ZƏLZƏLƏDƏN ZƏRƏR ÇƏKƏN SAKİNLƏRƏ AYRILAN PULLARLA YERLİ MƏMURLAR VİLLALARINI TƏMİR ETDİRDİLƏR - Ağsu sakinlərindən ölkə rəhbərliyinə sensasion müraciət / FOTOLAR

Baxış sayı:
1750

Ağsu rayonu, Kalva kəndində yaşayan Hacıyev Asəf Ağasan oğlu, Hacıyeva Gülsənəm Qaçay qızı və Ağəliyeva Gülurə Ağasan qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Baş prokuror Zakir Qaralova, Daxili İşlər naziri Vilayət Eyvazova, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən sakinlər qeyd edirlər ki, Ağsuda baş verən zəlzələ nəticəsində dövlət tərəfindən ayrılan vəsait evləri tam yararsız vəziyyətə düşən sakinlərə deyil, yerli məmurlar qohum-qardaşlarına verilib:
"Biz Ağsu rayonun Kalva kənd sakinləri, ömrümüz boyu bu kənddə yaşamışıq. 2018-ci ildə baş vermiş məlum zəlzələ zamanı kəndimizdə əsasən köhnədən tikilmiş evlərin divarlarında iri çatlar əmələ gəlmiş, pol sınmış, binövrə daşları uçub daxilə tökülmüş, yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. 
Məsələn, mən Hacıyeva Gülsənəmin evi 1946-cı ildə sementsiz, torpaq və taxta materialı istifadə edilməklə daş hörgüsü ilə tikilmişdir. Ona görə evimizin dörd tərəfindən çatlar əmələ gəlmiş və yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür.
Mən, Hacıyev Asəfin evinin zirzəmisində kürsü daşları uçaraq daxilə tökülmüşdür, sanki ev havada qalmışdır. Divarda çoxsaylı çatlar əmələ gəlmişdir.

Mən, Ağəliyeva Gülurənin evinin divarları pəncərə və giriş qapısı istiqamətində çatlar əmələ gəlmiş, döşəmə sınıb-sökülüb zirzəmiyə düşmüşdür.
Evlərimiz qəzalı vəziyyətdə olduğundan, uşaqlarla birlikdə qorxa-qorxa yaşayırıq. Dəfələrlə kənd və rayon rəhbərliyinə məsələnin həlli üçün xahişlər etsək də 1 ildən çoxdur ki, gəlib yerində maraqlanan yoxdur. Cavab verirlər ki, siyahıda adınız var, təmir olunacaq. Lakin heç kim gəlmir, maraqlanmır. Amma eyni zamanda görürük ki, Kalva kənd icra nümayəndəsi Qədirov Cavid, müavini Əfəndiyev Vüqar, Ağsu rayon İcra Hakimiyyəti Aparatının işçisi olan İzay İnayətov əvvəlcə özlərinə məxsus topdağıtmaz kiçik villalarını təmir etdirdikdən sonra, Cavid Qədirov özünə yaxın adamların – dədəsi Qədirov Əlistanın, əmisi Qədirov Talıstanın, qudası Niştayev Əhsanın, digər qudası Hilala təzə tikilib təmir olunan  evlərini ehtiyac olmadığı halda yenidən dövlət vəsaiti ayırıb, təmir etdirir. Hətta iş o yerə çatıb ki, yerli məmurlar yalnız özlərinə və qohum əqrəbalarına aid evləri təmir etdirməklə yanaşı, Cavidin dostu olan Əjdərin də evini əsaslı təmir etməklə yanaşı, həyətində yeni bir irihəcmli talvar da tikdirib. 

Hesab edirk ki, yerli dövlət məmurlarının bu hərəkəti iqtisadi əxlaqsızlığın son həddidir. Qəzalı vəziyyətə düşən kasıb sakinlərin evlərinin bərpası üçün dövlətimiz tərəfindən ayrılan külli-miqdarda vəsait kənd icra nümayəndəsi Cavid və qohum-əqrəbaları arasında pay-mal edilib talan edilmişdir. Nəticədə yerli məmurların özbaşnalığı biz sadə insanları dövlətdən məqsədli şəkildə narazı salırlar. 
Odur ki, cənab Prezident, Sizdən çox xahiş edirk ki, bizim kəndimizdə özlərini ramiz tatarovlar, nizaməddinlər kimi aparan korrupsiyalaşmış məmurlar barəsində aidiyyatı orqanlara dərhal tədbir görülməsi və bizim yaşaması mümkün olmayan evlərimizə FHN-nin komissiyasının baxış keçirib təmir olunması üçün vəsait ayrılmasına göstəriş verəsiniz".


Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxlərin və qurumların mövqeyini dərc etməyə hazırıq.