İran ABŞ-ı indi də bununla təhdid edir - MƏXFİ SİRLƏRİNİ AÇIQLAYACAQ VƏ...

Baxış sayı:
5806

İran İraqdakı Ayn əl Əsəd adlı ABŞ bazasında hücumu ilə yeni məlumatlar paylaşacağını bildirib.

Bəlli olduğu kimi, İran İnqilabı Keçikçilərinin Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin ABŞ tərəfindən İraqda öldürülməsindən sonra İran Bağdaddan 160 km qərbdə yerləşən ABŞ-a məxsus Ayn əl Əsəd hava bazasına ballistik raket hücumu etmişdi.

ISNA informasiya agentliyinə müsahibə verən İran İnqilabı Keşikçiləri komandanı Əmir Əli Həsənzadə İranın Eyn əl Əsəd hücumu ilə bağlı olaraq yeni məlumatlar yayacaqlarını açıqlayıb.

İnqilab Keçikçilərinin ötən ay həyata keçirilən hücumu ilə bağlı açıqlamasında deyilir: “ABŞ qüvvələrinə ev sahibliyi edən ölkələrdən İrana bir hücum olarsa, cavab verəcəyik. Əsgərlərinizin həyatını qorumaq istəyirsinizdə, geri çağırın”.

İran tərəfi hücum zamanı 80 nəfər amerikalının öldüyünü bildirdiyi halda, Amerika tərəfinin açıqlamasında insan itkisinin olmadığı, 11 nəfər yaralı hərbçisinin müalicə olduğunu bildirmişdi./Hurriyyet.org