Axtarış
The search found 105849 results in 0.087 seconds.
Search results
AŞPA nümayəndə heyəti seçkiləri müşahidəyə başlayıb - FOTO
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə etməyə başlayıb.
“Report” xəbər verir ki, 32 AŞPA üzvündən ibarət müşahidə missiyasına almaniyalı deputat Frank Şvabe rəhbərlik edir.
Muxalifet4 - 9-02-2020
Tailandda onlarla insanın qatili zərərsizləşdirildi - FOTO / VİDEO, YENİLƏNİB
Tailandın Nakxon Ratçasima şəhərində ticarət mərkəzlərindən birində onlarla insanı öldürmüş və yaralamış 32 yaşlı hərbçi Çakrapant Thomma zərərsizləşdirilib.
Bu barədə "Reuters" ölkənin təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb.
Muxalifet4 - 9-02-2020
MSK seçici fəallığı ilə bağlı 5 dəfə məlumat verəcək
“Mərkəzi Seçki Komissiyası seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradıb”.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlament seçkilərinin açıq elan edilməsi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə gün ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat veriləcək. Bütün seçiciləri seçki məntəqələrinə dəvət edərək öz konstitusion hüquqlarını həyata keçirməyə çağırıram. Səsvermə prosesi saat 19.00-da başa çatacaq”, - o, vurğulayıb.
Muxalifet4 - 9-02-2020
"Namizədlər üçün bərabər imkanlar yaradılmayıb" - DEMOKRATİK TƏSİSATLAR İNSTİTUTU
Demokratik Təşəbbüslər İnstitutu (IDI) 9 fevralda keçiriləcək parlament seçkiləri ilə bağlı ikinci aralıq hesabatını yayıb.
Sənəddə deyilir ki, seckiqabağı təşviqat prosesində siyasi azadlıqların, xüsusilə ilə söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığının təmin olunması yönündə irəliləyişlər baş verməyib, siyasi məhbus hesab edilən şəxslər azad edilməyib.
313 namizәd qeydiyyatdan sonra çox qısa vaxt ərzində namizədliyini geri götürüb.Muxalifet4 - 9-02-2020
Mehman Hüseynov rüşvət faktı ilə bağlı beynəlxalq missiyaları məlumatlandırdı
Deputatlığa namizəd, bloger Mehman Hüseynov namizədliyini irəli sürdüyü 31 saylı Suraxanı ikinci dairəsində seçkilərə xüsusi diqqət yetirmək çağırışı ilə ATƏT, ATƏT PA və AŞPA müşahidə missiyalarına müraciət edib.
M.Hüseynov bunu onunla əsaslandırır ki, digər namizəd Fərəc Quliyev blogerin onun xeyrinə namizədliyini geri götürməsi üçün M.Hüseynovu ələ almağa cəhd edib. M.Hüseynov həmçinin öz komandasının üzvlərinə təzyiq olduğunu bildirib.Muxalifet4 - 9-02-2020
Türkiyədə təhlükəli terrorçu məhv edilib - FOTO
Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkə daxilində həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/KCK terror təşkilatının təhlükəli üzvlərindən olan Ömər Oran zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan “Bager” ləqəbli terrorçunun yaxalanması üçün 500 min lirə (təxminən 85 min ABŞ dolları) məbləğində mükafat nəzərdə tutulub.
O, Ərzurum bölgəsində keçirilən antiterror əməliyyatında məhv edilib. Terrorçu zərərsizləşdirilən zaman silahlı olub(azərtac).
Muxalifet4 - 9-02-2020
Məntəqələrdə kemarların üzəri niyə örtülüb? - MSK-dan AÇIQLAMA
Mərkəzi Seçki Komissiyası 8 saylı dairədə bəzi məntəqələrdə kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara münasibət bildirib.
Muxalifet4 - 9-02-2020
Evlərə basqın edib koronavirusa yoluxanları görün nə hala salırlar - FOTOLAR
Çində koronavirus səbəbilə ölümlərin sayı artdıqca hökumət epidemiya ilə mübarizə üçün daha sərt qərarlar alır.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, artıq Çində koronavirusa yoluxduğundan şübhələnilən şəxslər zorla evlərindən çıxarılaraq karantinə alınır.
Muxalifet4 - 9-02-2020
“Namizədəm, məntəqəyə buraxmırlar” - BƏXTİYAR HACIYEV / Video
Deputatlığa namizəd Bəxtiyar Hacıyev namizəd kimi məntəqəyə buraxılmayıb.
Muxalifet.az xəbər verir ki, Bəxtiyar Hacıyev bu barədə sosial şəbəkədə özü məlumat verib.
“Namizədəm, 29-cu Dairə Seçki Komissiyasının sədri əmr verib, məni 6 saylı məntəqəyə buraxmırlar. Seçici girə bilir, namizədi buraxmırlar” – deyə, o, bildirib.
DSK sədri Cahangir Məmmədov isə Bəxtiyar Hacıyevə tədbir keçirildiyini və müvafiq tədbirlər nəticəsində qeydiyyatdan keçmədiyi üçün buraxılmadığını bildirib.Muxalifet4 - 9-02-2020
Azərbaycanda məntəqə sədri müşahidəçini döydü - VİDEO
76 saylı Lənkəran - Astara seçki dairəsinin 30 saylı seçki məntəqəsinin sədri məşvərətçiyə fiziki güc tətbiq edib.
Pravda.az-ın xəbərinə görə, buna səbəb məşvərətçinin məntəqədə çəkiliş aparması olub.
Məntəqə sədri bunun qanunsuz olduğunu bildirib və ona fiziki güc tətbiq edib.
Muxalifet4 - 9-02-2020
Bərdədə ağır yol qəzasında qadın sərnişin ölüb
Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Alpout kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Rizvan Məmmədov idarə etdiyi "VAZ-2107" avtomobillə hərəkətdə olan zaman "VAZ-2106" markalı avtomobillə toqquşub.
Nəticədə "07"də olan rayonun Məmmədli kənd sakini Adilə Əzizova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər iki avtomobilin sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar "təcili yardım" avtomobillləri ilə xəstəxanaya çatdırlıblar.
Muxalifet4 - 9-02-2020
AŞPA parlament seçkiləri ilə bağlı hesabatı apreldə müzakirə edəcək
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri barədə hesabatı 2020-ci ilin aprel ayında baş tutacaq plenar iclasda müzakirə edəcək.
Bu barədə “Report”a AŞPA-nın müşahidə missiyasının üzvü, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennak bildirib.
Onun sözlərinə görə, hesabat hazırlamaq üçün seçkidən sonra daha iki dəfə Azərbaycana səfər etməyi planlaşdırır.
Muxalifet4 - 9-02-2020
Bakıda külək yaşayış binasının pəncərəsini qopardı - FOTO
Bakıda güclü külək bir sıra fəsadlar törədib.
Unikal.org-un məlumatına görə, hazırda Bakının Nəriman Nərimanov rayonu İzzəddin Həsənoğlu 10 ünvanında külək binanın 10-cu mərtəbəsinin eyvanının pəncərəsini uçurub.
Qırılan pəncərə üçüncü mərtəbənin eyvanına düşüb.
Nəticədə üçüncü mərtəbədəki məznilin də eyvanına ziyan dəyib. Həmçinin, qırıntılar həyətdə dayanan iki maşına da ciddi ziyan vurub.
Muxalifet4 - 9-02-2020
İMİŞLİDƏ DƏ SEÇKİ SAXTALAŞDIRLIR - Xanhüseyn Kazımlının qızınI deputat seçdirmək istəyirlər...
80 saylı İmişli-Beyləqan seçki dairəsində seçki qanunvericiliyi ciddi şəkildə pozulur.
Unikal.org-un əldə etdiyi məlumata görə, sözügedən dairədə namizəd olan V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlının qızı Əsli Kazımova qanunvericiliyə zidd olaraq seçicilər üçün avtobuslar və minik avtomobilləri təşkil edərək onları məntəqələrə gətizdirir.
Bu işi isə Əsli Kazımovanın Bakıdakı biznesmen və bankir qardaşları tərəfindən həyata keçirilir.Muxalifet4 - 9-02-2020
Güclü külək Qubada məktəbin damını uçurdu - FOTO
Quba rayonunda məktəbin dam örtüyü uçub.
“Report” xəbər verir ki, güclü külək Haput kənd ibtidai məktəbinin dam örtüyü ilə yanaşı, təhsil ocağının divarlarını da sıradan çıxarıb.
Sinif otaqlarının üstü tamamilə dağıldığından məktəbdə dərslər dayandırılıb.
Qeyd edək ki, Haput kənd ibtidai məktəbi qəzalı vəziyyətdədir.
Muxalifet4 - 9-02-2020
Mingəçevirdə Aydın Mirzəzadəyə görə topa bülletenləri belə atdılar - FOTOFAKT
47 Saylı Mingəçevir Seçki Dairəsinin 21 Saylı məntəqəsində kobud qanun pozuntusu olub.
Muxalifet.az xəbər verir ki, Mahir Eyyubov adlı şəxs eyni zamanda bir neçə bülleteni topa halda qutuya atarkən yaxalanıb.Muxalifet4 - 9-02-2020
44 NÖMRƏLİ MƏKTƏBDƏ "KARUSEL" ƏMƏLİYYATI - Qadın zavuç saxtakarlığa etiraz edən namizədin nümayəndəsini küçə söyüşləri ilə təhqir etdi / VİDEO
Azərbaycanda əksər seçki dairələrində olduğu kimi, 23 saylı Nəsimi-Səbail seçki dairəsində də seçkilər kütləvi surətdə saxtalaşdırılır.
Muxalifet.az xəbər verir ki, həmin dairədə də saxtakarlıq prosesi əsasən məktəb rəhbərliyi, müəllimlər və büdcə təşkilatlarının nümayəndələri tərəfindən aparılır. Hətta bir çox hallarda bu saxtakarlıqların gizlədilməsinə belə, ehtiyac görmürlər.Muxalifet4 - 9-02-2020
Bakıya gələn yolda hərəkət İFLİC OLDU - VİDEO
Güclü küləklə müşayiət olunan kəskin hava şəraiti bəzi yollarda hərəkəti iflic edib.
Bu gün səhər saatlarından Bakı-Quba-Rusiya sərhədi avtomagistralını buz bağlayıb. Bu səbəbdən yolda xeyli qəzalar baş verib və hərəkət məhdudlaşıb.
Yoldakı vəziyyəti əks etdirən görüntüləri təqdim edirik:
Muxalifet4 - 9-02-2020
“14 saylı Xəzər seçki dairəsində artıq karusel işləməyə başlayıb” - HƏSRƏT RÜSTƏMOV
“14 saylı Xəzər seçki dairəsində artıq karusel işləməyə başlayıb. Şüvəlandakı məntəqələrə Polis akademiyasının kursantlarını, Zirə və Türkandakı məntəqələrə isə hərbi qulluqçuları mülki formada, 40-50 nəfərlik dəstələrlə gəzdirib səs verdirirlər".
Bu barədə Azərbaycan Demokrat Partiyasının sədr müavini, sözügedən dairədə deputat seçkilərində mübarizə aparan Həsrət Rüstəmov öz sosial şəbəkə hesabında qeyd edib.
“Saxtalaşdırma siyasətinin mahiyyəti dəyişməyib”
Muxalifet4 - 9-02-2020
“Bu günümüzü qaraltdınız, heç olmasa sabahımızı qaraltmayın” - TANINMIŞ İQTİSADÇI MÜƏLLİMLƏRƏ SƏSLƏNDİ
“Başqa ölkələri demirəm, heç bir gürcü müəllimi, həkimi hansısa məmur məcbur seçkiyə apartdırıb kiməsə səs verdirə bilməz. Çünki əvvəla, həmin müəllimin və həkimin özlərinə hörmətləri var, vəzifəsindən asılı olmayaraq kiminsə onunla əşya kimi davranmağını özlərinə sığışdırmazlar. Ən vacibi isə vəzifəli məmur buna cürət edə bilməz”.
Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev deyib.Muxalifet4 - 9-02-2020