Makronla Ərdoğan Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər

Baxış sayı:
2095

Fransanın Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.
Muxalifet.az xəbər verir ki, bu məlumatı Fransa prezidentinin mətbuat xidməti yayıb.
Məlumata görə, iki lider İraqdakı məlum hadisələrdən sonra Yaxış Şərqdə gərginliyin artması ilə bağlı narahatlıqlarını ifadə edib, həmçinin təhlükəli eskalasiyadan qaçmağın labüd olduğunu qeyd ediblər.
Makron İŞİD-lə mübarizənin prioritet təşkil etdiyini və Fransanın beynəlxalq koalisiyaya tam sadiq olduğunu qeyd edib.
Fransa prezidenti, həmçinin, Liviya böhranının hərbi yolla həll edilməsinə qarşı olduğunu da vurğulayıb.
Muxalifet.az