TÜRK ORDUSU LİVİYAYA DAXİL OLMAĞA BAŞLADI - Ərdoğandan açıqlama

Baxış sayı:
2364

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya türk hərbi qulluqçularının göndərilməsinin başlandığını bildirib.

Muxalifet.az xəbər verir ki, bu barədə dövlət başçısı CNN Turk telekanalının efirində xəbər verib.
"Bizim hərbçilərimizin vəzifələrinə koordinasiya hərəkətləri daxildir. Türkiyə hərbçiləri qanuni hökumətin (Liviyada) təhlükəsizliyini təmin etmək üçün tədricən göndərilməyə başlayıblar", - CNN Turk telekanalının efirində Türkiyə lideri deyib./report