Axtarış
The search found 105849 results in 0.028 seconds.
Search results
AZƏRBAYCANLI MƏMUR YOXA ÇIXIB - Külli miqdarda pulla ölkədən qaçdığı güman olunur
Sumqayıtda “Nəqliyyat” MMC-nin rəhbəri yoxa çıxıb.
Muxalifet.az “Report”-a istinadən xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında “Nəqliyyat” MMC-nin rəsi Xannı Rüstəmovdan bir müddətdir xəbər yoxdur.
Muxalifet4 - 4-01-2020
"Vəziyyətin bu qədər acınacaqlı olduğunu ağlıma belə gətirməzdim" - ASLAN İSMAYILOV
"İran İnqilab Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ölümü ilə bağlı son 3 yazıma səhifələrimdə 11500-dən çox bəyənmə, 3500-dən çox şərh verilib. Oxuduqca dəhşətə gəldim. Vətənimizin durumunun pis olduğunu bilirdim, ancaq bu qədər acınacaqlı olduğunu ağlıma belə gətirməzdim".
Bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.
Daha sonra Aslan İsmayılov qeyd edib ki, rəy yazanlar sanki İran və Türkiyə vətəndaşlarıdırlar:
Muxalifet4 - 4-01-2020
“Milləti vətənsizliyə vərdiş etdirirlər” - İLHAM İSMAYIL
2020-ci ilə də işğalla girdik. Keçən əsrdən qalmış problemimizi, faciəmizi iyirmi ildir XXI əsrə daşımaqda davam edir və onsuz da ictimai-siyasi şüurun ümummilli səviyyəsinin aşağı olduğu vətənimizdə insanlarımız hər il daha da ümidsizləşirlər. Ümidi kim verməlidir? Qarabağı azad edəcəyimizə inamı kim ürəkdən bağırmalıdır?
Muxalifet4 - 4-01-2020
İRƏVAN NECƏ YEREVAN OLDU? - Ermənilər bu qədim türk şəhərinin keçmişini gizlədə bilmirlər... / Detallar
Ermənistan tarixi saxtalaşdırmaq cəhdlərinə baxmayaraq həqiqəti gizlədə bilmir. Xüsusilə, İrəvanın yerində Ermənistanın paytaxtı Yerevan olan, tamamilə qovulmuş yerli azərbaycanlı əhalisi ilə tamamilə dağıdılmış Azərbaycanın İrəvan şəhərinin keçmişini xatırladaq.
Muxalifet3 - 4-01-2020
İkinci İlya Putini Abxaziya və Çxinvalinin işğalını dayandırmağa çağırdı
“Bu gün hər kəsə, bir-birimizə xoşbəxtlik diləyirik. Unutmamalıyıq ki, xoşbəxtlik çox dərəcədə bizdən asılıdır. Valideynlərə hörmət uşaqlar üçün xoşbəxtlikdir, xeyir-dua almaq və uzun ömürlü olmaq üçün ata və anaya hörmət etmək lazımdır - bunu Müqəddəs Kitabda oxuduq. Yaşlılara hörmət gənclərə xoşbəxtlik gətirir. Bir-birimizi dinləməyi öyrənməliyik".
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya II Yeni il çıxışında belə deyib.
Muxalifet3 - 4-01-2020
İran məscidi üzərində qırmızı bayraq dalğalandı - QİSAS MESAJI VERİLDİ / Video
İranın Qum şəhərində Qasim Süleymaninin ölümü münasibətilə Camkaran məscidi üzərində qırmızı bayraq qaldırılıb.
Muxalifet.az bu barədə "lenta.ru"-ya istinadla bildirir.
Qırmızı bayrağın qaldırılmasında məqsəd Sülemaninin qisasının alınacağı mesajını verməkdir.
İranlı hərbçilər və məmurlar ABŞ-dan qısas alacaqlarını bəyan etdilər. Bu gün generallardan biri qisasın alınması üçün 35 hədəf seçdiklərini bildirdi. Buna qədər isə, ölkə hakimiyyəti BMT-nin baş katibinə Tehranın özünü müdafiə haqqının olduğunu bildirmişdi.
Muxalifet3 - 4-01-2020
Elmar Məmmədyarov Cavad Zəriflə telefonla danışıb
Bu gün yanvarın 4-də Azərbaycan XİN Elmar Məmmədyarov İran İR-nın XİN naziri Cavad Zərif ilə telefonla danışdı.
Muxalifet.az bildirir ki, Azərbaycan XİN məlumat yayıb. Məlumatda bildirilir ki, telefon danışığı zamanı nazirlər bölgədəki hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər."Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır. Məmmədyarov general Süleymaninin həlak olması ilə əlaqədar İran dövlətinə və xalqına başsağlığı verib ", məlumatda yazılıb.Muxalifet3 - 4-01-2020
SON DƏQİQƏ: ABŞ bazası və səfirlik bombalandı-QİSAS HÜCUMLARI BAŞLADI / Video
Bağdadda “yaşıl bölgədə” yerləşən ABŞ səfirliyinin yaxınlığına azı 2 mərmi düşüb. Hadisədən sonra bölgədə həyəcan siqnalları işə düşüb. Səfirliklərin və dövlət əhəmiyyətli binaların yerləşdiyi “yaşıl bölgə”yə giriş-çıxışlar nəzarətə götürülüb.
Muxalifet.az bildirir ki, bu barədə "Sky News Arabia" telekanalı xəbər verib.Muxalifet3 - 4-01-2020
Məsciddə namazdan sonra kütləvi dava düşdü - VİDEO
Türkiyənin Konya şəhərində məsciddə kütləvi dava baş verib.
Haber3.com-un məlumatına görə, Qarapınar rayonunda məscidə gələn ata-oğul və iki qardaş namaz qıldıqdan sonra dava ediblər.
Namaz vaxtı 64 yaşlı İsmət U. ilə 26 yaşlı oğlu Yusif U. 55 yaşlı Refik Ö. və onun böyük qardaşı Əli Ö. ilə mübahisə ediblər.
Daha sonra qardaşlar ata ilə oğlunu döyüblər.
Ətrafda olan insanlar onları ayırıb. Ata və oğulun polisə şikayətindən sonra hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Muxalifet4 - 4-01-2020
İngiltərə vətəndaşlarını İraqa səfər etməməyə çağırdı
Böyük Britaniya, İran generalı Qasım Süleymaninin öldürülməsi səbəbiylə vətəndaşlarının məcbur olmadıqca, İran və İraqa səyahət etməməyə çağırdı.
Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir.
NATO da İraqdakı təlimləri müvəqqəti olaraq dayandırdığını bəyan etdi.Türkiyə XİN də bu hücumdan sonra vətəndaşları İraqa səyahət etməməyə çağırıb.Muxalifet3 - 5-01-2020
Abşeronda avtomobil bir ailənin 4 üzvünü vuraraq xəsarət yetirdi
Abşeronda bir ailənin 4 üzvünün xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə Fatmayı qəsəbəsində qeydə alınıb.
Muxalifet4 - 5-01-2020
Azərbaycanda gənc qadınlar dəm qazından zəhərlədi, biri öldü
Sabirabad rayonunda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, Şıxsalahlı kənd sakini, 1990-cı il təvəllüdlü Xəlilova Könül Vahid qızı hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb. O, Şirvan şəhər xəstəxanasına gətirilərkən yolda vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Xaçmaz rayonunda da dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Çaykənarı kənd sakini, 1995-ci il təvəllüdlü Hacıbalayeva Gültəkin Zahid qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Muxalifet4 - 5-01-2020
ABŞ-da İranla müharibə əleyhinə aksiya - YÜZLƏRLƏ İNSAN AĞ EV QARŞISINDA ETİRAZA QALXDI
ABŞ-da yüzlərlə insan Ağ Evin qarşısında toplaşaraq İranla müharibə, habelə Birləşmiş Ştatların Yaxın Şərq siyasəti əleyhinə etiraz aksiyası keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Muxalifet4 - 5-01-2020
“BUNU ETMƏSƏNİZ, SİZİ LİVİYANIN TALEYİ GÖZLƏYİR” - Jirinovski İrana ABŞ-ın hücumlarından qorumağın yolunu göstərdi
General Qasım Süleymaninin qətlindən sonra rusiyalı siyasətçi Vladimir Jirinovski İrana "Liviya ssenarisi"nin təkrarlanmaması üçün ərazisində Rusiya bazasının yerləşdirilməsi barədə düşünməyi təklif edib.
Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya Liberal-Demokrat Partiyasının lideri öz Teleqram-kanalında yazıb.
Muxalifet4 - 5-01-2020
PUTİN SÜLEYMANİ İLƏ GÖRÜŞDƏ NƏDƏN DANIŞIB? - İranın xarici işlər naziri bu haqda açıqlama verdi
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Rusiyaya səfər etməzdən öncə Qasım Süleymani ilə məsləhətləşdiyini söyləyib.
Yerli KİV-lər xəbər verir ki, o bunu İran televiziyasına açıqlamasında bəyan edib.
“Şəhid Süleymani ilə Rusiyanın diplomatik əlaqələri kifayət dərəcədə effektli idi. Bizim sıx əməkdaşlığımız var idi, Moskvaya hər bir səfər öncəsi onunla məsləhətləşirdim.
Süleymani ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü Rusiyanın Suriyadakı əməliyyatlarda iştirakı baxımından əlamətdar idi”, - deyə Zərif bildirib.
Muxalifet4 - 5-01-2020
İraq Parlamenti ABŞ bazalarının ölkədən çıxarılmasını müzakirə etmək üçün sabah təcili toplanır
Iraq hökuməti, ABŞ hərbi kontingentinin ölkədəki fəaliyyətini məhdudlaşdırmaq qərarı qəbul etdiyini açıqladı. İraq Kürd Muxtariyyətindən (IKM) verilən açıqlamada qarışıqlıq davam edərsə, İŞİD kimi terror birliklərinin yenidən fəallaşacağı xəbərdarlığı edildi, “İraq ölkələrin qarşıdurma meydanına çevrilməməlidir” deyildi.
Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla xəbər verir.Muxalifet3 - 5-01-2020
SON DƏQİQƏ: Liviyada Haftar hərbi məktəbə hava zərbəsi endirdi
Liviyada üsyançı general Haftara bağlı əcnəbi döyüş təyyarələrinin, Tripolinin cənubundakı Əl-Hadbe bölgəsində yerləşən hərbi məktəbin tələbə yataqxanasına endirdiyi hava zərbəsi nəticəsində ilk məlumatlara görə 28 nəfər həlak oldu, 18 nəfər yaralandı.
Liviya səhiyyə nazirliyi nümayəndəsi Fevzi Uneyyis, Anadolu Ajansı muxbirinə verdiyi müsahibədə, hava zərbəsinin hərbi məktəb şagirdlərinin qaldığı yataqxananı hədəfə aldığını dedi. Ölü və yaralı sayıının arta biləcəyi ehtimalı var.
Muxalifet.azMuxalifet3 - 5-01-2020
Bakıda təcili yardım avtomobili qatarla toqquşdu - YARALILAR VAR
Bakının Xəzər rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə Qala yolu kimi tanınan ərazidə baş verib.
Xəzər rayonu 10 saylı Təcili Yardım Stansiyasına məxsus Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti avtomobili qorunmayan dəmiryol keçidindən keçib. Bu zaman yük qatarı avtomobili vurub. Təcili yardım briqadasının üzvləri ağır xəsarət alıb. Onlar hadisə şahidlərinin köməkliyi ilə 3 saylı xəstəxanaya aparılıblar.
Muxalifet4 - 5-01-2020
Təbii qazın limiti ilə bağlı “Azəriqaz”dan açıqlama - VİDEO
Son günlər sosial şəbəkələrdə və internet saytlarında təbii qazın illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün 20 qəpik müəyyənləşdirilməsi ilə bağlı məlumatlar yayılıb.
Muxalifet.az Xezerxeber.az-a istinadla xəbər verir ki, bu kimi məlumatlar geniş yayıldığından əhali arasında ajiotaj yaradıb.
Muxalifet4 - 5-01-2020
Pentaqon generalı Qasım Süleymanini öldürtməkdə Trampa haqq qazandırdı
"Hesablama budur ki, Birləşmiş Ştatlar sadəcə olaraq davamlı zorakılıqları - bazalarımızın raketlə atəşə tutulmasını, amerikan kontraktorun öldürülməsini, gəmiçiliyə yaxud dronlarımıza hücumları ciddi cavabsız qoymayacaq," deyə sabiq ABŞ hərbi komanadanı və Mərkəzi Kəfiyyat Agentliyinin (CIA) keçmiş direktoru General Deyvid Petreus Prezident Trampın uzun illər ABŞ maraqları əleyhinə planlar həyata keçirən General Qasim Süleymanini öldürtdürməsini şərh edib.
Muxalifet3 - 5-01-2020