Axtarış

The search found 105849 results in 0.033 seconds.

Search results

  1. “Həmin gün qəbiristanlıqda Murad və İlkin...” - Nərminin anası şübhəlilərdən danışdı / VİDEO

    10 yaşlı Nərmin üçün alınacaq bütün hədiyyələr indi onun evinə yox, məzarı üstə gətirilir.

    Muxalifet.az xəbər verir ki, onun üçün müxtəlif insanlar qohumlar, yaxınlar, tanıyanlar, tanımayanlar onun üçün aldıqları hədiyyələri uyuduğu məzar üstə qoyurlar.

    Muxalifet4 - 8-02-2020

  2. Azərbaycan koronavirusla mübarizə üçün Çinə yardım göndərdi - FOTO

    Sumqayıt şəhər İcra Hakimiyyəti Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çin Xalq Respublikasının Myenyan şəhərinə tibbi ləvazimatlar göndərib.

    Muxalifet4 - 8-02-2020

  3. “Əsl islam” naminə Sumqayıtdan Şimali Vəziristana, ardınca Suriyaya - “SİNİF YOLDAŞIM POSTDA ÖLDÜ, QORXUYA DÜŞDÜM...”

    Əfqanıstan-Pakistan sərhəddində - Şimali Vəziristanda terror təlimlərində, silahlı münaqişələrdə, Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan 32 yaşlı Sumqayıt şəhər sakini Telman Süleymanovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keririlib.

    Virtualaz.org-un xəbərinə görə, Telman Süleymanovun terrorçu qruplaşmaların tərkibindəki döyüş yolu Pakistanın Şimali Vəziristan əyalətindən başlayıb Suriyanın Hələb və Xaritan şəhərinədək uzanıb.

    Muxalifet4 - 8-02-2020

  4. “Baku Lüks Tikinti”nin qanunsuz hərəkəti kütləvi etirazlara səbəb oldu - VİDEO / FOTOLAR

    Bakıda bir qrup sakin yaşadıqları binanın qarşısında elektrik yarımstansiyasının tikintisinə etiraz edir. 

    “Report” xəbər verir ki, onlar bununla bağlı Baş Prokuror Zakir Qaralova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıblar.

    Bakı şəhər Xətai rayonu, Natiq Əliyev küçəsi 3 E ünvanında yaşayan şikayətçilər ərizələrində bildiriblər ki, binaları 2 girişli və 135 mənzillidir.

    Muxalifet4 - 8-02-2020

  5. Azərbaycanlı koronavirus əleyhinə dərman hazırladı - FOTO

    Qazax rayon Kosalar kənd sakini Asif Zöhrabov Çində yayılan öldürücü yeni növ koronavirusun insandan insana keçərək yayılmasının qarşısını ala biləcəyini iddia edir.

    O, 10 günə yaxın müddət ərzində üzərində işlədiyi maddənin artıq hazır olduğunu bildirib. Onun sözlərinə görə, hazırladığı dərman sprey formasındadır və püskürüldüyü yerlərdə virusun yayılmasının qarşısını almaq qabliyyətindədir.

    A.Zöhrabov qoruyucu spreyi hazırlamaq üçün tütün, kükürd, sarımsaq və bir neçə digər maddənin qarışığından istifadə etdiyini bildirib.

    Muxalifet4 - 8-02-2020

  6. Azərbaycanda yaşayış binası yanır - GÜCLÜ KÜLƏK YANĞININ SÖNDÜRÜLMƏSİNƏ MANE OLUR / Foto

    Neftçala rayonunda dördmərtəbəli yaşayış binasında yanğın baş verib.

    Hadisə şəhərin Heydər Əliyev prospektində, 4 ünvanında qeydə alınıb.

    Yanğın binanın sonuncu mərtəbəsində başlayıb. Hadisə yerinə Neftçala rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, sakinlər binadan təxliyə edilib.

    Hava şəraiti küləkli olduğundan alovun qarşısını almaq hələ mümkün deyil.

    Muxalifet4 - 8-02-2020

  7. SİNQAPURDA DA KORNOVİRUS SÜRƏTLƏ YAYILIR - Təhlükəli virusa yoluxanların sayı 40 nəfərə çatdı

    Sinqapurda koronavirusa yoluxanların sayı 40 nəfərə çatıb.

    “RİA Novosti” xəbər verir ki, daha 7 nəfərdə yoluxma halı qeydə alınıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.

    Bildirilir ki, xəstələrdən 4-nünü vəziyyəti ağırdır.

    Muxalifet4 - 8-02-2020

  8. ŞOK GÖRÜNTÜLƏR: Canlı yayımda 21 nəfər öldürüldü - VİDEO

    Tailandda əsgərin mülki vətəndaşlara atəş açması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

    Modern.az  xarici  mediaya istinadən  xəbər verir ki, silahlı şəxs  hələ də 16 nəfəri girov saxlayır.

    ***

    Tailandın Nakhon Ratçhasima şəhərində atışma baş verib.

    Hərbi düşərgədə hərbçilərdən biri öz kamandirini və daha iki nəfəri güllələyərək oğurluq avtomobildə hadisə yerindən qaçıb.

    Muxalifet4 - 8-02-2020

  9. Neftçalada baş verən yanğın söndürüldü - VİDEO / YENİLƏNİB

    Neftçalada dördmərtəbəli yaşayış bınasında baş verən yanğın söndürülüb.
    “Report”un Aran bürosu xəbər verir ki, Neftçala şəhəri Heydər Əliyev prospektində yanan yaşayış binasında yanğın zamanı xəsarət alan olmayıb. 
    İlkin məlimata görə, təxliyə edilən sakinlər icra hakimiyyətinin binasındadır. Binanın bir qrup sakini müvəqqəti olaraq yaxınlarının evlərində məskunlaşacaq. Qalmağa yeri olmayanlara isə şəhərin ərazisindəki mehmanxana təklif olunub.
    Faktla bağlı araşdırma aparılır.
    ***

    Muxalifet4 - 8-02-2020

  10. Qazaxıstanda etnik zəmində toqquşmalar - 8 ÖLÜ, ONLARLA YARALI

    Qazaxıstanda etnik zəmində toqquşmalar nəticəsində ən azı səkkiz nəfər ölüb, onlarla insanın yaralandığı bildirilir.

    Etnik qazaxlarla dunqan azlığı arasında qarşıdurma ölkənin cənubundakı Cambul vilayətinin Korday rayonu ərazisində yerləşən yaşayış məntəqələrində baş verib.

    Qarşıdurmaya səbəb Masançı kəndi ətrafında yer alan "məişət davası" olub.

    Muxalifet4 - 8-02-2020

  11. Şengen vizası üçün müraciət qaydalarında nələr dəyişib?

    Şengen vizası üçün müraciət qaydalarına dəyişikliklər 2 fevraldan etibarən qüvvəyə minib.

    Dəyişikliklər viza rüsumlarının artmasından, elektron müraciət göndərmək imkanından və müraciət tarixinin dəyişməsindən ibarətdir.

    Azərbaycan vətəndaşları üçün ödənişlər artacaqmı?

    Viza rüsumları baxımından yeni qaydalar Azərbaycana təsir etməyəcək.

    Muxalifet4 - 8-02-2020

  12. “O, əslində atam deyil, şeytan idi” - ATASINI ÖLDÜRƏN OĞUL / FOTO

    Türkiyənin Antalya şəhərində baş verən qanlı cinayət hadisəsi böyük şok yaradıb. Belə ki, atasının başını divara vura-vura qətlə yetirən oğul ittihamları qəbul etməyərək, əslində “şeytanı öldürdüyünü” deyib.

    Bu barədə “HaberGlobal” xəbər yayıb.

    Muxalifet4 - 8-02-2020

  13. DİN-in xüsusi bölmələri Salyana yeridildi

    Salyan rayonuna Çevik polis alayının qüvvələri yerləşdirilib.

    Bunu jurnalistlərə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib.

    Onun sözlərinə görə, DİN bu barədə bir neçə gün əvvəl məlumat yaymışdı.

    E.Zahidov xatırladıb ki, nazir seçkilərlə əlaqədar fevralın 8-dən 11-dək asayişin və təhlükəsizliyin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinin gücləndirilmiş iş rejiminə keçirilməsi və post-patrul bölmələrinin sayının artırılması barədə əmr imzalayıb.

    Muxalifet4 - 8-02-2020

  14. Parlament sədri Trampın planını zibil qutusuna atdı - “ONUN YERİ ORADIR”

    Küveyt parlamentinin sədri Mərzuq Əli əl-Qanim İsrail-Fələstin münaqişəsinin həlli üçün ABŞ-ın təqdim etdiyi “Əsrin müqaviləsi” planının "ölü doğulduğunu" bildirərək, sənədi zibil qutusuna atıb.

    Bu barədə “Sputnik” məlumat yayıb.

    Muxalifet4 - 8-02-2020

  15. Qazaxıstandakı kütləvi dava hansı səbəbdən baş verib? -AÇIQLAMA

    “Jambıl vilayətində 8 nəfərin ölümü ilə nəticələnmiş kütləvi dava məişət xarakteri daşıyır və heç bir milli məsələdən qaynaqlanmır”.

    “İnterfaks” xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Berdibek Saparbayev deyib:

    Muxalifet4 - 8-02-2020

  16. “ABŞ artıq sualtı qayıqlarda kiçik qüvvəli nüvə başlıqlarını yerləşdirməyə başlayıb” - PENTAQONDAN ŞOK AÇIQLAMA

    ABŞ sualtı qayıqlarda “W76-2” tipli aşağı qüvvəli nüvə başlıqlarını yerlşdirməyə başladığını bəyan edib.

    Xarici agentliklər xəbər verir ki, bu informasiya müdafiə naziri Mark Esper tərəfindən, kolumbiyalı həmkarı Karlos Truxilyo ilə görüşdən sonra keçirilən mətbuat konfransında təsdiqlənib.

    Onun sözlərinə görə bu raketlər Vaşinqtona hər an silahlı qarşdurmaya hazır olduğunu göstərmək, habelə qarşı tərəfi münaqişədən çəkindirmək üçün lazımdır.

    Muxalifet4 - 8-02-2020

  17. ​SON DƏQİQƏ: 4 namizəd Madər Musayevə qarşı birləşdi!

    10 saylı Binəqədi üçüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Rəbiyyə Məmmədova, Gülağa Aslanlı,Könül İsmayılova və Qorxmaz İbrahimli seçkilərlə bağlı birgə bəyanat yayıb.
    Muxalifet.az
    həmin bəyanatı olduğu kimi dərc edir:

    Muxalifet4 - 8-02-2020

  18. Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləridir

    Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri  keçirilir. 
    Muxalifet.az xəbər verir ki, səsvermə bütün seçki məhkəmələrində səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq.
    Parlament seçkiləri 125 dairəni əhatə edəcək və səsvermə 5573 məntəqədə aparılacaq. Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.

    Muxalifet4 - 9-02-2020

  19. Məzahir Pənahov səsverməyə start verdi ... - VƏ SEÇKİ KOMİSSİYALARINA ÇAĞIRIŞ ETDİ / YENİLƏNİB

    Bu gün fevralın 9-da Azərbaycanda Milli Məclisə təyin edilmiş növbədənkənar seçkilərə start verilib.
    Belə ki, saat 08.00-da Mərkəzi Seçki Komissiyası səsvermənin başlaması ilə əlaqədar mətbuat konfransı keçirib. Mətbuat konfransı Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb.

    Muxalifet4 - 9-02-2020

  20. Çində koronavirusdan sutkada 100 nəfər ölür - 6 MİN ADAMIN VƏZİYYƏTİ AĞIRDIR, ARTIQ MİN NƏFƏR ÖLÜB

    Çində ötən sutka ərzində koronavirusa yoluxanların sayı daha bir neçə min nəfər artaraq 37 mini keçib.

    Bu rəqəmi Çinin Səhiyyə və Gigeyena məsələləri üzrə Dövlət Komitəsi açıqlayıb. Virusun səbəb olduğu pnevmaniyadan ölənlərin sayı isə 811 nəfər çatıb və sürətlə 1000-ə yaxınlaşır. Hər sutka orta hesabla 100 nəfərin virusdan öldüyü bildirilir. Hazırda xəstəxanalarda olan 6200-ə yaxın xəstənin isə vəziyyəti ağırdır.

    Çin hakimiyyətinin epidemiyanın qarşısını almaq üçün gördüyü sərt tədbirlərə baxmayaraq virus sürətlə yayılır.

    Muxalifet4 - 9-02-2020

Pages