Axtarış

The search found 105849 results in 0.114 seconds.

Search results

  1. Tanınmış aparıcı evində ölü tapıldı - TÜRK ORDUSUNUN ƏMƏLİYYATLARINI DƏSTƏKLƏYİRDİ....

    Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən “Əl-Ərəbiyyə” televiziyasının məşhur aparıcısı Nayva Kuassem ölüb.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, livanlı spiker evində ölü tapılıb. Onun ölüm səbəbi hələlik məlum deyil.

    Qeyd edək ki, Kuassem ərəb dünyasının tanınmış simalarından hesab olunur. 2012-ci ildə “Arabian Business” nəşri onu ərəb dünyasının ən güclü 100 qadını arasında göstərib.

    Muxalifet4 - 3-01-2020

  2. TÜRKİYƏDƏ FÖVQƏLADƏ TOPLANTI - Ərdoğan Qasiminin ölümü ilə bağlı göstərişlərini verdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı generalın öldürülməsindən sonra bölgədə baş verən gərginliklə bağlı fövqəladə toplantı keçirib.

    "Anadolu" agentliyinin verdiyi xəbərə görə, təhlükəsizlik məqsədi ilə Prezidentin Dolmabağçadakı iş ofisində keçirilən iclas 3 saat davam edib. 

    Muxalifet4 - 3-01-2020

  3. TÜRKİYƏ LİVİYAYA QOŞUN YERİDİR - Prezident sənədi təsdiqlədi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya qoşun göndərmək imkanını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

    “Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qanun layihəsini R. T. Ərdoğan dekabrın 2-də imzalayaraq təsdiqləyib.

    Məlumata görə, ilk mərhələdə Liviyanın Milli Saziş Hökümətinin hərbçilərinə təlim keçmək üçün türk hərbçi mütəxəssisləri göndəriləcək. Daha sonra isə Türkiyənin yerli istehsalı olan silahların göndərilməsi nəzərdən keçiriləcək. 

    Muxalifet4 - 3-01-2020

  4. Oqtay Gülalıyevdən xəbər var... - BAŞ REDAKTOR YAZDI / VİDEO, FOTO

    Türkiyədəki "American Hastanesi"ndə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində ciddi irəliləyiş var.

    Bu barədə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı sosial şəbəkə hesabında məlumat yayıb.

    Muxalifet4 - 3-01-2020

  5. Haftar əhalini Türkiyə ordusuna qarşı silahlanmağa çağırdı

    General Xəlifə Haftarin rəhbərlik etdiyi Liviya Milli Ordusu əhalini Türkiyə ordusuna qarşı silahlanmağa çağırıb.

    APA-nın “Sözcü” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Liviya Milli Ordusunun “Twitter” səhifəsində məlumat verilib.

    Buna Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə dair qəbul etdiyi qərarın səbəb olduğu göstərilib.

    “Vətəni qorumaq xalqın borcudur”, - deyə məlumatda qeyd olunub.

    Muxalifet4 - 3-01-2020

  6. İcra başçısı turistlərlə qartopu oynadı, ox atdı - VİDEO, FOTOLAR

    Qubanın icra başçısı Ziyəddin Əliyev bu gün rayona gələn turistlərlə görüşüb.

    "Yeni Sabah" xəbər verir ki, icra başçısı turistlərdən Quba ilə bağlı təəssüratlarını soruşub, onların problemləri ilə maraqlanıb.

    Görüş maraqlı anlarla yadda qalıb. Belə ki, Z.Əliyev turistlərlə qartopu oynayıb, ox atıb.

    Həmin anları əks etdirən görüntüləri təqdim edirik:

    Muxalifet4 - 3-01-2020

  7. SON DƏQİQƏ! - ABŞ Yaxın Şərqə 3500 əsgər göndərdi

    ABŞ Yaxın Şərqə yeni hərbi qüvvələr göndərib.

    Muxalifet.az xəbər verir ki, İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvələri komandanı Qasim Süleymaninin öldürülməsinin ardınca ABŞ-ın 82-ci Hava Desant Birliyindən 3 min 500 əsgəri yenə Yaxın Şərqə göndərdiyi haqda məlumat verilir. Məlumatlara görə, hərbi kontingent ABŞ-ın Küvetdəki bazasına yerləşdirilmək və lazım gəldikdə ABŞ-a yönəlmiş hadisələrə müdaxilə etmək üçün göndərilib.

    Muxalifet3 - 3-01-2020

  8. İran generalının yerini ABŞ-a onlar deyib - ŞOK AÇIQLAMA

    İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi qüvvələrinin komandanı general Qasım Süleymaninin hərəkət marşrutu barədə kəşfiyyat məlumatını ABŞ-a İraqdakı dairələri ötürüb.

    Bu barədə İranın dəstəklədiyi “Haşdi Şabi” qruplaşmasından açıqlama verilib. Lakin həmin dairələrin hansı qüvvələr olduğu açıqlanmayıb.

    Bildirilib ki, generalın olduğu təyyarə Dəməşqdən Bağdada uçub. General avtomobilə mindikdən sonra hədəfə alınıb.

    Muxalifet4 - 3-01-2020

  9. İRAN ÇALXALANIR - 10 minlərlə insan ayağa qalxdı... / VİDEO

    İranda cümə namazından sonra minlərlə insan küçələrə çıxıb.

    "Anadolu" agentliyi xəbər verir ki, nümayişçilər İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə etiraz edib. ABŞ-a qarşı şüarlar səsləndirən etirazçılar, yürüşlər təşkil edib. Aksiya paytaxt Tehranla yanaşı, Kirman, Qum və digər şəhərlərdə də təşkil olunub.

    Muxalifet4 - 3-01-2020

  10. "Fransızlar səhv düşünürlər, dünya daha təhlükəsiz bir yerdir" - POMPEODAN FRANSAYA CAVAB

    ABŞ Dövlət katibi Mayk Pompeo Fransanın Qasım Süleymaninin öldürülməsi ilə bağlı bəyanatına münasibət bildirib.

    APA-nın "CNN"-ə istinadən verdiyi xəbərə görə, Mayk Pompeo bu məsələdə fransızların yanıldığını deyib. 

    Muxalifet4 - 3-01-2020

  11. Rusiya İrana qahmar çıxdı - LAVROV AMERİKAYA ZƏNG VURDU...

    Rusiya XİN-in rəhbəri Sergey Lavrov iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə danışıb.

    “RİA Novosti” xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

    Məlumata görə, S.Lavrov amerikalı həmkarı ilə danışan zaman suveren dövlətin rəsmi şəxsinin öldürülməsinin beynəlxalq hüquqa zidd olduğunu bildirib. O, həmçinin qeyd edib ki, rəsmi Moskva Vaşinqtonu beynəlxalq problemlərin həllində güc tətbiq etməkdən çəkinməyə çağırır.

    Muxalifet4 - 4-01-2020

  12. ABŞ İrana bağlı qruplaşmanı terror təşkilatı elan etdi

    ABŞ İrana bağlı "Asaib Ahl al-Hak, AAH" qruplaşmasını və onun liderlərini terror təşkilatları siyahısına salıb.

    ”Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

    Qrupun terrorçu təşkilat kimi tanınması haqqında qərar İran generalı Qasım Süleymaninin və şiə qruplaşmasının bir neçə liderinin İraqda öldürülməsindən bir gün sonra qəbul edilib.

    Muxalifet4 - 4-01-2020

  13. Deputatlığa namizəd seçicilərə 100 manat "şirinlik" paylayıb

    “46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlu seçicilərə pul paylayır”.
    Bu məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.
    C.Həsənli qeyd edib ki, R.Camalov sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur

    Muxalifet4 - 4-01-2020

  14. Həsən Ruhani ölüdürülən generalın evində - FOTOLAR

    Bu gün səhər İran prezidenti Həsən Ruhani general Qasım Süleymaninin ailəsinə baş çəkib.

    Yerli media xəbər verir ki, H.Ruhani generalın ailəsinə başsağlığı verib və onun qisasının alınacağını bəyan edib.

    Xatırladaq ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb.

    Muxalifet4 - 4-01-2020

  15. Acun özündən 30 yaş kiçik sevgilisini verilişə dəvət etdi - FOTOLAR

    Bir müddətdir Çağla Ayça Altunkaya ilə sevgili olduğu deyilən "TV8" kanalının sahibi, məşhur prodüser Acun İlıcalı artıq bu eşqi gizləməmək qərarına gəlib. 

    "Yeni Sabah" xəbər verir ki, Acun sevgilisini "O Ses Türkiye" verilişinin yeni il üçün hazırlanan xüsusi buraxılışına dəvət edib. Səhnədə romantik musiqilər səsləndirilərkən kameraların tamaşaçılar arasında əyləşən Çağlaya tez-tez fokuslanması isə Acunun sevgilisinə jesti kimi qiymətləndirilib.

    Muxalifet4 - 4-01-2020

  16. Pərvinin sevgilisi və ölən qardaşı bu yüksək vəzifəli məmurun qardaşı oğludur - FOTO

    Aktrisa Pərvin Abıyevanın sevgilisi - keçmiş polis leytinantı Murad Abdullayevin qardaşı Cavid Abdullayev müəmmalı ölümü ilə bağlı ölkə mətbuatında xəbərlər yayılsa da, onun kimliyi tam açıqlanmayıb.

    Muxalifet4 - 4-01-2020

  17. İran ABŞ-dan qisasın vaxtını və yerini müəyyənləşdirəcək

    İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taht-Ravançı bildirib ki, Tehran general Qasım Süleymaninin qətlə yetirilməsinə göz yummayacaq.
    Bu barədə İran diplomatı CNN telekanalına müsahibəsində qeyd edib.
    O, xatırladıb ki, rəsmi Vaşinqton Bağdad yaxınlığında raket zərbəsi ilə müharibənin yeni hissəsini başlayıb. İran rəsmisinin sözlərinə görə, Birləşmiş Ştatlar hələ 2018-ci ildən İran xalqına güclü təzyiq göstərərək iqtisadi sahədə birtərəfli qaydada Tehranla vuruşur.

    Muxalifet4 - 4-01-2020

  18. Makronla Ərdoğan Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər

    Fransanın Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.
    Muxalifet.az xəbər verir ki, bu məlumatı Fransa prezidentinin mətbuat xidməti yayıb.
    Məlumata görə, iki lider İraqdakı məlum hadisələrdən sonra Yaxış Şərqdə gərginliyin artması ilə bağlı narahatlıqlarını ifadə edib, həmçinin təhlükəli eskalasiyadan qaçmağın labüd olduğunu qeyd ediblər.
    Makron İŞİD-lə mübarizənin prioritet təşkil etdiyini və Fransanın beynəlxalq koalisiyaya tam sadiq olduğunu qeyd edib.

    Muxalifet3 - 4-01-2020

  19. Avropa İttifaqı İran və ABŞ-a çağırış etdi

    Avropa İttifaqı (Aİ) İran və ABŞ-ı təmkinli olmağa çağırıb.
    APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borelin yaydığı bəyanatda bildirilib.

    Muxalifet4 - 4-01-2020

  20. Gəncədə tələbə dəm qazından boğulub - YENİLƏNİB

    Gəncədə dəm qazından boğulan tələbənin kimliyi müəyyənləşib.

    APA-nın yerli bürosunun xəbərinə görə, ölən şəxs Məmmədov Tural Uğur oğludur.

    ***

    Muxalifet4 - 4-01-2020

Pages