“POLİS ƏMƏKDAŞI MƏNİ VƏ ŞƏHİD OĞLUMUN RUHUNU TƏHQİR ETDİ” – Şəhid atasından ölkə başçısına müraciət / VİDEO

Baxış sayı:
3397

Ucar rayonu Alpout kənd sakini, şəhid atası Cəlilov Sabir Abıl oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edəb şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, mənim oğlum Azad Cəlilov Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Buna görə, mən valideyin olaraq fəxr edirəm, qürur duyuram.
Hörmətli Prezidentimiz və yerlərdə vəzifəli şəxslər şəhid ailələrinə daima diqqət və qayğı göstərirlər.
Ucar rayon sakini, keçmiş polis əməkdaşı Əliyev Rəşid Məhərrəm oğlu 13 avqust 2021-ci il tarixdə heç bir səbəb olmadan məni və şəhidin ruhunu təhqir etdi. Buna görə bizim ailə çox narahatıq, intihar etmək həddindəyik.
Belə ki, bizim qonşuluqda yaşayan Əliyev Neman Məhərrəm oğlu bir neçə vətəndaşın evinə gedən su bərəsini iki ildir ki, qanunsuz bağlayaraq (bənd quraraq) sudan istifadəmizə qadağa qoymuşdur. Buna görə, bizim şikayətimiz əsasında məsul vəzifəli şəxslərin göstərişi əsasında 13 avqust 2021-ci il tarixdə həmin su bərəsi açılması üçün orada iş gedirdi. Əliyev Rəşid Məhərrəm oğlu su bərəsini qanunsuz bağlayan Neman Əliyevin qardaşıdır. Həmin vaxt orada olan Rəşid Əliyev qəsdən mübahisə yaratdı və mənə bildirdi ki, «sənin oğlun Azad şəhid olmayıb, o, balıq tutuanda su kanalına düşüb boğulub ölüb, suyu açsan səni öldürərəm”.
Mən bu sözdən bərk sarsıntı keçirmişəm, hazırda da özümü pis hiss edirəm, intihar etmək həddindəyəm.
Rəşid Əliyevin bu sözü bütün şəhidlərin ruhuna təhqirdir. Mən oğlum şəhid olub, dövlət onun adını əbədiləşdirib. Rəşid Əliyevin bu sözləri cinayətdir, xalqa və bütün şəhidlərin ruhuna təhqirdir. Mən bu barədə Prezidentə, Mehriban Əliyevaya və hüquq mühafisə orqanları rəhbərlərinə ərizə ilə müraciət etmişəm.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və  Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirəm, şəhid oğlumun ruhunu və məni təhqir etmiş, məni ölümlə hədələyən Əliyev Rəşid Məhərrəm oğlunun barəsində qanunu tədbirlər görəsiniz”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.