Axtarış
The search found 105733 results in 0.091 seconds.
Search results
"TEMPERATUR 48-50 DƏRƏCƏ OLA BİLƏR..." - Rafiq Verdiyev
“Son 20-30 ildə havanın temperaturu 1,4 dərəcə artıb”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.
Muxalifet2 - 10-08-2021
Vaksin vurdurmayan valideynlərin övladları məktəbə buraxılmayacaq? - AÇIQLAMA
Təhsil Nazirliyi vaksin vurdurmayan valideynlərin övladlarının məktəbə buraxılmayacağı ilə bağlı yayılan məsələyə münasibət bildirib.
Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirib ki, Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə qeyd edilən məsələ ilə bağlı heç bir tələb qoyulmayıb və bu mövzuda tapşırıq verilməyib.
Muxalifet2 - 10-08-2021
BAKIDA YENİ MƏRKƏZİ RAYON YARADILIR - Bir sıra məhdudiyyətlər olacaq / FOTOLAR
Artıq bir müddətdir ki, Bakı şəhərində mərkəzi rayonun yaradılacağı ilə bağlı məlumatlar yayılıb. Yeni yaradılacaq rayonun paytaxtın Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarının bəzi hissələrini əhatə edəcəyi bildirilir.
Muxalifet2 - 10-08-2021
Eldəniz Səlimov apellyasiya şikayətini geri götürüb - YENİLƏNİB
Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov vəkili tərəfindən verilən apellyasiya şikayətini geri götürüb.
Bu barədə APA-ya deputatın vəkili məlumat verib.
Vəkil bildirib ki, Eldəniz Səlimov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə seçilən həbs-qətimkan tədbiri qərarından apellyasiya şikayəti versə də, müdafiə etdiyi şəxs bu gün şikayəti geri götürdüyünü bildirib.
***
Milli Məclisin qərarı ilə toxunulmazlıq hüququ ləğv edilən və hazırda həbsdə olan deputat Eldəniz Səlimov apelyasiya şikayəti verib.
Muxalifet2 - 10-08-2021
Rövşən Əkbərov Elçin Əliyevi bir cümləyə görə öldürdü: "Sən samovarın yanında oturmuşdun"
Bakı Hərbi Məhkəməsində 20 il əvvəl qətl törətməkdə təqsirləndirilən Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov barəsində cinayət işinin baxılması davam edir.
Xatırladaq ki, general-leytenant Rövşən Əkbərov bu ilin martında həbs edilib. Onun həbsi barədə Baş Prokurorluq məlumat verib. Əkbərova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. General azərbaycanlı biznesmen Elçin Əliyevin qətlində ittiham olunur. Cinayət 1 iyun 2001 -ci ildə Kiyevdə baş verib.
Muxalifet2 - 10-08-2021
Bodrumda meydana gələn yeni yanğın yaşayış massivlərinə doğru genişlənir
Meşə yanğınlarının demək olar ki, tamamən lokallaşdırıldığı Türkiyədə ara-sıra yeni yanğın ocaqları meydana gəlir.
“Haber Global” bildirir ki, belə yanğınlardan biri axşam saatlarında Bodrumda başlayıb.
Gümüşlük məhəlləsi yaxınlığındakı sahədə meydana çıxan yanğın qısa müddətdə böyüyüb və hazırda yaşayış yerlərinə doğru genişlənməkdədir.
Yanğının nəzarət altına alınması üçün müvafiq işlər aparılır.
Muxalifet2 - 10-08-2021
AZƏRBAYCANDA DƏHŞƏTLİ İSTİLƏR GÖZLƏNİLİR - «Lüsifer» ölkəmizə yaxınlaşmaqdadır...
Bu ilin avqustu iyuldan daha bürkü olacağını vəd edir, baxmayaraq ki, Avrora orta müddətli proqnozlar mərkəzinin məlumatına görə, 2021-ci ilin iyulu Avropada indiyədək qeydə alınan illər ərzində ikinci ən isti iyuldur. İsti hava dalğaları Baltikyanıdan Aralıq dənizinə qədər bütün Avropanı dolaşır.
"Lüsifer" irəlləyir...
Muxalifet2 - 10-08-2021
Almaniyada azərbaycanlıların qalacağı yataqxanaya görə aksiya keçirilib - FOTO
Almaniyanın Xemnits şəhəri, Anton-Günter küçəsinin sakinləri qaçqın yataqxanasına görə etiraz aksiyası keçiriblər.
Sakinləri şəhər bələdiyyəsi ilə üz-üzə qoyan köhnə zavod anbarı kimi istifadə olunan ərazinin yataqxanaya çevrilməsi və buraya sığınacaq axtaranların yerləşdirilməsi ilə bağlı planlardır.
Sakinlər bildiriblər ki, yaşadıqları ərazidə xarici ölkələrdən gələn qaçqınların yerləşdirilməsi onların yaşayışına mənfi təsir göstərəcək. Eyni zamanda ərazidəki sabit kriminogen vəziyyəti də dəyişdirəcək.
Muxalifet2 - 10-08-2021
“RÖVŞƏN SORUŞDU Kİ, NİYƏ ONA SALAM VERMƏDİK” – General iş adamını bir sözə görə qətlə yetirib
Bakı Hərbi Məhkəməsində 20 il əvvəl qətl törətməkdə təqsirləndirilən general-leytenant Rövşən Əkbərov barəsində cinayət işinin istintaqı davam edir.
Qeyd edək ki, məhkəmədə qətlin bir sıra təfərrüatları üzə çıxmağa başlayıb.
Xatırladaq ki, Rövşən Əkbərov bu ilin martında həbs edilib. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. General azərbaycanlı biznesmen Elçin Əliyevin qətlində ittiham olunur. Cinayət 1 iyun 2001-ci ildə Kiyevdə baş verib.
Muxalifet2 - 11-08-2021
"QAPANMAMALARA GETMƏMƏK ÜÇÜN İNSANLAR BİRLƏŞMƏLİ VƏ..." - Baş infiksionist
“İnsanlar arxayınlaşmamalıdır. Çünki pandemiya bitməyib və yoluxuculuğu yüksək olan Delta ştammı var. Bunu hazırda yoluxma sayının artımında müşahidə edirik”.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Mütəxəssis qonşu ölkə Gürcüstandakı vəziyyəti misal çəkib: “Orada gündəlik yoluxma sayı 6000-ə yaxınlaşır. Pandemik dövrdə insanlar həyat tərzini qiymətləndirməlidir, yoluxma riskinə məruz qalacaqları yerlərdən uzaq durmalıdırlar. İlk növbədə, qızıl qaydalara ciddi riayət edilməlidir.
Muxalifet2 - 11-08-2021
“YENİ MÜHARİBƏYƏ HAZIRLIQ GEDİR...” – “Ermənistanı arxayınlaşdıran mərkəzlər var”
Dövlət sərhədində atəşkəsin tez-tez pozulması ilə bərabər Ermənistan silahlı birləşmələrinin Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasına yerləşdirilməsi həyata keçirilir. İnternetdə yayılan videogörüntülərdən aydın olur ki, Laçın dəhlizi vasitəsi ilə "Kamaz", "Ural" və başqa yük maşınları ilə yüzlərlə hərbçi işğaldakı ərazilərə transfer edilir. Habelə onların silah-sursat və ərzaq təminatı da fasiləsiz olaraq bu dəhliz vasitəsi ilə həyata keçirilir.
Muxalifet2 - 11-08-2021
REGİONDA İKİNCİ BÖYÜK TÜRK BİRLİYİ YARANIR - Rusiya narahat olub
Mərkəzi Asiya ölkələrinin dövlət başçıları tarixi, mədəni, dini və milli əsasda birləşmək, öz fəaliyyətlərini əlaqələndirmək və vahid mövqedən çıxış etmək istiqamətində mühüm addım atıblar. Belə ki, avqustun 6-da Türkmənistanın kurort şəhəri olan Azavada Mərkəzi Asiya dövlət başçılarının sayca dördüncü sammiti keçirilib. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan dövlət rəhbərlərinin iştirak etdiyi sammitdə çox mühüm siyasi-iqtisadi əhəmiyyət kəsb edən bəyannamə qəbul edilib.
Muxalifet2 - 11-08-2021
"MOSKVA MÜHARİBƏYƏ ERMƏNİSTAN TƏRƏFDƏN QOŞULACAĞINI BİLDİRDİ..." - "Əgər bu olmasaydı..."
"Beynəlxalq liberal ictimaiyyətin Paşinyana olan ümidləri özünü doğrultmadı...O, öz ölkəsinin sərhədləri boyu rus çəkmələrini yerləşdirməyə çalışır"
Muxalifet2 - 11-08-2021
HƏYAT YOLDAŞI SABİQ NAZİR MÜAVİNİNİ MƏHKƏMƏYƏ VERİB - Əmlaklarını bölüşdürə bilmirlər
Bu ilin fevral ayında səhhəti ilə bağlı tutduğu vəzifədən azad olunan sabiq Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva həyat yoldaşı tərəfindən məhkəməyə verilib.
"Qaynarinfo" xəbər verir ki, Namiq Vəliyevin iddiası əsasında həyat yoldaşı M.Vəliyevadan Yasamal rayon Məhkəməsinə şikayət olunub.
Şikayətdə ər arvad arasında əmlakın bölüşdürülməsi və digər məsələlər yer alır.
Məhkəmə Namiq Vəliyevin şikayətini təmin edib. Bundan narazı qalan M.Vəliyeva məhkəmənin qərarından Apelleyasiya Məhkəməsinə şikayət verib.
Muxalifet2 - 11-08-2021
“DANIŞIQLARI BƏRPA ETMƏYƏ HAZIRIQ!...” - Paşinyandan sülh və əməkdaşlıq bəyanatları
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin son iclasında regionda sülhün bərqərar olmasının, qonşu ölkələrlə normal münasibətlərin qurulmasının, düşmənçiliyin aradan qaldırılmasının vacibliyindən və Azərbaycanla ən yüksək səviyyədə danışıqların bərpasının mümkünlüyündən danışıb.
Muxalifet2 - 12-08-2021
Rövşən Əkbərov: “Nazim İbrahimova hirsləndim, dedim niyə mənim adımı qətldə hallandırırsan?”
20 il əvvəl Ukraynada baş vermiş qətldə təqsirləndirilən, hazırda məhkəmə önünə çıxarılan general-leytenant Rövşən Əkbərov ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb, nə istintaqda, nə də məhkəmədə özünü təqsirli bilməyib, ifadə verməkdən imtina edib, susmağa üstünlük verib.
Lakin R.Əkbərov 2000-ci illərin əvvəllərində də bu iş üzrə şahid qismində dindirilmişdi və Elçin Əliyevi öldürmədiyini demişdi. Onun həmin ifadəsi cinayət işinin materiallarında yer alır.
Muxalifet2 - 12-08-2021
“Ermənistan Mingəçevirdə su bəndini dağıtmaq üçün 3 “Elbrus” raketi atdı…” - VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI İLK DƏFƏ O DÖYÜŞLƏR HAQDA DANIŞIB
Ermənistan ordusunun 44 günlük müharibə zamanı əsas hədəflərindən biri Mingəçevir su bəndi və eləcə də oradakı istilik elektrik stansiyasının yanacaq çənləri idi. Bu məqsədlə düşmən Mingəçevirə böyük dağıdıcı gücə malik olan 3 “Elbrus” (NATO klassifikasiyasına görə “Skad”) raketi atdı. Lakin həmin raketlərin hamısı Azərbaycanın Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulub, nəticədə düşmənin su bəndini dağıtmaq və mülki əhali arasında böyük tələfata səbəb olaraq müharibənin gedişini dəyişdirmək planı baş tutmayıb.
Muxalifet2 - 12-08-2021
Messidən forma nömrəsi ilə bağlı AÇIQLAMA
Fransanın PSJ klubunda 30 nömrəli forma altında çıxış edəcək Lionel Messi niyə məhz həmin nömrəni seçməsinə aydınlıq gətirib.
Ulduz futbolçu bu barədə PSJ-nin mətbuat xidmətinə müsahibəsində danışıb.
“30 “Barselona”da daşıdığım ilk forma nömrəm olub. Yeni kluba transferdən sonra keçmişdə hiss etdiyim emosiyaları uzun illərdən sonra yenidən yaşayıram”, - deyə 34 yaşlı futbolçu vurğulayıb.
Xatırladaq ki, avqustun beşində İspaniyanın “Barselona” klubu Lionel Messi ilə yollarını ayırıb.
Messi 2000-ci ildən “Barselona”da çıxış edirdi.
Muxalifet2 - 12-08-2021
Messinin transferi PSJ-yə beş milyon izləyici gətirdi
Lionel Messinin transferindən sonra PSJ klubunun rəsmi “Instagram” səhifəsini izləyənlərin sayında artım müşahidə olunur.
Bu barədə Gazeta.ru yazıb.
Messinin gəlişi Fransa klubuna beş milyon izləyici qazandırıb. Ümumilikdə yalnız avqust ayında klubun rəsmi hesabını 5,8 milyon nəfər yeni şəxs izləyib və bununla da izləyicilərin ümumi sayı 44,7 milyona çatıb.
Xatırladaq ki, Messi avqustun 10-da PSJ ilə müqavilə imzalayıb.
Muxalifet2 - 12-08-2021
Həyətdə oynayan uşaqlara narkotik təklif edildi, DİN hərəkətə keçdi - FOTO
Abşeron rayonu, Xırdalan şəhərində uşaqlara və gənclərə açıq şəkildə narkotik vasitələr təklif edilib.
Bu barədə vətəndaş Lalə Bağırova sosial şəbəkədə məlumat yayılıb.
O bildirib ki, hadisəyə Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksində şahid olub:
“Bu şəkildə gördüyünüz və kameralarımıza düşməyən 14-15 yaşlarında oğlanlar ötən gecə saat 21:45-22:00 radələrində Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin 11 saylı küçəsinin blok girişləri tərəfdə oynayan uşaqlara “konfet, saqqız” adı ilə ağ həblər təklif ediblər.
Muxalifet2 - 12-08-2021