MSK-nın qarşısındakı aksiyada saxlanılanlar Kürdəmirə və Yevlaxa aparıldılar - FOTOLAR

Baxış sayı:
2454

Bu gün bir qrup deputatlığa namizədin növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında keçirdiyi aksiya ilə əlaqədar saxlanılanlar sərbəst buraxılıblar.

Muxalifet.az-ın xəbərinə görə, saxlanılan deputatlığa namizədlərdən D 18 Hərəkatının sədri Ruslan İzzətlini Yevlaxda, bloqer Mehman Hüseynovu və siyasi fəal Ülvi Həsənlini Kürdəmirdə, siyasi fəal Rəbiyyə Məmmədovanı Qobustanda, siyasi fəal Yadigar Sadıqlını Ələtdə sərbəst buraxılıblar.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda bildirilib ki, bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar. Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb.(Pravda.az)