İstanbulda “Lotu Quli”yə sui-qəsd hazırlayan dəstə tutuldu - YENİLƏNİB, FOTO

Baxış sayı:
4284

Xəbər verdiyimiz kimi, yanvarın 31-də İstanbul polisi eyni vaxtda Kağıthane, Sarıyer və Qaziosmanpaşada yerləşən altı ünvanda əməliyyat keçirib. Nəticədə 17 nəfər – doqquz Azərbaycan, beş Gürcüstan, iki Ukrayna və bir Rusiya vətəndaşı saxlanılıb, həmçinin, 11 tapança, avtomat və 222 güllə ələ keçirilib.

“Milliyet” qəzeti bildirir ki, şübhəlilərin rus mafiya qrupları ilə əlaqəli olduqları və kriminal münaqişəyə hazırlaşdıqları məlum olub. Andrey Malıyın (əsl adı Quram Çikladze) rəhbərlik etdiyi dəstənin hədəfi “Lotu Quli” ləqəbli azərbaycanlılardan ibarət cinayətkar dəstənin lideri Nadir Səlifov olub.

Gürcüstan vətəndaşı Andrey Malıy Sarıyerdə yerləşən dəbdəbəli iqamətgahda saxlanılıb.

Xatırladaq ki, 2019-cu il dekabrın 22-də dəstə Beşiktaş rayonunda yerləşən restoranda Nadir Səlifovun adamlarından birini yaralayıb.

**15:10

İstanbulda antiterror polisinin ötən həftə keçirdiyi xüsusi əməliyyat nəticəsində yaxalanan 17 silahlı mafiya üzvü bu gün barələrində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılıb.

Türkiyə KİV-ləri xəbər verir ki, saxlanılanlardan 9-u Azərbaycan, 1-i Rusiya, 2-i Ukrayna, 5-i Gürcüstan vətəndaşıdır. Onların arasında “Kvejoviç” ləqəbli “vor zakon” Quram Çixladze də var./Virtualalaz.org

 

Polis saxlanılanların killərlər olduğunu ehtimal edir. Onlar Sarıyer, Gaziosmanpaşa və Kağıthane rayonlarında eyni vaxtda keçirilən əməliyyat zamanı yaxalanıblar. Saxlanılanlardan çoxlu sayda silah-sursat, o cümlədən AK-47 avtomatı aşkar edilib.

Xəbərə görə, killerlər qrupunun rəhbəri olan Quram Çixladze Sarıyerdə lüks villada yaxalanıb. Onun zirehli avtomobil istifadə etdiyi bildirilir. Polis yanvarın 31-də keçirilmiş xüsusi əməliyyatın görüntülərini də yayıb.