RUSİYADAN ETİRAF: “İdlibdə hərbi mütəxəssislərimiz həlak olub”

Baxış sayı:
3969

Rusiyanın Xarici İşlər Nazirliyi son dövrdə İdlibdə rus hərbi mütəxəssislərinin öldürülyünü etiraf edib, lakin detalları açıqlamayıb.

Rusiya mətbuatı Dəməşq hökumətinin nəzarətində olan və Türkiyənin Hatay sərhəd rayonundan 80 km cənubda yerləşən, ölkənin mühüm liman şəhərlərindən olan Lazkiyənin yaxınlığında üç rus kəşfiyyat zabitinin fevral ayının əvvəlində pusquya salınaraq öldürüldüyünü bildirmiş, Moskva isə indiyə qədər məsələ ilə bağlı açıqlama verməmişdi.

RF XİN açıqlamasında rus hərbi mütəxəssislərinin neçə nəfər olduğu, necə və harada öldürüldüyü məsələsi açıqlanmayıb. Açıqlamada türk və rus xüsusi təyinatlılarının faciəvi şəkildə həlak olduğu bildirilib./Hurriyyet.org