Axtarış
The search found 105849 results in 0.077 seconds.
Search results
Qoşulub qaçan qudalarla bağlı yeni detallar ortaya çıxdı - VİDEO
Ağdaş rayonunda qohum olmağa hazırlaşan və qoşulub qaçan qudalarla bağlı yeni detallar üzə çıxıb.
Gündəmi zəbt edən hadisə ilə bağlı "Space TV"nin əməkdaşları reportaj hazırlayıblar.
Reportaj zamanı məlum olub ki, Rizvan Əliyev evdən gedərkən arvadına məxsus telefonu və 3900 manat nağd pul götürüb.
Məsələ münasibətdə olan cütlüyün yazışmalarının ələ keçməsi ilə açılıb.
İllərdir ki, nişanlı olan gənclər toylarına az qalmış belə bir hadisə ucbatından ayrılmaq məcburiyyətində qalıblar.
Muxalifet4 - 6-01-2020
Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır – “Özü qida qəbul edir, əllərini hərəkət etdirə bilir”
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş müşahidə olunur.
Oqtay Gülalıyevin xanımı Füruzə Gülalıyevanın sözlərinə görə, uzun müddətdir ki, hüquq müdafiəçisinin hərarəti yüksəlmir. Böyrəklərdə kreatinin səviyyəsi normaya yaxındır. Əllərini hərəkət etdirə bilir. Bəzən hər iki gözünü açır.
Muxalifet4 - 6-01-2020
Almaniyada Azərbaycan vətəndaşları saxlanıldı - POLİSDƏN NÖVBƏTİ REYD
Almaniya polisi aralarında azərbaycanlıların da olduğu 19 nəfəri saxlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Report”un Avropa bürosuna Almaniyanın Rostok şəhər Polis İdarəsindən məlumat verilib.Muxalifet4 - 6-01-2020
Həbs xəbəri yayılan “Lotu Quli” maral ovunda - FOTO
“Qanuni oğru” Nadir Səlifovun (“Quli”) Türkiyə hüquq-mühafizə orqanları tərəfindən həbs olunaraq Azərbaycana deportasiya edilməsi barədə məlumat təsdiqini tapmır.
Yenisabah.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin rəsmi veb-səhifəsində də bu barədə hər hansı məlumata rast gəlinmir. Bundan başqa, Nadir Səlifovun həbsi barədə nə Türkiyə, nə də onu daha çox “diqqət”də saxlayan Rusiya mediası yazıb. Digər tərəfdən Azərbaycanın rəsmi qurumları da Nadir Səlifovun həbs edilərək ölkəmizə deportasiya edilməsi barədə hər hansı açıqlama yaymayıb.
Muxalifet4 - 6-01-2020
Tanınmış iş adamının qızı İNTİHAR ETDİ - FOTO
Türkiyədə Qazi Üniversitetinin Tibb Fakültəsi tələbəsi olan gənc qız evlərində intihar edib.
Demokrat.az Haberler-ə istinadən xəbər verir ki, Nazlıcan G.-nın (19) bir müddətdir psoxiloji problemlər yaşadığı bildirilir. O, Ankaradan ailəsinin yanına gələrək otağına keçib atasına məxsus tapanaça ilə ürəyindən atəş açıb.
Nazlıcanın atasının tanınmış iş adamı olduğu deyilir.
İstintaq başlayıb.
Muxalifet4 - 6-01-2020
Ekspertiza rəyinin verilməsi cavabdehə tapşırılıb – MƏHKƏMƏDƏN AĞLASIĞMAZ QƏRAR
Və yaxud sədr Rəşid Rzayevin, hakim Aygün Abdullayevanın cavabdehə vəkilliyi
Muxalifet4 - 6-01-2020
"Azərbaycanda İrana dəstək nümayiş etdirən şəxslər potenasial vətən xainləridir" - İLHAM İSMAYIL
"İranlı general Qasım Süleymaninin ölümü ilə bağlı Azərbaycanda ciddi narahatlıq keçirən bir qrup şəxslərin son günlər sosial şəbəkələrdə müxtəlif çağırışlar etməsi və xüsusi fəallıq göstərməsi Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yaradır. Mən Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinə çağırış edirəm ki, həmin şəxslər nəzarətə götürülsün, ciddi şəkildə yoxlansılsınlar".
Muxalifet4 - 6-01-2020
Paytaxtda evdən 21 min dollar oğurlandı
Bakıda evdən 21 min dollar və qızıl oğurlayan şəxs tutulub.
Muxalifet4 - 6-01-2020
Sakinlərinin bank hesabından pul oğurlayan şəxs saxlanıldı
Lerik rayon sakinlərinin bank hesabından pul oğurlayan şəxs saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Lerik rayon sakini G.Qəmbərova ötən ilin iyul ayında şəhər ərazisindəki bankomatların birindən 400 manat pulunun bank hesabından çıxarılaraq oğurlandığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Y.Həsənov saxlanılıb.
Muxalifet4 - 6-01-2020
"HƏR MƏSƏLƏDƏ TÜRKİYƏNİN YANINDAYIQ" - Qətər bəyanat yaydı
Qətər XİN rəhbəri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani Londonda mətbuata açıqlamasında ABŞ-İran arasında son günlərdə pikk həddə çatan gərginlikdən və regional inkişaf və Qətər-Türkiyə əlaqələrindən danışıb.
Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir.
İraqdakı son hadisələrin ABŞ-İran gərginliyini yeni mərhələyə çatdırdığını bildirən Əl Sani Qətərin böhranın dozasını azaltmaq üçün hər cür səy göstərdiklərini söyləyib.
"Sərhədindəki çox sayda suriyalıların məsuliyyətini Türkiyə boynuna götürdü"Muxalifet3 - 6-01-2020
Jirinovski küçəyə çıxıb insanlara pul payladı - VİDEO
Rusiyalı məşhur siyasətçi Vladimir Jirinovski daha bir maraqlı addımı ilə gündəmə gəlib.
“Yeni Sabah” xəbər verir ki, Rusiyanın Liberal Demokrat Partiyasının lideri Moskvada Qırmızı meydanında əhaliyə pul paylayıb.
Görüntüləri öz “İnstagram” səhifəsində izləyiciləri ilə bölüşən 73 yaşlı siyasətçi Moskvanın gözəl bəzədildiyini və insanlarda xoş bayram əhval-ruhiyyəsi olduğunu qeyd edib, həmçinin 2020-nin bütün insanlar üçün belə keçməsini arzulayıb.
Sizə həmin görüntüləri təqdim edirik:
Muxalifet4 - 6-01-2020
İran televiziyasında ŞOK: Trampı öldürənə 80 milyon dollar veriləcək
İranlılar qisasa and içərkən, Trampı öldürənə mükafat vəd edildi. Donald Tramp, İranda baş verənlər üzündən Yaxın Şərq səfərini yenidən nəzərdən keçirməyi istəyə bilər.
Muxalifet.az "Hurriyet"ə istinadla bildirir ki, İrandakı “Kanal 1”-dən canl yayımlanan, Süleymaninin dəfn mərasiminin spikeri Donald Trampı öldürənə mükafat veriləcəyini söylədi.Muxalifet3 - 6-01-2020
Süleymani sosial şəbəkələrdə Trampa sataşırmış... - AÇIQLAMA
Washington Post qəzeti cümə günü “Süleymani sosial mediada Trampı qəzəbləndirən memlər paylaşırdı” başlığı altında məqalə dərc olunub.
Muxalifet4 - 6-01-2020
Deputat olmaq istəyən 458 nəfərin namizədliyi qeydə alınıb - MSK AÇIQLADI
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2296 namizəd müraciət edib.
Muxalifet.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib.
MSK sədəri qeyd edib ki, 463 nəfər 19 siyasi partiya, 17 nəfər təşəbbüs qrupları tərəfindən, 1816 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb:
Muxalifet4 - 6-01-2020
İran XİN Cavad Zərif Twitterdə Trampdan bu sualı soruşdu...
İran XİN Cavad Zərif, rəsmi hesabından ABŞ prezidentinə tweet atdı.
Tehranda bu gün təşkil olunan Qasım Süleymaninin dəfn mərasimində iştirak edən yüz minlərlə insanın havadan çəkilmiş foto şəkillərini paylaşaraq, "Daha əvvəl belə bir insan seli gördünmü Tramp? Bölgəmizlə bağlı iclaslarda hələ ətrafındakı oyunbazlarımı dinləmək istəyirsən? Və hələ bu böyük dövlətin xalqının iradəsini qıra biləcəyini düşünürsənmi? ABŞ-ın Qərbi Asiyadakı ziyankar varlığının sonu başladı...”Muxalifet3 - 6-01-2020
Prezident Azərbaycan mahnısına məmurları belə oynatdı - VİDEO
Xəbər verdiyimiz kimi, Türkmənistanda 2020-ci ilin gəlişi münasibətilə ölkənin aparıcı mədəniyyət-incəsənət xadimlərinin, hökumət üzvlərinin və digərlərinin iştirakı ilə böyük Yeni il konsert-ziyafəti təşkil edilib.
Aşqabadın mərkəzi salonlarından birində təşkil edilən təntənəli tədbirdə prezident Qurbanqulu Berdıməhəmmədov bir saat ərzində bayram konsertində sintezatorda müşayiət edib və oxuyub.
Muxalifet4 - 6-01-2020
“ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ ÜÇÜN GERİ SAYIM BAŞLADI ...” – Rusiyalı məşhur ekspertdən Süleymaninin qətlilə bağlı təhlil
“Süleymaninin ölümü 1914-cü ildə Frans Ferdinandın qətlini xatırladır...”
Onsuz da uzun illərdir qaynayan qazanı xatırladan Yaxın Şərq, ABŞ-ın İran İnqilab Keşikçilərinin Qüds qüvvələri komandanı, nüfuzlu general Qasım Süleymanini qətlə yetirilməsindən sonra ümumiyyətlə, gələcəyinin proqnozlaşdırılması mümkün olmayan regiona çevrildi. Artıq bütün planetin diqqət mərkəzində olan bu region təkcə ABŞ-la İranın deyil, bütün dünya güclərinin açıq savaş meydanına dönməkdədir.
Muxalifet4 - 6-01-2020
"Əli Həsənovun qudası Səttar Mehbalıyev onlarla dədə malı kimi davrandı..." - Aslan İsmayılov
"İran generalı Qasım Süleymani ilə bağlı yazılarıma görə bu qədər təhqir olunacağımı təsəvvür etmirdim. Həmin yazıların heç birində Q.Süleymaninin şəxsiyyətinə dair alçaldacı heç nə yazmamışdım, ölümünə şadyanalıq etməmişdim, hərçənd ki, onun minlərlə insanın, o cümlədən müsəlmanların qətlə yetirilməsinə başçılıq etdiyini çox yaxşı bilirdim. Səhifəmin iştirakçıları təhqiredici şərh yazanları bloklamağı təklif edirlər. Bu addımı atmadım və atmayacam, çünki günah onlarda yox, Azərbaycanı idarə edənlərdə və cəmiyyətin özündədir".
Muxalifet4 - 6-01-2020
Donald Tramp: "İran əsla nüvə silahına sahib ola bilməyəcək"
Ağ Ev rəsmisi Kellyanne Conway, ABŞ prezidenti Donald Trampın hələ də İran ilə nüvə sazişini müzakirə edə biləcəyinə inandığını bildirdi.
Conway, həmçinin, Trampın hədəflərində olan 52 nöqtədən bəzilərinin İran və İran mədəniyyəti üçün çox əhəmiyyətli yerlər olduğunu bildirməyinə də aydınlıq gətirdi. Conway, "Tramp, İranın mədəni baxımdan dəyərli yerlərini hədəf aldığını nəzərdə tutmamışdı. Sadəcə sual soruşurdu" dedi.
Digər tərəfdən, UNESCO verdiyi bəyanatda, ABŞ və İrana mədəni miraslara ziyan verməmək barəsində imzaladıqları razılaşmanı xatırlatdı.Muxalifet3 - 6-01-2020
General qəfil əmr verdi: Şiddətli döyüşlər başladı
Liviyada general Xəlifə Haftarın rəhbərlik etdiyi silahlılar Sirt şəhərinin mərkəzi rayonlarını ələ keçirib.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, şiddətli döyüşlərdən sonra silahlılar şəhərə daxil olub. Bölgədə strateji önəmə sahib liman və hərbi baza da Xəlifə Haftar qüvvələrinin nəzarətinə keçib.
Hazırda şəhərdə şiddətli döyüşlər davam edir. Tərəflər ağır silahlardan istifadə edir. Hər iki tərəfdən çox sayda silahlının həlak olduğu bildirilir.
Muxalifet4 - 6-01-2020