MSK Aygün Attarın akkreditasiyasını ləğv etdi - ATƏT/DTİHB-nin MÜRACİƏTİ ƏSASINDA

Baxış sayı:
2499

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında ATƏT/DTİHB-nin fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb.

Məsələ barədə MSK-nın sədr müavini Rövzət Qasımov məlumat verib.

O bildirib ki, fevralın 11-də ATƏT/DTİHB fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya məktub daxil olub. Missiya rəhbəri müraciət edib ki, müşahidəçilərdən biri - Aygün Attarın akkreditasiyası ləğv edilsin.

Müzakirələrdən sonra MSK tərəfindən Aygün Attarın akkreditasiyası ləğv edilməsi məsələsi səsverməyə çıxarılıb və qəbul edilib.

Hazırda MSK-nın iclası davam edir.

Xatırladaq ki, Aygün Attar Türkiyə nümayəndə heyətinin üzvüdür.