Axtarış

The search found 105735 results in 0.062 seconds.

Search results

  1. Bakıda iki polis rəisi işdən çıxarıldı - NAZİR ƏMR İMZALADI

    Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Farid Vəliyev işdən çıxarılıb. Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Nazirin daha bir əmri ilə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi polis polkovniki İltimas Yusifli də vəzifədən azad olunub.

    Muxalifet2 - 3-08-2021

  2. “Azərbaycanlı yanğınsöndürənlər birbaşa alovun içinə şığıyır...” - EVİ YANMAQDAN SON ANDA QURTARILAN MARMARİS SAKİNİ

    Türkiyənin Muğla vilayətinin Marmaris rayonuna bağlı Hisarönü məhəlləsini bürüyən meşə yanğınları zamanı evi yanmaqdan son anda qurtarılan Mesut Akgül adlı sakin azərbaycanlı yanğınsöndürənlərin çox cəsarətli olduqlarını, birbaşa alovun içərisinə şığıdıqlarını deyir. Bu haqda “Hürriyet” qəzetinin reportajında bildirilir.

    Mesut Akgül deyir ki, günlərdir yanğının ətraf meşədən məhəlləyə yayılmaması üçün atası ilə birlikdə mübarizə aparırdı, yanğınsöndürənlərə kömək edirdi. Lakin alovlar dünən axşam məhəlləni bürüyüb, Akgülün evinə 5 metrə qədər yaxınlaşıb.

    Muxalifet2 - 3-08-2021

  3. Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 1000-ə yaxınlaşdı: Dörd nəfər öldü / FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb, 225 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 4 nəfər ölüb.

    Muxalifet2 - 3-08-2021

  4. ŞƏMKİRLİ İŞ ADAMININ KİLLERİ YAXALANDI - “Onu Polşaya göndərməyi planlaşdırırdılar..." / VİDEO

    Avqustun 3-də Ukraynanın Odessa şəhərində sifarişli qətl törədən 27 yaşlı killer Elmuraz Məmmədov paytaxt Kiyevdə yaxalanıb. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, o, Nikolay Amosov adına klinikanın yaxınlığında kirayə götürülmüş mənzildə gizlənirmiş. Killeri Azərbaycanda yaşayan ailəsinə Ukrayna nömrəsindən etdiyi zəng ələ verib. 

    “Onu Polşaya göndərməyi planlaşdırırdılar, amma alınmadı”,-məlumatda deyilir.

    Muxalifet2 - 6-08-2021

  5. MAKRONUN ƏLİYEVƏ ZƏNGİNİN GİZLİNLƏRİ - "Bir müddət sonra.."

    Elxan Şahinoğlu: "Onun dövründə əlaqələri normallaşdırmaq mümkün olmayacaq"

    "Fransa prezidentinin qəribə üslubu var. O iki il əvvəl İrəvana səfər etdi, Bakıya gəlmədi. Halbuki, ondan əvvəlki Fransa prezidentlərinin ermənilərə sevgisi olsa da, onlar balansı qorumaq naminə İrəvanla yanaşı Bakıya da gələrdilər. Çünki Fransanın Minsk Qrupundakı həmsədrliyi bunu rəsmi Parisdən tələb edir ki, sözdə olsa belə tərəflərdən eyni məsafədə dayansın".

    Muxalifet2 - 6-08-2021

  6. AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXMA SAYI KƏSKİN ARTDI - Günün statistikası

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 242 yeni yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 349 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 258 nəfər müalicə olunaraq sağalıb, 5 051 nəfər vəfat edib. 10 007 nəfər aktiv xəstə sayını təşkil edib.

    Muxalifet2 - 6-08-2021

  7. Oqtay Gülalıyevin səhhəti ilə bağlı açıqlama - MÜAYİNƏ DAVAM ETDİRİLİR

    Avqustun 5-i M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təcili yerləşdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətinin ağır olduğu bildirilir.

    "Təzyiqi qalxıb düşür, bədən temperaturu yüksəkdir, biz onu itirə bilərik",- xəstənin həyat yoldaşı Firuzə Gülalıyeva vurğulayıb.

    Muxalifet2 - 6-08-2021

  8. KEÇMİŞ XİDMƏT RƏİSİ 5 MİLYONDAN ARTIQ ZƏRƏRİ ÖDƏDİ - Yenə də 10 il iş ala bilər...

    Mədəniyyət Nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub. Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İş üzrə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti zərərçəkmiş kimi tanınıb. Dövlət Xidməti məhkəməyə mülki iddia təqdim edib.

    Muxalifet2 - 6-08-2021

  9. ERMƏNİLƏR YENƏ MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTUB - Müdafiə Nazirliyindən açıqlama

    Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Cavab atəşi ilə qarşı tərəf susdurulub.

    Muxalifet2 - 6-08-2021

  10. SAAKAŞVİLİDƏN SENSASİON AÇIQLAMA - "Putin məni Gürcüstana qayıtmağa qoymur..."

    Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili açıq şəkildə Moskvanı və şəxsən Rusiya prezidenti Vladimir Putini vətəninə qayıtmasına əngəl yaratmaqda ittiham edib. Bu açıqlamanı siyasətçi Facebook səhifəsində yerləşdirdib.

    Saakaşvili əmindir ki, Kremlin əsas qorxusu Saakaşvilinin Gürcüstana qaytarılacağı təqdirdə ölkənin sürətli inkişafına şərait yaradacağıdır.

    Muxalifet2 - 6-08-2021

  11. Almaniya daşqından zərər çəkmiş bölgələrə milyardlar ayıracaq

    Almaniyanın daşqından zərər çəkmiş bölgələrinin bərpası üçün yardım paketinin həcmi 10 milyard avro təşkil edəcək. Bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.

    Yardım paketi regional və federal orqanlar tərəfindən yarıya bölünəcək. Ehtiyac olacağı təqdirdə yardım paketinin miqdarının artırılacağı bildirilib. Vəsait digər sahələrlə yanaşı, nəqliyyat infrastrukturunun bərpasına yönəldiləcək.

    Muxalifet2 - 6-08-2021

  12. Rusiya sərhədçiləri Əskipara kəndinə necə gəlib çıxıb? - HÜQUQİ SƏNƏD YOXDURSA...

    Xəbər verildiyi kimi ötən gün Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla həmsərhəd Tavuş bölgəsinin Voskepar (Əskipara) kəndində Rusiya sərhəd qoşunlarının zastavasının yerləşdirildiyini təsdiqləyib. Bundan əvvəl Voskepar kəndində Rusiya sərhədçilərinin göründüyü haqda xəbərlər və fotolar sosial şəbəkələrin erməni seqmentində yayılırdı.

    Muxalifet2 - 6-08-2021

  13. “Caliber”: Nəyin barəsində Ermənistan rəhbərliyi susur, Zəngəzurun müvəqqəti sakinləri isə bağırır? / VİDEO

    "Caliber” müstəqil jurnalist layihəsinin "YouTube” kanalında yayımlanan növbəti süjet Azərbaycan-Ermənistan sərhədindəki demarkasiya və delimitasiya prosesinə həsr olunub.

    Zəngəzur istiqamətində aparılan işlərin real vəziyyəti necədir? Ermənilər nəyi gizlədir, hansı imitasiyalara əl atırlar?

    Bu barədə "Caliber”in yeni videomaterialında məlumat verilir.

    Muxalifet2 - 6-08-2021

  14. “Nar” 50-dən artıq yeni baza stansiyası quraşdırmaqla şəbəkəsini daha da genişləndirib

    Bütün ölkə ərazisində şəbəkəsini genişləndirməklə, əhalini yüksəkkeyfiyyətli və sürətli internetlə təmin etməyi hədəfləyən “Nar” 2021-ci ilin altı ayı  ərzində 50-də artıq yeni baza stansiyası quraşdırıb. Ölkədə LTE/LTE-A texnologiyalı baza stansiyalarının sayının artması nəticəsində “Nar”ın 4G istifadəçilərinin sayı 28% yüksəlib. Bundan başqa, LTE texnologiyası ilə ötürülən data trafikinin həcmi 23% çoxalıb.
     

    Muxalifet2 - 9-08-2021

  15. AZƏRBAYCANDA BUGÜNKÜ YOLUXMA SAYI AÇIQLANDI - Ölüm sayı xeyli artdı

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1101 yeni yoluxma faktı qeydə alınıb, 311 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 9 nəfər ölüb.

    İndiyədək ölkədə ümumilikdə 352 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 336 nəfər müalicə olunaraq sağalıb, 5 072 nəfər vəfat edib, aktiv xəstə sayı 12 518 nəfərdir.

    Muxalifet2 - 9-08-2021

  16. OPERATİV QƏRARGAHDA QAPANMALAR MÜZAKİRƏ EDİLİR - Karantin rejimi sərtləşdirilir? / Yenilənib

    Azərbaycanda son günlər ərzində koronavirusa yoluxmada ciddi artım qeydə alınıb.

    Oxu.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahda karantin rejiminin sərtləşdirilməsi üçün müzakirələrə başlanılıb.

    Qeyd edək ki, bu ilin avqust ayının 1-də Azərbaycan ərazisində koronavirusa yoluxma sayı 671 nəfər qeydə alınıb. Artıq ayın 8-də isə bu göstərici iki dəfəyə yaxın artaraq 1220 nəfər olub. 

    Muxalifet2 - 9-08-2021

  17. Nazim İbrahimovun istintaqa verdiyi SENSASİON İFADƏ... - "Rövşən Əkbərov mənə dedi ki, Elçin Əliyevi öldürüb..."

    20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov Bakı Hərbi Məhkəməsində hakim önünə çıxarılıb və hazırda onun işi üzrə məhkəmə prosesi gedir.

    Virtualaz.org xəbər vermişdi ki, general ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb, özünü təqsirli bilməyib, məhkəmədə ifadə verməkdən imtina edib, ona qarşı irəli sürülən ittihamı “film ssenarisi” adlandırıb. Elə istintaq dövründə də susmağa üstünlük verib.

    Muxalifet2 - 9-08-2021

  18. PUTİN LUKAŞENKONU YOLA SALIR – Qərb Belarusu niyə Rusiyanın qucağına itələyir?

    Qərb ölkələrinin sərt sanksiyaları ilə sıxışdırılan Belarus prezidenti Aleksandr Lukaşenko dünən bəyan edib ki, tezliklə vəzifəsindən gedəcək. 

    Muxalifet2 - 10-08-2021

  19. ALMANİYADA DA KORONAVİRUS TESTLƏRİ PULLU OLACAQ - Merkel açıqladı

    Oktyabrın 11-dən Almaniyada pulsuz COVID testinin istifadəsi dayandırılacaq.

    TASS xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel federal torpaqların baş nazirləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında məlumat verib.

    Merkel əlavə edib ki, hər bir sakinin vaksinasiyadan keçmək imkanı olduğu halda, testlərin aparılması ləğv edilə bilər.

    “Biz Almaniyanın hər bir sakinini vaksinasiyadan keçirməyə hazırıq”, - kansler bildirib.

    Muxalifet2 - 10-08-2021

  20. ERMƏNİSTAN SİLAHLILARI NAXÇIVANI YENİDƏN ATƏŞƏ TUTUB - Rəsmi açıqlama

    Avqustun 10-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Qarşı tərəf cavab atəşi ilə susdurulub.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

    Muxalifet2 - 10-08-2021

Pages