"AZI İKİ BUTULKA ARAQ İÇMƏLİYİK" - Milyarder jurnalistə müsahibə üçün ŞƏRT QOYDU

Baxış sayı:
2245

Rusiyalı biznesmen-oliqarx Əlişir Usmanov Yeni il tətili günlərində "Financial Times" qəzetinə müsahibə verib.

Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, qəzetin jurnalisti Henri Foy bu müsahibənin qəzetin tarixində az qala ən qısa müsahibə olduğunu qeyd edir. 

O, rusiyalı milyarderi Alp dağlarındakı bahalı otellərdən birinin lobbisində haqlayıb, Usmanov jurnalisti görən kimi deyib ki, günü ağır keçib və söhbəti təxirə salmaq yaxşı olardı.

"Lakin mənim həyatım barədə hər şeyi öyrənmək istəyirsinizsə o zaman bizə ən azı iki butulka araq lazım olacaq",-milyarder qeyd edib. 

Nəticədə jurnalist Usmanovla araq içib, ona biznesi və Rusiya hakimiyyəti ilə münasibətləri haqda suallar verib. 

Usmanov deyib ki, onu oliqarx adlandırmaq düzgün deyil, çünki bütün aktivlərini ikinci əldən alıb, onları özəlləşdirmə sayəsində ələ keçirməyib.

"Heç kim mənə havayı heç nə verməyib", - Usmanov qüssə ilə deyib. Amma əlavə edib ki, Rusiya dövlətindən həmişə dəstək görüb. 

Image result for Алишер Усманов

Putinlə münasibətləri haqda suala cavab verən milyarder bildirib ki, onu yaşadığı ölkənin lideri kimi qəbul edir və hörmət bəsləyir. 

"Ona oliqarxlar lazım deyil, ancaq güclü, möhkəm dövlət lazımdır",-rusiyalı milyarder bildirib.

Varisləri haqda danışan Usmanov deyib ki, sərvətinin yarısını ailəsinə bağışlayacaq, qalan yarısını isə onun biznesini idarə edən menecerlər arasında bölüşdürəcək.

Image result for Alpine Mountains tv interview

Əlişir Usmanov Rusiyanın ən varlı biznesmenlərindən  biridir, USM Holdings qrupunun sahibidir. 

Milyarderin əsas aktivi "Metalloinvest" şirkətidir və həmin şirkətin səhmlərinin yarısı onundur. Habelə onun holdinqinə bir neçə iri metallurgiya kombinatı, "Meqafon" mobil rabitə operatorunun səhmlərinin 31 faizi və digərləri daxildir.