Axtarış
The search found 105733 results in 0.095 seconds.
Search results
BÜTÜN SİYASİ MƏHBUSLAR AZAD OLUNUR - Axundzadə göstəriş verdi
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” qruplaşmasının lideri Heybətulla Axundzadə həbsxanalardakı bütün siyasi məhbusların azad edilməsi ilə bağlı göstəriş verib.
“RİA Novosti” xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Kari Yusif Əhmədi məlumat verib.
“Əyalətlərin qubernatorları bütün siyasi məhbusları sözsüz azad edəcəklər və sabah onları ailələrinə verəcəklər”, - o əlavə edib.
Muxalifet2 - 19-08-2021
""Taliban"la əməkdaşlığa hazırıq" - ƏRDOĞAN
“Hakimiyyətdə kim olursa olsun, yaxşı və pis vaxtlarda Əfqanıstanın yanında olmaq öhdəliyimizin və qardaşlığımızın tələbidir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, Türkiyə “Taliban”la əməkdaşlığa açıqdır:
Muxalifet2 - 19-08-2021
Bakıda arvadını öldürən hakimin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Report"un məlumatına görə, işə hakim Telman Hüseynovun sədrliyi ilə baxılıb.
Hazırlıq iclası zərərçəkmiş tərəfin hüquqi varisi olmadan keçirilib.
Prosesdə Fəqan Əhmədovun anket məlumatları dəqiqləşdirilib.
Muxalifet2 - 19-08-2021
Azərbaycanda əhalinin 66 faizi vaksinasiya olunub - RƏSMİ
Azərbaycanda koronavirusla bağlı vaksinasiya olunan əhalininin sayı 66 %, olunmayanlar isə 34 % təşkil edir.
"Koronavirusinfo.az" saytı xəbər verir ki, yoluxanların ölkə üzrə statsitikasına görə, 54,8 % Bakı, 13 % Abşeron, 11,7 % Aran, 6,9 % Gəncə-Qazax, 3,1 % Quba-Xaçmaz, 3,9 % Şəki-Zaqatala, 2,5 % Lənkəran, 2,3 % Dağlıq Şirvan, 1,3 % Yuxarı Qarabağ, 0,5 % ölkə xarici, 0,08 % isə Naxçıvan üzrə qeydə alınıb.
Bakı şəhərində yoluxanlar şəxslərin 14,6 %-i Binəqədi, 13,5 %-i Xətai, 12,1 %-i Yasamal, 11,3 %-i Sabunçu rayonlarında qeydə alınıb.
Muxalifet2 - 19-08-2021
İRAN ÜÇÜN “TALİBAN” DİLEMMASI - Tehran Əfqanıstanın yeni hakimiyyəti ilə nə edəcək?
İran son illər keçmiş düşməni "Taliban"-la işlək münasibətlər qurub və hazırda bu islamçı qruplaşmanın Əfqanıstanda hakimiyyətə keçməsini diqqətlə izləyir. Qaçqın axını, mümkün sabitsizlik, terrorçuların qonşu ölkədə özünə daimi yer eləməsi Tehranı ənidşələndirən məsələlərdir.
"Azad Avropa" radiosunun əməkdaşı Gülnaz İsfəndiyari İran rəsmilərinin məsələni ehtiyatla götür-qoy etdiyini yazır. Son illər qruplaşma təmsilçilərinə yer belə ayırmış Tehran, hələlik, qruplaşma ilə açıq kontakta keçməyib.
Muxalifet2 - 19-08-2021
"ABŞ Çin-Rusiya tandemini "əfqan bataqlığının" dərinliklərinə çəkməyə çalışacaq" - ƏRƏSTUN ORUCLU
"Əfqanıstandakı litium və digər torpaq metallar ehtiyatları 1 trilyon dollar qiymətləndirilir ki, bu ölkə uğrunda savaşın da başlıca səbəblərindən biri elə budur"
Muxalifet2 - 19-08-2021
OPERATİV QƏRARGAH BRİFİNQ KEÇİRİR - Hansı qərarlar açıqlanacaq? / CANLI YAYIM
Nazirlər Kabineti yanında operativ qərargahın brifinqi keçirilir. Brifinqdə koronavirusla bağlı ölkədəki son vəziyyət açıqlanır.
Mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev iştirak edir.
Muxalifet2 - 20-08-2021
"Valideynlərin peyvəndlənməsi tələbi qoyulmayıb, amma..." - Məktəblərin açılması ilə bağlı RƏSMİ CAVAB
“Saxta COVID pasportu alanlarla bağlı… Hələ də başa düşə bilmirəm ki, bu, necə ola bilər?!”
Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün keçirilən brifinqdə bildirib.
“Bizə sual versinlər ki, nəyə görə peyvəndə inanmırıq?! Sadəcə inanmadıqlarını deyirlər. Hamı yorulub, hamı da istəyir ki, mümkün qədər bu məsələdən tez qurtarsın”.
Muxalifet2 - 20-08-2021
"BU HALDA MƏHDUDLAŞDIRMALARA GEDİLƏCƏK" - Prezidentin köməkçisi açıqladı
“Operativ qərargahın bu günə olan məlumatına görə, vəziyyət nəzarət alında saxlanılır. Hər hansı bir məhdudiyyətə, sərtləşdirilməyə getməyə ehtiyac yoxdur”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Muxalifet2 - 20-08-2021
ABŞ-ın milyardlarla dollar dəyərində hərbi texnikası "Taliban"ın əlinə keçib / FOTOLAR
ABŞ-ın təlim keçdiyi Əfqanıstan təhlükəsizlik qüvvələrinin geri çəkilməsi ilə milyardlarla dollar dəyərində Amerika hərbi texnikası “Taliban”ın əlinə keçirib.
APA xəbər verir ki, bu barədə məlumatları ABŞ mətbuatı yazır.
Bildirilir ki, “Taliban”ın ələ keçirdiyi texnikalar arasında “Black Hawk” helikopterləri və “A-29 Super Tucano” hücum təyyarələri də var.
Muxalifet2 - 20-08-2021
COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb
"COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb".
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Muxalifet2 - 20-08-2021
İmran Xan Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün Bakıya nazir göndərir - “PAKİSTANIN BU PROSESDƏKİ ROLU UZUN MÜDDƏT UNUDULMAYACAQ...”
“Heç bir ölkə Pakistanı bu prosesdə gözardı edə bilməz, çünki məhz o əfqan taliblərini ABŞ-la dialoqa inandırıb”,-Pakistanın daxili işlər naziri şeyx Rəşid Əhməd İslamabadın Əfqanıstanda “sülhün təmin edilməsindəki rolunu” tərifləyərək deyib.
Virtualaz.org xəbər verir ki, şeyx Rəşid Əhməd Pakistanın Əfqanıstandakı “sülh prosesindəki rolunun” uzun müddət unudulmayacağını bildirib.
Muxalifet2 - 20-08-2021
“ELÇİBƏYİ ƏŞRƏF QANİ İLƏ MÜQAYİSƏ ETMƏK UĞURSUZ ADDIMDIR” – “Erməni mafiyası, Rusiya və İran birləşərək Elçibəyin getməsini təmin etdilər"
Fazil Mustafa: ““Taliban”ın hakimiyyətə gəlişinin əsasını Əfqanıstan toplumu təşkil edir”
“ABŞ Taliban hakimiyyətini Pakistan, Qətər və Türkiyə vasitəsilə nəzarətdə saxlamağa çalışacaq”
Artıq bir neçə gündür ki, Əfqanıstan növbəti hakimiyyət dəyişikliyini yaşayır. “Taliban” hərəkatı 20 ildən sonra yenidən hakimiyyəti ələ keçirərək islam əmrliyi quracağını elan edib.
Muxalifet2 - 20-08-2021
OPERATİV QƏRARGAH BRİFİNQ KEÇİRDİ - Son vəziyyət və gözləntilər açıqlandı / VİDEO, YENİLƏNİB
Nazirlər Kabineti yanında operativ qərargahın brifinqi keçirilib. Brifinqdə koronavirusla bağlı ölkədəki son vəziyyət açıqlanıb.
Mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev iştirak edib.
Muxalifet2 - 20-08-2021
DAHA BİR DEPUTAT MANDATINI İTİRƏ BİLƏR – “Ofşor şirkətdən hər ay 18.6 min manat maaş alır...”
"46 saylı Şirvan Seçki Dairəsindən deputat seçilən İltizam Yusifov böyük biznes fəaliyyəti iləməşğuldur.
Muxalifet2 - 20-08-2021
“Gürcüstan-Azərbaycan dostluğunu qoruyub saxlaya biləcək gənclik yetişir” - AZƏRBAYCANLI NAMİZƏD KAMRAN XIDIROVLA SEÇKİ SÖHBƏTLƏRİ...
Gürcüstandakı soydaşlarımızın qonşu dövlətin hakimiyyət strukturlarında, dövlət idarələrində, eləcə də bələdiyyə orqanlarında təmsil olunmasının vacibliyi haqda hər zaman söhbət açılır. Gürcüstan bizim üçün önəmli ölkədir. Həm qonşu dövlət, həm də xeyli sayda azərbaycanlının yaşadığı ölkə kimi. Üstəlik, bu ölkə ilə bizi tarixi köklər də bağlayır.
Muxalifet2 - 20-08-2021
“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyi davam etdirir
Ölkənin ən böyük səsli ədəbiyyat kitabxanasını yaratmaq məqsədilə “Nar” “Canlı kitab” sosial layihəsini davam etdirir. Bu günə qədər layihə çərçivəsində dünya və Azərbaycan ədəbiyyatından 35 müəllifin 276 əsəri ana dilimizdə audiokitab şəklində “YouTube” kanalında yerləşdirilib. “Radio Antenn" 101 FM-lə birgə hazırlanan layihənin məqsədi mütaliəni hər kəs, o cümlədən, görmə məhdudiyyətli şəxslər üçün daha əlçatan etməkdir.
Muxalifet2 - 20-08-2021
“POLİS ƏMƏKDAŞI MƏNİ VƏ ŞƏHİD OĞLUMUN RUHUNU TƏHQİR ETDİ” – Şəhid atasından ölkə başçısına müraciət / VİDEO
Ucar rayonu Alpout kənd sakini, şəhid atası Cəlilov Sabir Abıl oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edəb şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, mənim oğlum Azad Cəlilov Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Buna görə, mən valideyin olaraq fəxr edirəm, qürur duyuram.Muxalifet2 - 20-08-2021
"5-ci dozanın qəbuluna da zərurət yarana bilər" - ATU-nun professoru
"Xəstəlik keçirmək və peyvənd olunmaq - hər iki halda orqanizmdə immunitet yaranır. Birincisi təbii immunitetdir ki, xəstəlikdən sonra yaranır. Orqanizmdə antigenlər, anticisimlər və s. əmələ gəlir".
Bunu Azərbaycan Tibb Universitetinin (ATU) professoru Sədrəddin Atakişizadə deyib.
Onun sözlərinə görə, buna nümunə üçün qızılca xəstəliyini göstərmək olar:
Muxalifet2 - 23-08-2021
Bakıda 4 tibb müəssisəsində saxta COVID-19 pasportu satılması aşkarlanıb - VİDEO
Daxil olmuş məlumatlar və aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən daha bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVID-19 pasportu ilə təmin edilmələri məlum olub.
Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilib.
Muxalifet2 - 23-08-2021