Axtarış
The search found 105849 results in 0.028 seconds.
Search results
İranlı hakerlər ABŞ hökumətinin saytına hücum etdilər
İranlı hakerlər ABŞ hökumətinin saytına hücum edib.
Muxalifet.az bildirir ki, iranlı hakerlər bunu “qisas” hücumu kimi dəyərləndirib.
Onlar bildirib ki, ilk gediş “yalnız İranın kiber bacarığının kiçik bir hissəsidir”: “Bu mesaj İran İslam Respublikasındandır. Biz regionlarda dostlarımızı, əzilən Fələstin, Yəmən, Bəhreyn xalqını, Suriya, İraq hökuməti və əhalisini, Livan və Fələstindəki həqiqi mücahidləri dəstəkləməyi dayandırmayacağıq. Onlar bizim tərəfdən dəstəklənəcək”.Muxalifet3 - 5-01-2020
İraq Parlamenti qərar verdi: ABŞ HƏRBİ QÜVVƏLƏRİ İRAQDAN ÇIXARILSIN
Iraq Məclisinin, ölkədəki ABŞ-ın hərbi varlığını müzakirə etmək üçün toplandığı iclasda, Iraq baş naziri Adil Abdulmehdi, ABŞ-ın Qasım Süleymani hücumu ile bağlı təcili açıqlamalar verdi. İclasın sonunda; Iraq Parlamenti, ABŞ hərbi kontingentinin ölkədən çıxarılmasına qərar verdi.
Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir.Muxalifet3 - 5-01-2020
İraqın baş nazirindən etiraf
İraqın baş nazir səlahiyyətlərini icra edən Adil Abdul Mehdi parlament qarşısında çıxışı zamanı ABŞ-ın Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymaniyə qarşı həyata keçirilən əməliyyat barədə İraq hökumətini öncədən məlumatlandırdığını açıqlayıb.
“Əl-Ərəbiyə” telekanalının verdiyi məlumata görə, Baş nazir deyib ki, ABŞ əməliyyatdan bir neçə dəqiqə əvvəl bu barədə İraq hökumətini məlumatlandırıb. A.A. Mehdi onu da bildirib ki, İraq hökuməti bu addıma qarşı çıxıb.Muxalifet3 - 5-01-2020
Süleymaninin qızından Ruhaniyə ŞOK SUAL - “Atamın intiqamını kim alacaq?”
İran Prezidenti Həsən Ruhani ABŞ tərəfindən vurularaq öldürülən general Qasım Süleymaninin vida mərasimi əsnasında onun evinə başsağlığına gedib.
“Qafqazinfo”nun “Haberler.com”a istinadən məlumatına görə, ziyarət vaxtı mərhum generalın qızı olduğu bildirilən gəncin Prezidentə sualı marağa səbəb olub. Belə ki, adı açıqlanmayan gənc xanım Ruhaninin "Allah sizə səbr versin, cavabsız qalmayacaq" sözlərinə "Atamın intiqamını kim alacaq?" deyə soruşub. Ruhani ona cavabında "Alacağıq, hamısının intiqamını alacağıq, heç narahat olmayın" deyib.
Muxalifet4 - 5-01-2020
"AZI İKİ BUTULKA ARAQ İÇMƏLİYİK" - Milyarder jurnalistə müsahibə üçün ŞƏRT QOYDU
Rusiyalı biznesmen-oliqarx Əlişir Usmanov Yeni il tətili günlərində "Financial Times" qəzetinə müsahibə verib.
Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, qəzetin jurnalisti Henri Foy bu müsahibənin qəzetin tarixində az qala ən qısa müsahibə olduğunu qeyd edir.
O, rusiyalı milyarderi Alp dağlarındakı bahalı otellərdən birinin lobbisində haqlayıb, Usmanov jurnalisti görən kimi deyib ki, günü ağır keçib və söhbəti təxirə salmaq yaxşı olardı.
Muxalifet4 - 5-01-2020
İran generalının öldürülmədən öncə yazdığı məktub ÜZƏ ÇIXDI - FOTO
İranın İnqilab Keşikçiləri korpusunun komandanlarından olan Qasım Süleymaninin öldürülmədən bir neçə saat əvvəl yazdığı məktub üzə çıxıb.
Yerli mənbələr xəbər verir ki, bu barədə Süleymaninin qardaşı açıqlama verib:
"Əlyazma şəhadətindən 2-3 saat əvvələ aiddir. Öldürülməzdən 1 həftə əvvəl birlikdə idik. Bu, son görüşməmiz oldu. Əlyazmanı Suriyada təyyarəyə minməzdən qabaq yazıb.Həmin əlyazma və üzüyünü dünən axşam qızına göndərdilər. Əlyazmadan da görünür ki, şəhid olacağını bilirmiş"
Muxalifet4 - 5-01-2020
DEPUTATLIĞA NAMİZƏDLƏRİN SAYI 394 OLDU - MSK-dan açıqlama
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2264 namizəd müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
Onun sözlərinə görə, 462 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1786 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb:
"Onlardan 2216 nəfərinin namizədliyi artıq təsdiq olunub, 1976 nəfəri isə artıq imza vərəqələrini alıb. 394 nəfərin namizədliyi qeydə alınıb”.
Muxalifet4 - 5-01-2020
Mehman Hüseynovun şikayəti QİSMƏN TƏMİN OLUNDU - MSK iki məntəqədə səsvermənin nəticəsini ləğv etdi
Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında 23 dekabr 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinə namizəd olmuş bloger Mehman Hüseynovun şikayətinə baxılıb.
Muxalifet4 - 5-01-2020
“ABŞ-İran gərginliyi regiona zərər verəcək” - ƏRDOĞAN
ABŞ-la İran arasında gərginlik şəraitində İraqın münaqişə zonasına çevrilməsi regiona zərər verəcək.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə ABŞ-la İran arasında münaqişənin dərinləşməsindən narahatdır. Bu, regiondakı qeyri-sabitliyi gücləndirir.
"Biz regionumuzda qeyri-sabitlik riskini artıran ABŞ-la İran arasındakı vəziyyətin inkişafını narahatlıqla izləyirik. Bu, təkcə İraqda baş verənlər deyil, problemlər Suriyada da mövcuddur, indi Liviyada da hadisələr baş verir.
Muxalifet4 - 5-01-2020
Süleymaninin ölümü Azərbaycana necə təsir edə bilər? - AMERİKALI POLİTOLOQDAN DƏHŞƏTLİ AÇIQLAMA
“Bağdadda səfirliyə hücum Trampın hərəkətə keçməsinə səbəb olub. Bununla ABŞ prezidenti Yaxın Şərqdə potensial münaqişəyə qapı açdı”.
Muxalifet.az bildirir ki, bu sözləri ABŞ-ın Qafqaz və Orta Asiya üzrə analitik Pol Stronski general Süleymaninin qətli ilə bağlı yaranmış böhranı Turan-a şərh edərkən deyib.
Muxalifet4 - 5-01-2020
ŞOK İDDİA: ABŞ İranı bu raketlərlə vuracaq
Tehran və Vaşinqton arasında iranlı general Qasım Süleymaninin öldürülməsi ilə yaranan gərginlik Yaxın Şərqdə müharibəyə çevrilərsə, İngiltərə nüvə sualtı qayıqlarından raketlərlə İranı vurmağa hazırdır.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “San” nəşri Britaniya ordusundakı mənbələrinə istinadla məlumat yayıb. Nəşrin yazdığına görə, İngiltərə İrana ilk hücum edən tərəf olmaq istəməsə də, ABŞ-a dəstək verməyə hazırdır.
Muxalifet4 - 5-01-2020
TÜRK ORDUSU LİVİYAYA DAXİL OLMAĞA BAŞLADI - Ərdoğandan açıqlama
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya türk hərbi qulluqçularının göndərilməsinin başlandığını bildirib.
Muxalifet4 - 5-01-2020
ABŞ səfirliyi minaatanlardan atəşə tutuldu - DİNC SAKİNLƏR DƏ XƏSARƏT ALDI
ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin yaxınlığında yerləşən evə raket mərmisi düşüb.
“Report”un məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı bildirib.
"Al Jazeera" isə xəbər verib ki, Bağdadın mərkəzində, hökumət binalarının və ABŞ səfirliyinin olduğu "Yaşıl zona" minaatanlardan atəşə tutulub. Hədəf kimi ABŞ-ın Bağdaddakı səfirliyi seçilib.
Məlumata görə, hadisə nəticəsində dinc sakinlər xəsarət alıblar.
Muxalifet4 - 6-01-2020
Paşinyan iranlı generalın ölümü ilə bağlı Trampı təbrik edib? - ERMƏNİ BAŞ NAZİRDƏN TƏZADLI AÇIQLAMA / Video
Ermənistanın baş naziri Nikol Paşinyanın iranlı general, Qüds briqadasının komandanı Qasım Süleymaninin qətlə yetirilməsi münasibətilə ABŞ Prezidenti Donald Trampı təbrik etməsi barədə yayılan məlumatlar işğalçı ölkədə skandal yaradıb.
Demokrat.az erməni mediasına istinadən xəbər verir ki, sözügedən məlumat yayılandan kimi İran rəhbərliyinin ciddi etirazını səbəb olub.
Nəticədə Nikol Paşinyan İranla vəziyyətin gərginləşməsindən qorxaraq, geri addım atmağa məcbur olub.
Muxalifet4 - 6-01-2020
Tehran Trampın başına 80 milyon dollara mükafat qoydu
İranın dövlət televiziyası ABŞ Prezidenti Donald Trampın başına 80 milyon dollar məbləğində mükafat qoyub.
Bu barədə Britaniyanın “The Mirror” tabloidində məlumat yayılıb.
Deyilənə görə, 80 milyonluq İranın hər bir sakinindən bir dollar yığıb amerikalı lideri öldürəcək şəxsə vermək olar.
Bu, yanvarın 3-də ABŞ tərəfindən öldürülən İran generalı Qasım Süleymaninin vida mərasiminin canlı yayımı zamanı televiziyanın şərhçisi tərəfindən deyilib.
Muxalifet4 - 6-01-2020
Paşinyanın adından Trampa təbrik yazan şəxs tutuldu
Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin baş naziri Nikol Paşinyanın İrana qarşı əməliyyata görə ABŞ prezidenti Donald Trampı təbrik etməsi barədə “facebook”da yanlış informasiya yayan səhifənin sahibini aşkarlayıb.
Muxalifet.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə xidmətin mətbuat mərkəzindən bildirilib. Xəbərə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində “Diana Arutunyan” səhifəsinin sahibinin şəxsiyyəti müəyyənləşdirilib. "O, Milli Təhlükəsizlik Xidmətinə aparılıb və öz hərəkətləri haqqında izahat verib".
Muxalifet4 - 6-01-2020
ZABRATDA DƏHŞƏT: Məktəbli oğlan sevgilisi ilə vidalaşıb özünü öldürdü
Bakıda intihar hadisəsi baş verib.
Muxalifet.az BakuPost-a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində 15 yaşlı Murad adlı yeniyetmə özünə qəsd edib.
Məlumata görə, o, intihar etməzdən əvvəl sevdiyi qızla görüşüb.
Qeyd edək ki, Murad 192 saylı məktəbin 10-cu sinif şagirdi imiş.
Muxalifet4 - 6-01-2020
DƏHŞƏTLİ MÜHARİBƏNİN BİR ADDIMLIĞINDA - İranın raket qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirildi
İranın raket qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bu barədə “Reuters” ABŞ-ın yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.
O bildirib ki, Ağ Ev hadisələrin gedişatını diqqətlə izləyir.
“Bu döyüş hazırlığı hücum, yoxsa müdafiə xarakteri daşıyır? Bu bizə məlum deyil”, - deyə mənbə izah edib.
Xatırladaq ki, ABŞ-ın İran generalı Qasım Süleymanini öldürməsindən sonra ölkələr arasında münasibət kritik həddə çatıb. (Oxu.az)
Muxalifet4 - 6-01-2020
Rusiyanın raketdaşıyan gəmisi İstanbul boğazlarını keçdi
Bu gün Rusiya donanmasının şimal qərargahna məxsus olan “Marşal Uatinov” raketdaşıyan gəmisi Qara dənizdən İstanbul boğazlarını keçməklə Aralıq dənizinə keçib.
Publika.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, 3 sahil-mühafizə və 2 dəniz polisi gəmisinin müaşyəti altında olan rus gəmisi 1 saat yarım ərzində boğazları keçib. 186 metr uzunluqlu gəminin göyərtəsində çoxlu hərbçilərin olması diqqəti cəlb edib.
Qeyd edək ki, son günlər regionda baş verən hadisələr hərbi aktivliyi də artırıb.
Muxalifet4 - 6-01-2020
İşdən çıxarılan müəllim özünü öldürdü - FOTO
Türkiyənin Üsküdar qəsəbəsində yeni seçilmiş bələdiyyə sədri tərəfindən işdən çıxarılan 150 nəfərdən biri olan Receb Kılıçarslan intihar edib.
Türkiyə mediası xəbər verir ki, İstanbulun tərkibində olan qəsəbədə işləyən 32 yaşlı R.Kılıçarslan intihar etməzdən əvvəl dostlarına “hazsızlığa dözə bilmirəm” deyib.
Qeyd edək ki, xeyli vaxtdır Üsküdarda işdən çıxarılan şəxslər etiraz aksiyaları keçirir. Onlar haqsız və əsassız olaraq işdən çıxarıldıqlarını deyirlər.
Muxalifet4 - 6-01-2020