Axtarış

The search found 105849 results in 0.027 seconds.

Search results

  1. Azərbaycanda ev sahibləri bir neçə gün sonra kütləvi şəkildə cərimələnəcək? - İCBARİ SIĞORTADAN YAYINMA CƏZASI İŞƏ DÜŞÜR

    Paytaxt Bakıda və digər yaşayış məntəqələrində daşınmaz əmlaka sahib olanlar bir neçə gün sonra kütləvi şəkildə cərimələnə bilər. Virtualaz.org qeyd edir ki, buna əsas yaradan səbəb daşınmaz əmlakın icbari sığortası barədə qanuna edilən və yanvarın 1-dən qüvvəyə minən düzəlişdir.

    Muxalifet4 - 6-01-2020

  2. Keçmiş nazirin deputatlığa namizəd oğlu ilə bağlı ŞOK İDDİALAR / Foto

    Keçmiş Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu, 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalovun Türkiyədə biznesi üzə çıxıb. 

    Bu barədə araşdırmaçı jurnalist Hafiz Babalı məlumat yayıb. Jurnalist Türkiyədəki kommersiya reyestrinin aktual məlumatlarına istinad edərək yazır ki, Rəşad Camalov aktiv biznes fəaliyyətilə məşğul olur. “Rəşad Camalov 2005-ci ildə İstanbulda qurulan Olimpik Lojistik Turizm de Dış Ticaret Limited şirkətinin sahibi və iki direktorundan biridir.

    Muxalifet4 - 6-01-2020

  3. Dünyanı silkələyəcək dəhşətli savaşa doğru - Çin bu müsəlman ölkəsinə ordu yeridir

    ABŞ İraqın təzyiqinə davam gətirə bilmək üçün Çinlə sıx əməkdaşlıq edə bilər. Mütəxəssislər, İraqın Baş naziri Adil Əbdülmehdi və Çinin Bağdaddakı səfiri Zhanq Tao ilə baş tutan görüşün nəticəsinə əsasən belə qənaətə gəlib.

    "Anadolu" agentliyinin məlumatına görə, hökumət başçısı görüş zamanı bildirib:

    “ABŞ İŞİD-lə mübarizədə səy göstərdi. Lakin İraqın mübarizə meydanı olmasını istəmirik. ABŞ İraq hökumətinin qərarı ilə buradadır və çəkilməsi barədə qərarı da İraq hökuməti verdi”.

    Muxalifet4 - 6-01-2020

  4. Bakıdakı amerikalılara xəbərdarlıq - "EHTİYAT TƏDBİRLƏRİ GÖRÜN..."

    ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb. 

    Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə səfirliyin saytında bildirilib.

    “Yaxın Şərqdə gərginlik artır, bu, xaricdəki ABŞ vətəndaşları üçün təhlükə yarada bilər. Bu səbəbdən səfirliyin personalı səfərləri minimuma endirmək barədə göstəriş alıb”, - səfirliyin saytında bildirilib.

    Muxalifet4 - 6-01-2020

  5. SOVET DÖVLƏTİ 100 MİNDƏN ÇOX AZƏRBAYCANLINI ÖLDÜRÜB - ABŞ Kəşfiyyatı arxivləri açdı

    Azərbaycanda Sovet hökumətinə qarşı 1925-ci ilə kimi olan üsyanlara cavab olaraq 100 min Azərbaycan türkü ya öldürülüb, yaxud deportasiya olunub. 1930-cu illərdə həyata keçirilən repressiyalarda Qafqazda 422 min adam (əsasən intelligensiya) ya edam edilib, yaxud sürgün olunub”.
    Muxalifet.az xəbər verir ki, bu faktlar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin arxivlərində yer alıb. Sözügedən arxivlərdəki məlumatları tarixçi professor Altay Göyüşov ictimaiyyətə təqdim edib.

    Muxalifet3 - 6-01-2020

  6. “Süleymaninin əli on minlərlə türkün qanına batıb” - RAUF MİRQƏDİROV

    İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds” qanadının komandanı general Qasım Süleymaninin amerikalılar tərəfindən öldürülməsi son günlər dünya və Azərbaycan gündəminin əsas müzakirə mövzusuna çevrilib. Üstəlik, Azərbaycan cəmiyyəti Süleymaniyə münasibətdə bir neçə cəbhədə ayrılıb və az qala, silah götürüb bir-birləri ilə vuruşacaqlar.

    Muxalifet.az xəbər verir ki, baş verənlərlə bağlı politoloq Rauf Mirqədirov ayna.az-a müsahibəsində münasibət bildirib:

    Muxalifet4 - 6-01-2020

  7. "Yaralananda evə şəhid xəbərim getmişdi" - Bədənində 300-dən çox qəlpə olan hərbçimiz - VİDEO

    Vətən uğrunda canlarından keçmiş şəhidləri, eləcə də döyüşlərdə qəhrəmanlıq göstərmiş qaziləri unutmaq mümkün deyil.

    Bu amalla şəhidlərimizi anır, qazilərimizlə görüşür, onların fikirlərini ictimaiyyətə çatdırırıq.

    Həmsöhbətimiz Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi, ehtiyatda olan gizir Natiq Mehdiyevdir.

    O, 2015-ci ildə aprel ayının 21-dən 22-nə keçən gecə tapşırıq zamanı yaralanıb. Daha ətraflı isə onun öz dilindən eşidək.

    Muxalifet4 - 6-01-2020

  8. ABŞ İranın 52-nə 290-la cavab verdi - ŞOK

    İran prezidenti Həsən Ruhani amerikalı həmkarı Donald Trampın təhdidlərinə cavab verib.

    Publika.az-ın məlumatına görə, o bildirib:

    “İran millətini əsla təhdid etməyin.52 rəqəminə işarə edənlər 290 sayını düşünməsi daha yaxşı olar.”

    Qeyd edək ki, Tramp Tehranın hücum edəcəyi təqdirdə, İrana məxsus 52 hədəfin vurulacağını bildirmişdi. 52 rəqəmi 1979-cu ildə ABŞ-ın Tehran səfirliyindəki 52 əməkdaşının girov götürülməsinə, 290 rəqəmi isə amerikalı hərbçilər tərəfindən 1988-ci ildə vurulan İran təyyarəsindəki sərnişinlərin sayına işarədir.

    Muxalifet4 - 6-01-2020

  9. “İnşallah” sözü Almaniyada lüğətə daxil edildi

    Müsəlmanların gündəlik həyatda tez-tez işlətdiyi "inşallah" sözü Almaniyada əsas lüğət kimi qəbul olunan "Duden"ə daxil edilib.

    "Anadolu" agentliyi xəbər verir ki, "Duden"in internet saytında "inşallah" sözünün almancası "inschallah" olaraq qeyd olunub. Sözün mənası isə "Allah istəyərsə" kimi tərcümə olunub.

    Bundan başqa, sözün ərəb mənşəli olduğu və müsəlmanlar tərəfindən tez-tez işlədildiyi qeyd edilib. "İnşallah" sözünün yeni çap olunacaq "Duden" lüğətinə daxil edilib-edilməyəcəyi ilə bağlı isə hələ məlumat verilməyib.

    Muxalifet4 - 6-01-2020

  10. Azərbaycanlı siyasi mühacir Polşada saxlanıldı - BAKIYA DEPORT OLUNACAQ

    Azərbaycanlı siyasi mühacir Daşqın Ağalarov bu gün Polşanın Qdansk şəhərində aeroportda saxlanılıb.

    Ona məlumat verilib ki, saxlanma İnterpolun sorğusu əsasında aparılıb və onu Azərbaycana deportasiya edəcəklər. Bu barədə digər siyasi məhbus, jurnalist Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva Facebook səhifəsində yazıb.

    O, Beynəlxalq hüquq-müdafiə təşkilatlarını buna imkan verməməyə çağırıb.

    Daşqın Ağalarov mühacir telekanalı “Turan TV” ilə əməkdaşlıq edir. Əsasən Tbilisidə yaşayıb, digər siyasi mühacirlərə dəstəkləyib./Turan

    Muxalifet4 - 6-01-2020

  11. Bir bilet aldı, külli miqdarda uduş düşdü, amma... - BİLETİNİ BU SƏBƏBDƏN YANDIRDI / Video

    Türkiyədə yaşayan 27 yaşlı şəxs davranışı ilə hər kəsi təəccübləndirib.

    Publika.az yerli mənbələrə istinadən xəbər verir ki, o, 20 min lirə uduş düşən biletini yandırıb. Maddi cəhətdən çətinlikləri olan türkiyəli bildirib ki, biletə düşən uduş haramdır. Bu üzdən o puldan imtina edib.

    1 uşaq atası olan şəxs bildirib ki, əslində o bilet almaq niyyətində olmayıb. Lakin yeni il günü mağazadakı satıcı ondan israrla bilet almasını istəyib. Türkiyəli, satıcının sözünü yerə salmamaq üçün bileti alıb.

    Muxalifet4 - 6-01-2020

  12. Rusiya ABŞ-ı dəstəkləyən bəyənatı blokladı

    Rəsmi Moskva BMT Təhlükəsizlik Şurasının ABŞ-ın İraqdakı səfirliyinə hücumun pislənilməsi üzrə bəyanatını bloklayıb.

    "Yeni Sabah" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi bildirib.

    Muxalifet4 - 7-01-2020

  13. Tutuquşu polisə zəng vurub, kömək istədi - VİDEO

    ABŞ-ın Florida ştatında qadın qonşuluqdakı tutuquşuna kömək məqsədilə polisə zəng vurub. Palm-Biç rayonunun sakini quşun dəfələrlə “buraxın məni” dediyini eşidib.
    Bizimyol.info xəbər verir ki, polis hadisə yerinə gəlib. Ev sahibinin həyətdə avtomobilini təmir etdiyini görüb. İçəri daxil olanda isə tutuquşunun qaydasında olduqlarını görüblər. Ev sahibi bildirib ki, Rembo çoxdandır bu ifadəni öyrənib. Tutuquşu hər imkan düşdükcə kimisə köməyə çağırır.

    Muxalifet4 - 7-01-2020

  14. Rusiyalı jurnalist Gürcüstandan siyasi sığınacaq istəyir

    Yekaterinburqdan olan jurnalist Yuri İzotov siyasi sığınacaq üçün Gürcüstan hakimiyyətinə müraciət edib.

    Muxalifet.az xəbər verir ki, bu barədə "Кrım.realii" məlumat yayıb.

    Sayta müsahibəsində jurnalist Rusiyadakı cinayət araşdırmalarından qorxduğunu deyib.

    Muxalifet4 - 7-01-2020

  15. Neftin qiyməti böyük sıçrayışla artır

    İranın hərbi komandanlarından Qasım Süleymaninin ABŞ hava zərbəsi ilə öldürülməsinin ardınca neftin qiyməti sıçrayışla artaraq, son dörd ayda ilk dəfə bir barrel üçün 70 dollardan yuxarı yüksəlib.

    "Guardian" yazır ki, bu, ilk növbədə İranın Süleymaninin öldürülməsinə mümkün cavab hərəkətləri ilə bağlıdır.

    Qəzet yazır ki, Süleymaninin öldürülməsi Asiya, ABŞ və Avropada birjaları silkələyib və neftin qiyməti sentyabrdan bəri ən yüksək həddinə çatıb.

    İran Süleymaninin öldürülməsinə görə qisas alacağını bəyan edib.

    Muxalifet4 - 7-01-2020

  16. ​"Süleymani terrorçu qruplara lojistik və hərbi dəstək verən qurumun başındaydı" - GÜNEYLİ FƏAL

    Güneyli fəal Manas Çamlı "Amerikanın Səsi" ilə söhbətdə keçən noyabr ayında baş qaldıran xalq etirazları ardından İranda ortaya çıxan siyasi atmosfer və qarşıdan gələn parlament seçkiləri haqqında danışıb.
    Siyasi fəal həmçinin, İranın elitar Qüds Korpusunun komandanı Qasim Süleymaninin yanvarın 3-də Bağdad beynəlxalq hava limanında Amerikanın hava zərbəsi nəticəsində öldürülməsi hadisəsini dəyərləndirib.

    Muxalifet4 - 7-01-2020

  17. Rusiya İranın nüvə sazişindən çıxmasına haqq qazandırdı: "Heç bir təhlükə yoxdur"

    Rusiya XİN, İranın nüvə sazişindəki bütün öhdəliklərinidən imtina etməsinin heç bir təhlükə yaratmadığını söylədi.
    Muxalifet.az 
    bu barədə "Hurriyet"ə istinadla bildirir.
    Nazirlikdən edilən yazılı açıqlamada, İran hökumətinin nüvə sazişindəki bütün öhdəliklərdən geri çəkilmə qərarı nəzərdən keçirildi.

    Muxalifet3 - 7-01-2020

  18. SON DƏQİQƏ - Mark Esper: "ABŞ qoşunları İraqdan çıxmayacaq"

    İraqın Baş naziri Adil Abdulmehdi ABŞ-ın Bağdaddakı səfiri Metyu Tuellerə Parlamentin ölkədəki xarici güclərin geri çəkilməsi barədə qərarını verdi. Digər tərəfdən, ABŞ Müdafiə Naziri Esper sosial mediada "İraqdan çəkilmirik; çəkilmək planlarımız yoxdur" deyərək, İraqdan çəkiləcəyi ilə bağlı məktubu təkzib etdi.
    İraq hökumətinin yazılı açıqlamasına görə, Baş nazir Abdulmehdi səfir Tuelleri paytaxt Bağdaddakı ofisində qəbul etdi. Cari məsələlər və İraq hökumətinin mövqeyi müzakirə edildi.

    Muxalifet3 - 7-01-2020

  19. SON DƏQİQƏ: ABŞ müttəfiqi Səudiyyə Ərəbistanı 8 ərəb ölkəsindən ibarət yeni birlik yaratdı-İrana ya Türkiyəyə qarşımı?

    Səudiyyə Ərəbistanının "Əl-İhbariyye" kanalının xəbərinə görə, Qırmızı dəniz və Ədən körfəzi ölkələri; Səudiyyə Ərəbistanı, Sudan, Cibuti, Somali, Eritreya, Misir, Yəmən və İordaniya xarici işlər nazirləri Ər-Riyadda görüşdü və "Qırmızı dəniz və Ədən körfəzindəki Ərəb və Afrika ölkələri Şurası" nın təsis müqaviləsinin imzalandığını elan etdi.

    Muxalifet3 - 7-01-2020

  20. Qazaxıstan hava məkanını ABŞ üçün açıq ELAN ETDİ

    Qazaxıstan və ABŞ "açıq səma" prinsipləri əsasında hava əlaqəsi barədə müqavilə imzalayıb.
    Muxalifet.az ENA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsinin Mətbuat xidmətindən bildirilib.
    Müqaviləyə əsasən, tərəflər daşıyıcıların sayına, təyinat nöqtələrinə və tezliklərə məhdudiyyət qoyulmadan, o cümlədən hava azadlığının beşinci dərəcəsi ilə uçuşlar həyata keçirə bilər.

    Muxalifet3 - 7-01-2020

Pages