Ərdoğan Əsəd rejiminə vaxt verdi - “FEVRAL BİTMƏDƏN…”

Bəşər Əsədə məxsus qüvvələr Soçi razılaşmasında qəbul edilən qərarlara riayət edənə qədər İdlib böhranı davam edəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İdlib böhranı həll edilmədikcə nə bölgədən sərhədlərimiz istiqamətində gələn insan axınının, nə də ki Türkiyədəki suriyalıların geri dönüşü mümkün olacaq. Əsəd rejimi təxribatı dayandırmalı və razılaşmalarda qeyd olunan sərhədlərə çəkilməlidir. Əgər belə olmasa, fevral ayı bitmədən lazım olanı edəcəyik”, – Ərdoğan bildirib.