Ərdoğan Kılıçdaroğlunu “FETÖ-nün ən vacib siyası qanadı” adılandırdı

Baxış sayı:
2434

FETÖ-nün ən vacib siyası qanadı Kılıçdaroğlu və komandasıdır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin parlament fraksiyasının TBMM-də keçirilən toplantısında çıxış edərkən deyib.

“Biz bu böyük mübarizəni apararkən bəziləri də daxildə mütəmadi olaraq fitnə çıxarmağa çalışır. Açıq deyirəm, bunun adı tətikçilik, alçaqlıq, fürsətçilikdir. Siyasətçinin vəzifəsi tətikçilik deyil, ölkəsinin və millətinin ortaq mənfəətləri çərçivəsində xitab etdiyi əhalinin sözçülüyünü etməkdir.

Bu şəxs son günlərdə FETÖ-nün siyasi qanadı deyərək əsib-guruldamağa başladı. Madam ki, bu qədər istəyir, bu gün burada FETÖ-nün siyasi qanadını mən sizə açıqlayıram. Tolstoyun dediyi kimi “Birinə palçıq atmadan əvvəl yaxşı düşün. Əvvəlcə sənin əllərin kirlənəcək”.

Kılıçdaroğlu bizə palçıq atmağa çalışarkən əlində palçıqla yaxalanıb. Çünki bu ölkədə FETÖ-nün ən önəmli siyasi qanadı şəxsən Kamal Kılıçdaroğlu və komandasıdır. FETÖ adlandırılan quruluş ölkəmizdə uzun müddət qeyri-hökumət təşkilatı görüntüsü ilə mövcud olmuşdur.

Bizim mübarizəmiz gələcəyimizi qorumaq mübarizəsidir. FETÖ təhdidi ortaya çıxdıqdan sonra bu quruluşla eyni qərarlılıqla mübarizə apardıq. Bu quruluşu cinayətkar qruplaşma elan edən və Milli Təhlükəsizlik Komitəsinin o qərarının altında imzası olan mənəm. Bəs CHP bu işin harasındadır? Cənab Baykalın sədrlikdən ayrılması və Kılıçdaroğlunun vəzifəyə gəlməsi ilə birlikdə CHP bu işin tam göbəyində yerləşib. Səni ora gətirən FETÖ-dür, nə danışırsan?!”, - Ərdoğan bildirib.