Bakıdan Qəbələyə gedən avtobus qəzaya düşdü - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

Baxış sayı:
1450

İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin Trend-ə verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında İsmayıllı yolunun Bilzan kəndi ərazisində qeydə alınıb.

Bakıdan Qəbələyə gedən "Mercedes-Benz" markalı sərnişin mikroavtobusu "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı "VAZ 2106"da olan 2 nəfər ölüb, avtobusda olan 5 sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.