ŞOK İDDİA: ABŞ İranı bu raketlərlə vuracaq

Baxış sayı:
1683

Tehran və Vaşinqton arasında iranlı general Qasım Süleymaninin öldürülməsi ilə yaranan gərginlik Yaxın Şərqdə müharibəyə çevrilərsə, İngiltərə nüvə sualtı qayıqlarından raketlərlə İranı vurmağa hazırdır.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “San” nəşri Britaniya ordusundakı mənbələrinə istinadla məlumat yayıb. Nəşrin yazdığına görə, İngiltərə İrana ilk hücum edən tərəf olmaq istəməsə də, ABŞ-a dəstək verməyə hazırdır.

Potensial hərbi əməliyyata “Tomahavk” raketləri ilə təchiz edilmiş sualtı qayıqların qatıla biləcəyi qeyd edilib.

Sözügedən təklifin Britaniyanın Baş naziri Boris Consona tətildən qayıtdıqdan sonra təqdim ediləcəyi bildirilib.