Türk ordusu müharibəyə başladı - ƏSƏD QÜVVƏLƏRİNƏ SARSIDICI ZƏRBƏLƏR ENDİRİLİR

Baxış sayı:
5239

Suriyda Əsəd rejimi ilə Türkiyə ordusu arasında şiddətli döyüşlər gedir.

Suriya ordusu ilə İranın dəstək verdiyi qruplaşmalar son 24 saatda 6 məntəqəni ələ keçiriblər. Bunun müqabilində Türkiyə Silahlı Qüvvələri hücumun qarşısını almaq üçün tədbirlər həyata keçiriblər.

Hələbin qərbində səhər saatlarından indiyədək döyüşlər davam edir. Zirehli texnika və artilleriya zərbələri endirilir.

Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, ordu bölgədə nəzarəti tam ələ keçirəcək gücdədir və bunun istiqamətində irəliləyir. (redaktor.az)