Türkiyə ordusundan DƏHŞƏTLİ HÜCUM - Onlarla hərbçi həlak oldu

Baxış sayı:
2055

Suriyada Türkiyənin dəstək verdiyi müxalif qüvvələr irimiqyaslı hücumlara başlayıb.

Publika.az xəbər verir ki, müxaliflər Hələb və İdlib bölgələrində Suriya ordusunun irəliləməsinin qarşısını almaq üçün əks həmlə edib. Məlumata görə, Rusiya və İranın dəstək verdiyi Suriya ordusu son 24 saat ərzində 6 məntəqəni ələ keçirib. Hazırda Hələbin qərb cəbhəsindəki Meyzanez bölgəsində şiddətli toqquşmalar davam edir.

Məlumata görə, döyüşlər zamanı çox sayda suriyalı hərbçi həlak olub. Suriya ordusunun hücumlarının qarşısı alınıb.

Qeyd edək ki, bölgədə Türkiyə ordusunun çox sayda əsgəri, xüsusi təyinatlısı və zirehli texnikası var. Türkiyə ordusu müxaliflərə fəal şəkildə dəstək verir.