Koronavirus bu heyvandan yoluxub - İDDİA / FOTO

Baxış sayı:
786

Koronavirus epidemiyasının daşıyıcısının panqolin adlı məməli heyvan olduğu ehtimal edilir.

“Report” "Reuters"ə istinadən xəbər verir ki, bu iddia ilə Cənubi Çin Kənd Təsərrüfatı Universitetinin alimləri çıxış ediblər.

Onlar hesab edirlər ki, satışına qadağa qoyulmuş heyvan potensial virus daşıyıcısı ola bilər: “Bu kəşf virusdan qorunmaq, yayılmasının qarşısını almaq üçün olduqca əhəmiyyətlidir”.

Qeyd edək ki, panqolinin dərisinin üzərindəki pullar və ətinin satışı qadağan edilsə də, qeyri-qanuni yollarla satışı mövcuddur. Ötən il nəsli kəsilən növlər siyahısına daxil edilən 100 mindən artıq panqolinin ovlandığı qeyd olunub. Heyvanın boyu 30 sm-lə 1 metr arasında dəyişir.