Axtarış
The search found 105849 results in 0.053 seconds.
Search results
Milyarder İlqar Hacıyev reyder basqını ilə mübarizə üçün təşkilat yaratdı
London, Birləşmiş Krallıq, Fevral 11, 2020 /EINPresswire.com/ --Kiçik oğlan ikən Sovet fabrik işçilərinə şüşə qablarda pivə satmaqla sahibkarlıq fəaliyyətinə başlamış, Rusiya, Ukrayna və Azərbaycanda müxtəlif sahələri əhatə edən 1 milyard dollarlıq biznes qurmuş İlqar Hacıyev heç vaxt özünü mübarizəçı kimi təsəvvür etmirdi.
Muxalifet4 - 21-02-2020
KORONAVİRUS İRANDA KEÇİRİLƏN PARLAMENT SEÇKİLƏRİNİ DƏ "VURDU" - Milyonlarla insan evindən çıxmayacaq
Xəbər verdiyimiz kimi, bu gün İranda parlament seçkiləri keçirilir.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, 57 milyon 918 min seçici 208 seçki bölgəsində qurulan 55 min məntəqədə səs verəcək.
11-ci dəfə formalaşdırılacaq parlamentin 290 üzvünü müəyyən edəcək seçkilərə qatılmaq üçün müraciət edən 16 min 33 nəfərdən 7 min 148-nin namizədliyi təsdiq olunub. Rəqəmlərə əsasən, 290 mandatlıq parlamentdəki hər yer üçün 24 nəfər mübarizə aparır.
Muxalifet4 - 21-02-2020
“BANK STANDARD”LA BİRGƏ BATAN MİLYONLAR - Bankın əmanətçilərini kimlər aldadır?
Azərbaycandakı banklara nəzarət sisteminin yarıtmazlığı ucbatından müflisləşən “Bank Standard”ın əmanətçilərinin bankdakı pullarının qaytarılacağına ümidi demək olar ki, yox olmaq üzrədir. Bankdan talanan vəsaitin məbləği 100 milyonlarla dollarla ölçülür. Həmin vəsait əsasən Mərkəzi Bankın, SOCAR-ın pullarından və əhalinin banka yatırdığı əmanətlərdən ibarətdir.
Muxalifet4 - 21-02-2020
Milyonlarla manatlıq texnika “Aqrolizinq”də necə sıradan çıxarılıb... - FOTOFAKTLAR
Bu günlərdə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı maraqlı məlumat açıqladı. Məlumatdan aydın oldu ki, ASC-nin 2017-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayına qədərki fəaliyyət dövrünün yoxlanması zamanı ciddi nöqsanlar aşkarlanıb.
Muxalifet4 - 21-02-2020
DTX baş həkimi də saxladı - İCRA BAŞÇISINA QARŞI ƏMƏLİYYATIN DAHA BİR DETALI....
Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlayıb.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov da var.
Bu barədə məlumatı unikal.org-a xəstəxanadan təsdiqləyiblər.
Muxalifet4 - 21-02-2020
"İcra başçısı olduğum müddətdə bəzi şəxslərin qanunsuz əməllərinə mane oldum..." - MARNEULİNİN SABİQ MERİ HƏBSİNİN SƏBƏBLƏRİ HAQDA DANIŞDI
Temur Abazov: ”Bu vəzifədə çalışdığım müddətdə kimsədən bir lari də olsun rüşvət almamışam"
Muxalifet4 - 21-02-2020
İDLİBDƏ TOQQUŞAN GÜCLƏR: Rusiya Türkiyənin dəstəklədiyi qüvvələri “terrorçu” adlandırdı
Soçi razılaşmasına görə Dəməşqin təminatçısı olan Rusiya Bəşər Əsədin türk qüvvələrinə qarşı aqressiyasını dəstəkləyib. Xəbər verildiyi kimi, İdlibə qarşı hava hücumu zamanı Əsəd qüvvələri türk hərbçilərini də hədəfə alıb, iki türk əsgəri şəhid olub. Türkiyə Silahlı Qüvvələri bunun əvəzini 50 nəfər rejim əsgərini məhv eləməklə çıxıb.
Muxalifet4 - 21-02-2020
“Ölüf-ölüf derəm saa...” ifadələri ilə məşhurlaşan Qazax sakini DANIŞDI - VİDEO
“7 il əvvəl boşandığım həyat yoldaşımın seçkidə iştirak haqqında bildirişini evimizə göndəriblər. Qardaşımın 3 il əvvəl boşandığı qadın isə 1 ay əvvəl Bakıda dünyasını dəyişib. Onun adına bildirişi də bizə gətiriblər”.
Muxalifet4 - 21-02-2020
NEFTÇALADAKI HƏBSLƏRİN PƏRDƏARXASI - "Fövqəlnazir"in "vurulmasına" hazırlıq görülür...
DTX-nin Neftçalada keçirdiyi əməliyyat barədə müxtəlif məlumatlar yayıldı. Bəzi iddialara görə, əməliyyat nəticəsində rayonun icra başçısı İsmayıl Vəliyev artıq həbs olunub. Onun rüşvətxorluqda ittiham edildiyi vurğulanır.
Muxalifet4 - 21-02-2020
Azərbaycan Ordusu HƏRƏKƏTƏ KEÇDİ: Ermənistanı təşvişə salan möhtəşəm anlar - FOTO/VİDEO
Azərbaycan əsgərinin Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində keçirdiyi “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlimlər maraqlı görüntülərlə yadda qalıb.
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələrinin cəlb edildiyi təlimlərdən fotoreportajı təqdim edir.
Muxalifet4 - 21-02-2020
HƏBS OLUNAN İCRA BAŞÇISININ "BİZNES İMPERİYASI" - O, hətta eşşək südü də satırmış... / SIYAHI
Dünən DTX tərəfindən saxlanılan Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin əmlakının və biznesinin bəlli siyahısını təqdim edirik. Bizimxeber.az xəbər verir ki, bu siyahı tam deyil və onun hələlik heç kimə məlum olmayan biznes şəbəkələri mövcuddur.
1. Rayon mərkəzindəki “Yurdum” (Avtoturist) restoranı, hotel.
2. Rayon mərkəzində yeni tikdirdiyi böyük əraziyə malik bazar
3. Özəl uşaq baxçası
4. Qoltuq kəndində keçi ferması
5. Böyük əraziyə malik tədarük məntəqəsi
Muxalifet4 - 21-02-2020
DTX tərəfindən saxlanılan şöbə müdiri ilə bağlı açıqlama... - TƏHSİL NAZİRLİYİ "BİZLİK DEYİL" DEYİR...
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Neftçala rayonunda daha iki yüksək vəzifəli şəxsi saxlayıb.
Bəzi mətbu orqanlarda, eləcə də sosial şəbəkələrdə yayılan məlumata görə, saxlanılan şəxslər arasında Neftçala rayon icra hakimiyyətinin başçısının birinci müavini Əkbərov Vurğun Nizami oğlu və Neftçala rayon Təhsil Şöbəsinin müdiri Kərimov Əjdər Abasət oğlu da var.
Muxalifet.az xəbər verir ki, modern.az məsələni dəqiqləşdirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.
Muxalifet4 - 21-02-2020
ERMƏNİLƏRİN ÇİRKİN NİYYƏTİ BAŞ TUTMADI - Ukrayna Ali Radası qondarma "soyqırım" müzakirələrindən imtina etdi
Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasının deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi geri qaytarılıb.
Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, Ali Rada qondarma erməni soyqırımına dair sənədin müzakirəsindən imtina edib.
Eyni zamanda fevralın 14-də qeydə alının qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb./report
Muxalifet4 - 21-02-2020
İtinə görə Çindən ayrılmadı - Zelenski ona zəng vurdu / FOTO
Ötən gün koronavirusun geniş yayıldığı Çinin Uhan şəhərində yaşayan Ukrayna vətəndaşları Kiyevə təxliyə olunublar.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, 3 ildir Çində yaşayıb işləyən Anastasiya Zinçenko pomerianian cinsindən olan Mişa adlı itinə görə şəhəri tərk edə bilməyib. Belə ki, Çin hökuməti Anastasiyaya 6 ay öncə aldığı itini özü ilə Ukraynaya aparmağa icazə verməyib.
Muxalifet4 - 21-02-2020
Qanlı savaşın qalibi kim olacaq: susan Putin, qorxan Əsəd, yoxsa döyüşən Ərdoğan? - VİDEO
Türkiyə prezidenti Ərdoğanın suriyalı həmkarı Bəşər Əsədə verdiyi müddətin başa çatmasına 8 gün qalmış (dünən) Türk ordusu İdlib istiqamətində hərbi əməliyyatlara başladı.
Türk ordusu müxalifətin M4 və M5 şosesinin kəsişdiyi Serakib qəsəbəsini almaq və bu ərazilərdəki türk əsgərlərinin patrul postlarının təhlükəsizliyini saxlamaq məqsədilə əməliyyatlara dəstək verib.
Muxalifet4 - 21-02-2020
AMERİKADA TÜRKİYƏYƏ DƏSTƏK ÇAĞIRIŞI - Konqres İdliblə bağlı Rusiyaya sanksiya tətbiq edir...
Bir qrup Amerika senatoru ABŞ dövlət katibinin ünvanına məktub yollayıb.
Hurriyyet.org xəbər verir ki, senatorlar ABŞ dövlət katibi Mayk Pompeoya müraciət edərək, İdlibdəki vəziyyətlə bağlı Bəşər Əsəd rejimi ilə Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsini tələb ediblər.
Pompeoya məktub göndərilməsi barəsində məlumat Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Eliot Engel ilə komitənin üzvü Mayk Makkolanın imzaları ilə komitənin saytında yerləşdirilib.
Muxalifet4 - 21-02-2020
Məhkəmə Bəxtiyar Hacıyevin müraciəti ilə bağlı QƏRAR VERDİ
Bakı Apelyasiya Məhkəməsində 29 saylı Səbail seçki Dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciətinə baxılıb.
Məlumata görə, keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Bəxtiyar Hacıyevin müraciəti təmin edilməyib və MSK-nın qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, MSK bir müddət əvvəl Bəxtiyar Hacıyevin şikayətinə baxıb. Şikayət əsasında 6 məntəqənin nəticəsi ləğv edilib. Qərarla razı olmayan Bəxtiyar Hacıyev məhkəməyə müraciət edib.
Muxalifet4 - 21-02-2020
DAHA BİR İCRA BAŞÇISI HƏBS OLUNA BİLƏR - "Fövqəlnazir"in növbəti kadrının başı üzərində "qara buludlar" dolaşır...
Əvvəl Ağstafa və Yevlax rayonlarının icra başçılarının həbsi, bu gün isə Neftçala rayon icra başçısının saxlanılmasından sonra cəmiyyətdə növbəti cəzalandırılacaq icra başçısının kim olacağı barədə suallar dolaşır. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif iddialar da səsləndirilir.
Məlumata görə, nöbəti “vurulacaq” məmur Xızı Rayon icra Hakimiyyətinin başçısı Xəzər Aslanovdur.
Muxalifet4 - 21-02-2020
ŞOK: Neftçalada YAP-ın rayon təşkilatının sədri də saxlanıldı - FOTOLAR
Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayonunda keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində saxlanılan vəzifəli şəxslərdən daha bir neçəsinin adı məlum olub.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saxlanılanlar arasında Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının sədri, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəfərov Anar Cəfər oğlu da var.
Muxalifet4 - 21-02-2020
“HAZIRDA YAP PREZİDENTİN ƏLEYHİNƏ İŞLƏYİR” – Sabiq deputatdan şok açıqlama
Eldar Sabiroğlu: “YAP-ın siyasəti dövlətin və prezidentin bəyan etdiyi kursla uyğun gəlmir”
Muxalifet4 - 21-02-2020