ANKARADAN SƏRT REAKSİYA - "Suriyanın “soyqırım” qərarı Əsəd rejiminin riyakarlığını və ikiüzlülüyünü göstərir"

Baxış sayı:
3472

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Suriya parlamentinin “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.

Yerli KİV-lər xəbər verir ki, Türkiyə XİN rəsmisi Hami Aksoy 1915-ci ildə baş vermiş hadisələrin “soyqırımı” kimi tanınmasını ikiüzlülük adlandırıb.

Onun sözlərinə görə, qondarma qərarın qəbul edilməsi öz xalqına qarşı qətliamlar törədən, milyonlarla insanı öz yurdundan didərgin salan, günahsız insanlara qarşı kimyəvi silah tətbiq etmiş Bəşər Əsəd rejiminin riyarlığını və ikiüzlülüyünü göstərir.

Qeyd edək ki, Suriya parlamenti fevralın 13-də qondarma erməni soyqırımını tanıyan qətnamə qəbul edib.