Gədəbəydə mikroavtobus minik maşını ilə toqquşdu - 1 ÖLÜ, 7 YARALI

Baxış sayı:
1933

Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Slavyanka kənd ərazisində qeydə alınıb.

Mikroavtobusla VAZ markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər - Şəmkir rayon sakini, 23 yaşlı Səfərov Azər Bayram oğlu hadisə yerində ölüb. Daha 7 nəfər - 1967-ci il təvəllüdlü Şəhla Şəmilova, 1996-cı il təvəllüdlü Solmaz Sadıqova, 1964-cü il təvəllüdlü Mənzər Məmmədəliyeva, 2002-ci il təvəllüdlü Coşqun Abbasov, 1985-ci il təvəllüdlü Sahil İsmayılov, 1963-cü il təvəllüdlü Ağa Ələkbərov və 1985-ci il təvəllüdlü Emin Budaqov xəsarət alaraq Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.