Aydın Mirzəzadənin "lider" namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 47 saylı Mingəçevir Seçki Dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb.
Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, bu dairə üzrə qeydə alınmış bir qrup namizədin şikayətləri haqqında MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib.
O qeyd edib ki, namizədlər müraciət edərək 14 seçki məntəqəsində pozuntuların olduğunu iddia ediblər.
MSK üzvü qeyd edib ki, təqdim olunan videogörüntülərdən yalnız 3-də seçicilərin iradəsinin təmin olunması mübahisəli qalıb.
Beləliklə, 9, 17 və 21 saylı seçki məntəqələrində seçkilərin nəticələri şübhə altına alına bilər.
O deyib ki, digər məntəqələrdə seçki qanunvericiliyinin pöozulması halları müəyyən edilməyib.
B. Əsgərov üzvü təklif edib ki, namizədlərin müraciətləri qismən təmin edilsin. Təklif səsə qoyulub və MSK-nın ekspert qrupunun rəyi əsasında 9, 17, 21 saylı məntəqələrin nəticələri ləğv edilib.
Qeyd edək ki, 47 saylı Seçki dairəsindən qalib namizəd Aydın Mirzəzadədir.