Axtarış

The search found 105733 results in 0.087 seconds.

Search results

  1. “Nar” “Zirə” Peşəkar Futbol Klubunun tərəfdaşı olacaq

    Gənclərə və idmana aid layihələr icra edən “Nar” və “Zirə” Peşəkar Futbol Klubu arasında sponsorluq və əməkdaşlığa dair müqavilə imzalanıb. Artıq komandanın formasında, ev oyunlarının keçirildiyi meydançanın kənarında “Nar” loqosunu görmək mümkün olacaq. Əsas məqsəd “Zirə” PFK-ya dəstək olmaq, futbolun kütləviliyini artırmaq və gəncləri sağlam həyata yönləndirməkdir.
     

    Muxalifet2 - 13-08-2021

  2. LUKAŞENKONUN DÜNYA MÜHARİBƏSİ HƏDƏSİ – “Qalib olmayacaq, əgər olacaqsa da, bu, siz olmayacaqsınız”

    Belarusa qarşı Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalar bu ölkədə seçkilərin şəffaf keçirilməməsi və Prezident Aleksandr Lukaşenkonun müxalifəti əzməsi ilə izah edilsə də, əslində bunun arxasında geosiyasi planların durduğu yaxşı məlumdur.

    Muxalifet2 - 13-08-2021

  3. "Jirinovski zorlanmış adamdır, LGBT-nin üzvü olmalı idi" - ETİBAR MƏMMƏDOV

    “Düşünmürəm ki, Jirinovskiyə Rusiya Federasiyasının mövqeyini bildirmək səlahiyyəti verilsin. Lakin ona bu cür açıqlamalar vermək imkanı verilirsə, demək hakimiyyətdə olan müəyyən qüvvələr də onun bu çıxışlarında maraqlıdırlar. Bütövlükdə Jirinovskinin mövqeyi Rusiyanın fikirləri olmasa da, onun bu mövqeyini müdafiə edən və qızışdıran qüvvələrin mövcudluğu dəqiqdir”.

    Bu sözləri Demokrat.az-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədov bildirib.

    Muxalifet2 - 13-08-2021

  4. SÜLHMƏRAMLILARIN YERLƏŞDİYİ ƏRAZİDƏN MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULDU - Rəsmi açıqlama

    Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 21:26-da Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsində yerləşən mövqelərindən Laçın rayonunun Qarıqışlaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 13-ü saat 02:30-dan etibarən isə Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.

    Muxalifet2 - 13-08-2021

  5. İSRAİL VƏ AZƏRBAYCAN ARASINDA DAHA 2 MİLYARDLIQ HƏRBİ SÖVDƏLƏŞMƏ - Hava limanlarına Azərbaycan təyyarələri enir...

    Azərbaycan və İsrail 2 milyard dollar dəyərində silah təchizatı ilə bağlı müqavilə imzalamaq üçün danışıqlar aparır - bu barədə İsrailin "İsrael Hayom" qəzeti bildirir.

    Qəzetin yazdığına görə, İsraillə yeni silah sövdələşməsi bu yaxınlarda imzalana bilər.

    Məqalədə İsrailin hava limanlarına müxtəlif növ döyüş sursatları üçün gələn Azərbaycan Müdafiə Nazirliyinə məxsus təyyarələrin müşahidə olunduğu deyilir.

    Muxalifet2 - 13-08-2021

  6. BEYNƏLXALQ BANKIN YASAMAL FİLİALI VƏ 3 SAYLI ASAN XİDMƏTİN ADI KEÇƏN DƏLƏDUZLUQ OLAYI… - Bakı sakininin mənzili özünün xəbəri olmadan girov qoyulub…

    Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 18, mən 35-də yaşayan Rzayeva Fəridə Meyli qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Doğma qardaşı Ələmov Rahim Meyli oğlu tərəfindən dələduzluğa məruz qaldığını iddia edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

    Muxalifet2 - 13-08-2021

  7. PAŞİNYANIN GÖRÜŞ TƏKLİFİ – “Ermənistan qarşılıqlı münasibətlərin vacibliyini artıq dərk edir”

    Avqustun 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Qarabağ və regional problemlərin həlli ilə bağlı "yüksək və ən yüksək səviyyədə" danışıq prosesinə hazır olduğunu, konkret təklifləri gözlədiyini bildirib. O, həmçinin nəqliyyat kommunikasiyalarının açılması məsələsini həll etməyin mümkün olduğunu da qeyd edib.

    Bəzi ekspertlər N.Paşinyanın bu sözlərini Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğu kimi qiymətləndirirlər.

    Muxalifet2 - 13-08-2021

  8. Vüqar Səfərlinin üzərinə həbs qoyulan əmlaklarının SİYAHISI

    Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli növbəti dəfə hakim qarşısına çıxarılır.

    Muxalifet.az Musavat.com-a istinadla xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutur.

    Qeyd edək ki, Vüqar Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də hakim önünə çıxarılır.

    Muxalifet2 - 13-08-2021

  9. Türkiyədə sel qurbanlarının sayı 38 nəfərə çatdı - YENİLƏNİB

    Türkiyədə sel fəlakəti nəticəsində Kastamonuda 32, Sinopda 6 nəfər həyatını itirib.

    Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca şəxsi "Twitter" səhifəsində yazıb.

    ***

    Türkiyədə sel fəlakəti nəticəsində daha 4 nəfər ölüb. Türk mətbuatı yazır ki, bununla da ölənlərin sayı 31-ə çatıb.

    Belə ki, Kastamonuda 29 nəfər, Sinopda isə 2 nəfər həlak olub. Bartında isə bir nəfərin itkin düşdüyü deyilir.

    Muxalifet2 - 13-08-2021

  10. Sülhməramlılar Suqovuşan-Ağdərə-Vəng yoluna nəzarəti ermənilərə verib? - HƏRBİ EKSPERTDƏN AÇIQLAMA

    “Azərbaycanın Suqovuşan-Ağdərə-Vəng yolundan həftədə bir dəfə istifadə edən inşaat maşınları kolonunu əvvəllər ruslar yoxladığı halda, indi bu işi ermənilər görür”.

    Bunu ADR Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu bildirib. O, əlavə edib ki, Azərbaycanda su ehtiyatları dövlət mülkiyyətində olduğu halda Sərsəng su anbarında erməni şirkətləri xüsusi mülkiyyət hüququ əsasında bizneslər qurur.

    Muxalifet2 - 14-08-2021

  11. AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXANLARIN SAYI 2 DƏFƏ ARTDI - Son sutka ərzində 13 nəfər vəfat edib

    Azərbaycan Respublikasında koronavirusa 3 508 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 365 009 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 338 279 nəfər müalicə olunaraq sağalıb, 5 138 nəfər vəfat edib, aktiv xəstə sayı 21 592 nəfərdir.

    Muxalifet2 - 14-08-2021

  12. BAŞQA KİŞİLƏRLƏ GÖRÜŞƏN ARVADINI BOĞUB ÖLDÜRDÜ - İstirahət mərkəzindəki qətlin detalları

    Həyat yoldaşının yad kişilərlə münasibət qurmasından, ailəsinə  xəyanət etməsindən şübhələnən Sumqayıt şəhər sakini, 30 yaşlı Orxan Həsənov onu istirahət mərkəzinə apararaq orada yastıqla boğub.

    Virtualaz.org-un xəbərinə görə, hadisə bu il yanvarın 17-də Sumqayıt şəhərində yerləşən “Sunset” istirahət mərkəzinin kotteсində baş verib. Həmin vaxt orada 24 yaşlı Ayşən Həsənovanın meyiti aşkarlanıb. Məlum olub ki, gənc qadını öldürən onun əridir.

    Muxalifet2 - 14-08-2021

  13. VİLYAM HACIYEVİN İŞİNDƏ BU QURUMLAR ZƏRƏRÇƏKMİŞ KİMİ TANINDI... - Cinayət işi üzrə hazırlıq prosesi avqustun 20-ə təyin edilib

    İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə olan Vilyam Hacıyevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınan qurumların adları məlum olub. Belə ki, "DOST İş Mərkəzi" MMC, “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, İmişli Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsi cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

    Muxalifet2 - 14-08-2021

  14. MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUR - Naxçıvan istiqamətində

    Avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

    Muxalifet2 - 16-08-2021

  15. "PFİZER" PEYVƏNDİ TƏHLÜKƏLİDİRMİ? - "Heç kim onun 10 il sonra yan təsiri olmayacağına zəmanət verə bilməz" / VİDEO

    "Bu gün iki qrup peyvənd var. Onlardan biri yeni nəsil peyvəndlərdir və buraya "Pfizer" də daxildir. Bir də ənənəvi, yəni öldürülmüş virusun hissəciklərinin olduğu və bizə yenidən fərqli şəkildə tətbiq edilən ənənəvi vaksinlər var. Unutmamaq lazımdır ki, tarix boyunca ənənəvi vaksinlərin yani təsir haqqında müzakirə mövzusu belə yoxdur".

    Bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında deputat Rəşad Mahmudov deyib. O bildirib ki, peyvəndlərin sonsuzluq, cinsi problemlər yaratması kimi fikirlər heç bir elmi əsası olmayan iddialardır:

    Muxalifet2 - 16-08-2021

  16. ABŞ diplomatları Kabil səfirliyinin damından qaçıblar - Tarixi kadrlar

    Son dəqiqələr dünya telekanalları Kabildən videokadrlar fırladırlar, kadrlardan "CH-47 Chinook" Amerika helikopteri görünür. Helikoter ABŞ diplomatlarını səfirliyin damından təxliyə edir.

    Əl Ərəbiyə qeyd edir ki, helikopterlər səfirliyin damına enirlər və yenidən uçub gedirlər - diplomatik missiyanın əməkdaşlarını aparırlar. «Röyter» agentliyinin məlumatına görə, Amerika diplomatik missiyasının əməkdaşları məxf sənədləri məhv edirlər - taliblərin əlinə keçməkdən ehtiyat edirlər.

    Muxalifet2 - 16-08-2021

  17. Qazaxıstan XİN təkzib edir: “Əfqanıstan prezidenti ölkəmizdə deyil”

    Qazaxıstanın Xarici İşlər Nazirliyi Əfqanıstan prezidenti Əşrəf Qaninin ölkə ərazisində olmadığını açıqlayıb. XİN-dən bu barədə “RİA Novosti”yə bildirilib.

    Oxşar açıqlamalar Tacikistan XİN və Özbəkistandakı Əfqanıstan səfirliyi tərəfindən də verilib.

    Qeyd edək ki, Qaninin şəxsi mühafizəçilərindən biri “Əl-Cəzirə”yə onun təyyarəsinin Özbəkistana uçduğunu bildirmişdi.

    Muxalifet2 - 16-08-2021

  18. QARAGÖL ƏTRAFINDA HƏRBÇİMİZ HƏLAK OLUB? - Müdafiə Nazirliyi açıqlama yaydı

    Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır.

    Bu barədə Müdafiə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib.

    "Qarşı tərəf bu kimi yalan məlumatlarla törədəbiləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir", - məlumadta qeyd olunub.

    Muxalifet2 - 16-08-2021

  19. Kabil aeroportunda ABŞ hərbçiləri atəş açıb - HƏLAK OLANLAR VAR

    Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən Həmid Karzay Beynəlxalq Hava Limanında silahlı insident baş verib.

    “RİA Novosti” bu barədə mənbələrindən məlumat alıb.

    ABŞ hərbçilərinin atəş açması nəticəsində bir neçə insanın həyatını itirdiyi bildirilir.

    Muxalifet2 - 16-08-2021

  20. 60-dan çox ölkədən Əfqanıstanla bağlı BƏYANAT

    60-dan çox ölkənin səlahiyyətliləri birgə bəyanat verərək Əfqanıstanı tərk etmək istəyən əcnəbilərin və əfqanların təhlükəsiz şəkildə ölkədən çıxmasını istəyiblər.

    Müvafiq bəyanat ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib.

    Müraciəti dəstəkləyən ölkələr arasında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Ukrayna, Gürcüstan və başqaları var.

    Muxalifet2 - 16-08-2021

Pages