Koronavirus Azərbaycan sərhədinə çatdı - İRANDA İKİ NƏFƏRDƏ VİRUS AŞKARLANDI

Baxış sayı:
6673

İranın Yəzd vilayətində iki əcnəbi vətəndaş xəstəxanada yatırılıb.

İRNA xəbər verir ki, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki Tehranda tibb universitetləri rektorlarının iclasında deyib.

S.Nəməkinin sözlərinə görə, Çin vətəndaşı 12 gün öncə nəzarətə götürülüb və onunla təmasda olan bir Almaniya vətəndaşı da zorla xəstəxanada yatırılıb.

Nəməki əlavə edib ki, analizlər nəticəsində onların koronavirusuna yoluxmadığı müəyyənləşib. İndiyədək İranda koronovirusu ilə əlaqədar heç bir yoluxma halı qeydə alınmayıb.