Axtarış

The search found 105849 results in 0.096 seconds.

Search results

  1. Parlament seçkilərində iştirak edəcək partiyaların sayı 21-ə çatdı - MSK-dan AÇIQLAMA

    Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyaların sayı 21-ə çatıb.
     
    APA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.
     

    Muxalifet4 - 4-01-2020

  2. Rusiya KTMT-ni NATO-ya, AİB-ni AB-yə, özünü Avrasiya imperiyasına çevirə biləcəkmi?/ TƏHLİL

    Son 20 ildə Rusiya Federasiyası Avrasiyada bir neçə nüfuzlu əməkdaşlıq təşkilatını yaratdı və inkişaf etdirdi.

    Muxalifet3 - 4-01-2020

  3. Dünyanın gözü orada olacaq - TARİX BƏLLİ OLDU

    ABŞ-ın İraqdakı hücumu nəticəsində dünyasını dəyişən İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələri komandiri Qasim Süleymaninin cənazəsi bazar günü İranın Kirman şəhərində torpağa tapşırılacaq.
    Muxalifet.az "Milliyet"ə istinadla xəbər verir ki, bu barədə İranda Mühafizəkarlarla yaxınlığı ilə tanınan "Mashregh.news" saytına Süleymaninin ailəsi yazılı açıqlama verib. 
    Ailənin açıqlamasında bildirilib ki, ilk öncə İraqın paytaxtı Bağdadda İran komandirinin dəfndən öncə ilk mərasim baş tutacaq.

    Muxalifet3 - 4-01-2020

  4. Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib

    Nyu-Yorkun qubernatoru Endrü Kuomo Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” xüsusi hərbi birləşməsinin komandiri general-mayor Qasım Süleymaninin öldürülməsi fonunda bütün ştat ərazisində təhlükəsizlik tədbirlərini gücləndirmək barədə göstəriş verib.
    Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kuomo özünün “Twitter”dəki səhifəsində yazıb.

    Muxalifet3 - 4-01-2020

  5. ABŞ-dan İrana daha bir ZƏRBƏ - Həşdi Şabi komandirləri öldürüldü

    İraqın paytaxtı Bağdadda İranın dəstəklədiyi Həşdi Şabi təşkilatının komandirlərini daşıyan hərbi konvoya hava hücumu təşkil edilib.
    Bəzi yerli mətbuat orqanları tərəfindən verilən xəbərlərə görə hücum ABŞ tərəfindən təşkil edilib və Həşdi Şabi təşkilatına bağlı olan Xətaib İmam Əli Birliyinin komandirləri vurulan komvoyda olub.
    Hadisəylə bağlı "Reuters"-in verdiyi məlumata görə komvoyda olan 6 nəfər həyatını itirib.

    Muxalifet3 - 4-01-2020

  6. İranlı general Süleymaninin öldürülməsində Xameneyinin əli olub - ŞOK İDDİA

    Xəbər verdiyimiz kimi, İranlı general Qasım Süleymani ABŞ tərəfindən İraqda həyata keçirilən hava zərbələri nəticəsində qətlə yetirilib.
    Muxalifet.az
    bildirir ki, İranlı politoloq Kərim Əsgəri İnqilab Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymaninin öldürülməsi hadisəsini Eurasia Diary-ə şərh edib.

    Muxalifet3 - 4-01-2020

  7. Suriyalılar Süleymaninin öldürülməsini bayram edib - Küçələrdə şirniyyat paylayıblar... - VİDEO

    İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin  Amerikanın hava qüvvələri tərəfindən öldürülməsinə sevinən suriyalılar yanvarın 3-də ölkənin müxtəlif şəhərlərində əhali arasında şirniyyat paylayıblar.

    Muxalifet3 - 4-01-2020

  8. "Qasım Süleymani Azərbaycanla bağlı kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsinə cəhd edib" - KEÇMİŞ KOMANDAN AÇIQLADI

    "Azərbaycanın düşməni Qasım Süleymaninin ölümü ölkəmizin hüquq-mühafizə orqanları üçün çoxlu ip ucları verdi. O hələ 1990-cı illərdən Azərbaycanla xüsusi maraqlamış və döyüş bölgələrindən kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsini təşkil etməyə cəhd etmişdir". 

    Muxalifet.az demokrat.az-a istinadən xəbər verir ki, belə bir sensasiyalı açıqlama ilə Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev çıxış edib. 

    Muxalifet4 - 4-01-2020

  9. ŞOK: Türkiyə daxil, 7 ölkə müharibəyə girir - Ankaradakı nüvə silahları və Yaxın Şərqdəki əl bombası...

    "Hücum sadəcə İrana deyil, Rusiya və Çinə də bir mesaj idi”.

    Bu sözləri Türkiyənin İstinyə Universitetinin Sosial Elmlər İnstitutunun professoru Fəxri Erenel deyib.

    Muxalifet4 - 4-01-2020

  10. “Liviyaya ordu göndərməkdənsə, qardaş Azərbaycanın torpaqlarını xilas edək” - TÜRK MİLLƏT VƏKİLİ

    Türkiyənin Böyük Millət Məclisinin üzvü, İYİ Partiyadan olan millət vəkili Altun Çıray ölkəsinin Liviyaya hərbçi göndərməsi qərarının müzakirə edildiyi iclasdakı çıxışı zamanı deyib:

    Muxalifet4 - 4-01-2020

  11. ​ADP-nin namizədi imza kampaniyasını uğurla başa çatdırıb – DAŞQIN NURİYEVİN ŞANSI YÜKSƏK QİYMƏTLƏNİDİRİLİR

    Azərbaycan Demokrat Partiyasının (ADP) deputatlığa namizədlərindən biri – Nuriyev Daşqın Ağarza oğlu imzatoplama kampaniyasını uğurla başa çatdırıb.
    Muxalifet.az
    xəbər verir ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyi irəli sürülən Daşqın Nuriyevin Seçki qərargahının üzvləri qısa müddətdə 500-ə yaxın imza toplayıblar.

    Muxalifet4 - 4-01-2020

  12. "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcəyik” - Süleymaninin qətlinə görə Paşinyanın ABŞ-ı təbrik etməsinə İrandan CAVAB

    Bu gün erməni jurnalist Diana Arutunyan öz Feysbuk səhifəsində şok məlumat yayıb.

    Muxalifet.az metbuat.az-a istinadən xəbər verir ki, jurnalistin yazdığına görə, Ermənistan Baş naziri Nikol Paşinyan əfsanəvi general, Qüds briqadasının komandanı Qasım Süleymaninin qətlə yetirilməsi münasibətilə ABŞ Prezidenti Donald Trampı təbrik edib.

    Cümə axşamı ABŞ-ın İrəvandakı səfirliyi Ermənistanın Baş naziri Nikol Paşinyandan rəsmi təbrik qəbul edib. Paşinyan təbrikində terrorla bundan sonrakı mübarizədə uğurlar arzu edib.

    Muxalifet4 - 4-01-2020

  13. TÜRKİYƏDƏN SAVAŞ AÇIQLAMASI - “Bölgədə baş verən hadisələrdən ciddi narahatıq”

    Türkiyə hökuməti son günlər bölgədə baş verən hadisələrdən ciddi narahatdır.

    Bu, Türkiyə Xarici İşlər Nazirliyinin məlum hadisələrlə bağlı açıqlamasında ifadə olunub.

    Qeyd edilib ki, xüsusilə İraq ərazisindəki hadisələrin münaqişə vəziyyətinə səbəb olması bu ölkə ilə yanaşı, bölgədə də sülhə və sabitliyə ciddi təhlükədir. Bu səbəbdən bütün tərəflər sağlam fikirlə hərəkət etməli, bölgədə sülhə və sabitliyə təhlükə yaradan birtərəfli addımlardan qaçmalı, diplomatik davranışa üstünlük verməlidirlər./azərtac/

    Muxalifet4 - 4-01-2020

  14. NATO Rusiya üzərinə hücumun böyük məşqinə hazırlaşır - ŞƏRQƏ DOĞRU MARŞ!

    Bu yaxınlarda NATO-nun gərgin London sammiti keçirildi. Sammit öncəsi Fransa prezidenti “The Economist” jurnalına verdiyi müsahibədə bildirmişdi ki, alyans “beyin ölümü” keçirir.

    Muxalifet4 - 4-01-2020

  15. Trampa İranla müharibə etməyə qadağa qoyula bilər - QƏTNAMƏ HAZIRLANDI

    ABŞ-da Demokrat Partiyasından olan senator Tim Keyn ölkə Prezidenti Donald Trampla bağlı qətnamə təqdim edib. Belə ki, sənəd qəbul ediləcəyi təqdirdə, ABŞ liderinə Konqresin razılığı olmadan İranla müharibəyə başlamaq qadağan ediləcək.

    Bu barədə “The Hill” nəşri yazır.

    “Bir neçə il ərzində mən narahat idim ki, Prezident İranla müharibəyə başlaya bilər. İndi isə nə qədər ki, Tramp bizim hərbçilər üçün daha da böyük başağrısı fikirləşməyib, Konqresin məsələyə qarışmalı olduğu həddə çatmışıq”, - deyə Keyn vurğulayıb.

    Muxalifet4 - 4-01-2020

  16. Türkmənistanda Yeni il gecəsi: prezident oxuyur və diceylik edir - VİDEO

    Türkmənistanda 2020-ci ilin gəlişi münasibətilə ölkənin aparıcı mədəniyyət-incəsənət xadimlərinin, hökumət üzvlərinin və digərlərinin iştirakı ilə böyük Yeni il konsert-ziyafəti təşkil edilib.

    Muxalifet4 - 4-01-2020

  17. Bakıda 3,2 milyon manatlıq dələduzluq edən şirkət rəhbərinin iddiası təmin edilmədi - QƏRAR

    Bakı Apellyasiya Məhkəməsində "İdeal-V” tikinti şirkətinin dələduzluqda təqsirləndirilən direktoru Çingiz Məmmədov, şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovun barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    "Report" xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

    Muxalifet4 - 4-01-2020

  18. "Tramp dedi ki, Putin ABŞ-ı məhv edə biləcək yeganə insandır" - ŞOK AÇIQLAMA

    ABŞ Prezidenti Donald Tramp 2017-ci ildə Pentaqonun Kəşfiyyat İdarəsinin direktoru Maykl Flinni və Ağ Evin yüksək vəzifəli əməkdaşlarını Rusiya lideri Vladimir Putinin zəngi barədə ona məlumat vermədikləri üçün danlayıb.

    RİA Novosti-nin məlumatına əsasən, bu barədə Piter Berqenin “Tramp və onun generalları: xaosun dəyəri” adlı yeni kitabında bəhs olunur.

    Muxalifet4 - 4-01-2020

  19. "285 nəfərin deputatlığa namizədliyi qeydə alınıb” - MSK-dan AÇIQLAMA

    Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2226 nəfər müraciət edib.

    APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

    MSK sədri deyib ki, namizədlərin 461 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: “16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

    Muxalifet4 - 4-01-2020

  20. Ərdoğan Azərbaycanla bağlı sənədi təsdiqlədi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının protokolunu təsdiqləyib.

    Virtualaz.org bildirir ki, bu barədə Türkiyənin “Resmi qazete”si məlumat yayıb.

    Bildirilir ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası 2019-cu il sentyabrın 16-da Bakıda keçirilib.

    Muxalifet4 - 4-01-2020

Pages