarixləri müəyyən olunub.

    Muxalifet4 - 18-02-2020

  6. MSK BƏXTİYAR HACIYEVİN ŞİKAYƏTİNƏ BAXDI - 29 saylı Səbail seçki dairəsi ilə bağlı qərar verildi

    Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən namizəd olan Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

    Bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov məlumat verib.

    Muxalifet4 - 18-02-2020

  7. İCRA BAŞÇISININ ADI HALLANAN MİLYONLUQ BORC QALMAQALI - Zakir Fərəcov məhkəməyə verildi

    Bir qrup sahibkar Sumqayıtın icra başçısı Zakir Fərəcovu məhkəməyə verib.

    400 nəfərdən çox fəhlə də iddiaçı qismində onlara qoşulub.

    Muxalifet.az xəbər verir ki,  bu barədə Yenisabah.az-a sahibkarların özü bildirib.

    Zakir Fərəcovun məhkəməyə verilməsinin səbəbi isə onunla sahibkarlar arasında yaranmış borc qalmaqalıdır.

    Sumqayıtın giriş hissəsini, şəhər bulvarının tikintisini həyata keçirmiş şirkətlərin təmsilçiləri və 400-dən çox fəhlə indiyə qədər pullarını ala bilmədiklərini iddia edirlər.

    Muxalifet4 - 18-02-2020

  8. "Mətbuata səhv məlumat verilib, iclasda başqa cür oldu” - BƏXTİYAR HACIYEV / FOTO

    “Mətbuata əvvəlcədən hazır məlumat verilib. İclasda başqa cür oldu”.
    Muxalifet.az xəbər verir ki, bunu 29 saylı Səbail seçki dairəsindən namizəd Bəxtiyar Hacıyev öz feyzbuk səhifəsində yazıb. O bildirib ki, MSK 6 məntəqənin ləğv edilməsi üçün təklif versə də razı olmayıblar: “MSK qərar vermədi 29-la baglı. Mətbuat səhv məlumat yayıb. 6 məntəqə ləğvi təklif olundu, razılaşmadıq, əlavə sübutları təqdim etdik. Onlar da araşdırılacaq. Qərar sonra olacaq”.

    Muxalifet4 - 18-02-2020

  9. MSK-nın qərarından sonra Razi Nurullayevin önünə keçən Murad Fərzəliyev kimdir? - DOSYE / FOTOLAR

    Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 79 saylı İmişli seçki dairəsindən 5 seçki məntəqəsi - 14, 16, 21, 23 və 25 saylı məntəqələr üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilib.
    Hansı ki, adları qeyd edilən məntəqələr üzrə səsvermənin nəticələri ləğv olunduqdan sonra Razi Nurullayevin səsləri 2018-ə düşüb. Murad Fərzəliyevin səsləri isə 2367 olub.

    Muxalifet4 - 18-02-2020

  10. Çin vətəndaşlarının Rusiyaya girişinə qadağa qoyuldu - BAŞ NAZİRDƏN QƏRAR

    Rusiyanın Baş Naziri Mixail Mişustin Çin vətəndaşlarının ölkə ərazisinə girişinə qadağa qoyan sərəncam imzalayıb.

    “İnterfaks” xəbər verir ki, çinlilərin turizm, işgüzar və digər məqsədlərlə Rusiyaya girişinə fevralın 20-dən etibarən icazə verilməyəcək.

    Qeyd edək ki, qərarın qəbul edilməsinə səbəb Çində koronavirusun sürətlə yayılmasıdır.

    Muxalifet4 - 19-02-2020

  11. Prezidentə ən çox bu şəhər və rayonlar şikayət ünvanlayır - RƏSMİ

    2019-cu ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, Bakı şəhərinin rayonlarından, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Kürdəmir, Laçın, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Şəmkir, Tovuz, Zərdab, digər şəhər və rayonlardan daha çox müraciət daxil olub.

    Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.

    Muxalifet4 - 19-02-2020

  12. Bakıda motosiklet qəza törədib, xəsarət alanlar var - FOTO / VİDEO

    Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Muxalifet.az APA-ya istinadla xəbər verir ki, hadisə Rəşid Behbudov və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.

    Məlumata görə, Vüqar Xəlilov idarə etdiyi "QAZel" markalı yük maşını ilə Salatın Əsgərova küçəsində işıqforun yaşıl işığından keçib. Bu zaman R.Behbudov küçəsində işıqforun qırmızı işığından keçən və 19 yaşlı Abdullayev Qorxmaz İldırım oğlunun idarə etdiyi motosiklet "QAZel"ə çırpılıb.

    Muxalifet4 - 19-02-2020

  13. Çindən gələn tələbələrdə KORONAVİRUS ŞÜBHƏSİ - Xəstəxanaya yerləşdirildilər

    Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. 

    Muxalifet.az report-a istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə daha 2 nəfər yerləşdirilib.

    Muxalifet4 - 19-02-2020

  14. Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıldı - NARKOTİK ALVERİ...

    Gürcüstanın Türkiyə ilə sərhədində yerləşən Sarp gömrük keçid məntəqəsində Azərbaycan vətəndaşı saxlanılıb.

    APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin birgə əməliyyatı nəticəsində saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilir. 

    Saxlanılan şəxsin narkotik vasitələri Gürcüstan ərazisinə daxil etmək istədiyi bildirilir. 

    Muxalifet4 - 19-02-2020

  15. Türkiyənin tikinti şirkəti “MİDA”nı məhkəməyə verdi - BORCUNU TƏLƏB EDİR

    Azərbaycanda sosial evlərin tikintisi ilə məşğul olan “Mənzil İnşaatı Dövlət Agentliyi” (MİDA) əcnəbi şirkət tərəfindən məhkəməyə verilib.

    Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək “MİDA”ya qarşı iddia qaldırıb. Ərizədə “MİDA”nın borclu olduğu 8317,40 manat məbləğində pulun alınaraq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilib.

    Muxalifet4 - 19-02-2020

  16. Vəliəhdin istədiyi olmasa neft 40 dollara düşə bilər - BAZARDA BOLLUQ YARANIB...

    Mart ayında Azərbaycan da daxil olmaqla  neft hasil edən ölkələrin OPEC+ formatında növbəti görüşü keçiriləcək və koronovirus epidemiyası ilə bağlı situasiyaya görə hasilatın azaldılması razılaşmasının uzadılması müzakirə olunacaq.

    Muxalifet4 - 19-02-2020

  17. Pərviz "Survivor"a damğa vurdu — Təkbaşına böyük mükafatı qazandı / VİDEO

    Azərbaycanlı idmançı Pərviz Abdullayev "Survivor 2020" yarışmasına damğa vurub. 

    Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, "TV8" kanalında yayımlanan yarışma proqramında idmançı Pərviz Abdullayev Yasin Obuz adlı iştirakçı ilə qarşılaşıb.

    Muxalifet4 - 19-02-2020

  18. 3 SAYLI KLİNİK XƏSTƏXANADA BİABIRÇILIQ - Ölən şəxsin cibindən oğurluq edilib

    Bakıda 3 saylı şəhər klinik xəstəxanasında ölən şəxsin cibindən oğurluq edilib.
     
    Demokrat.az-ın məlumatına görə, şəkəri qalxdığı üçün dünyasını dəyişən, 1956-cı il təvəllüdlü Vaqif Ağayevin cibindən 560 manat pul götürülüb.
      
    Mərhum ailəsi polisə şikayət edib.
     
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 19-02-2020

  19. “POLİS İDARƏSİNDƏ MƏNƏ DEDİLƏR Kİ, BU SƏNƏ SON XƏBƏRDARLIQDIR” - Rüfət Səfərov sərbəst buraxılıb / YENİLƏNİB

    Keçmiş müstəntiq, hazırkı ictimai fəal Rüfət Səfərov sərbəst buraxılıb.

    Muxalifet4 - 19-02-2020

  20. Azərbaycan 2020-ci ilin iyununda Avropa Birliyi ilə sazişə imza atacaq – “ŞƏRQ TƏRƏFDAŞLIĞI” SAMMİTİNƏ QƏDƏR İSƏ...

    Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Brüsselə işgüzar səfəri çərçivəsində fevralın 18-də Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varheyli ilə görüşüb.
    Qarşılıqlı faydalı tərəfdaşlıq mühitində keçən görüş zamanı tərəflər Aİ-Azərbaycan arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş layihəsi üzrə danışıqların gedişatını müzakirə ediblər. Bu xüsusda ticarət sahəsində danışıqların cari vəziyyəti və Aİ-nin ticarət üzrə komissarı ilə keçirilmiş görüşə toxunulub.

    Muxalifet4 - 19-02-2020

Pages