Acun özündən 30 yaş kiçik sevgilisini verilişə dəvət etdi - FOTOLAR

Baxış sayı:
3076

Bir müddətdir Çağla Ayça Altunkaya ilə sevgili olduğu deyilən "TV8" kanalının sahibi, məşhur prodüser Acun İlıcalı artıq bu eşqi gizləməmək qərarına gəlib. 

"Yeni Sabah" xəbər verir ki, Acun sevgilisini "O Ses Türkiye" verilişinin yeni il üçün hazırlanan xüsusi buraxılışına dəvət edib. Səhnədə romantik musiqilər səsləndirilərkən kameraların tamaşaçılar arasında əyləşən Çağlaya tez-tez fokuslanması isə Acunun sevgilisinə jesti kimi qiymətləndirilib.

Xatırladaq ki, qızı Melisanın anası Şeyma Subaşından boşandıqdan sonra Acunun adı bir neçə gözəllə hallanıb. Onun model Itır Esen ilə eşq yaşadığı iddia olunsa da, bu xəbərlər öz təsdiqini tapmayıb. Acun ötən ilin yayında özündən 30 yaş kiçik olan Çağla Ayça Altunkaya ilə Çeşmə tətilində ikən kameralara tuş gəlib.