Rusiyada daha bir sərnişin təyyarəsi təcili eniş etdi

Baxış sayı:
1588

Rusiyada sərnişin təyyarəsi təcili eniş edib.
 
“TASS” agentliyi bu barədə aeroportun mətbuat xidmətinə istinadla xəbər yayıb.
Məlumata görə, “Embraer” sərnişin təyyarəsi Rusiyanın Novosibirsk aeroportunda heyət üzvlərinin qərarı ilə təcili eniş edib. Novosibirsk-Yekaterinburq marşrutu ilə hərəkət edən təyyarənin qanadı açılmadığından problem yaranıb.Bundan əvvəl Rusiyada Xabarovsk şəhərindən Moskvaya reys həyata keçirən təyyarə anonim təhdid səbəbi ilə uçuşunu yarımçıq qoyaraq təcili eniş həyata keçirmişdi.